Sizin Reklam Burada
Xəbər lenti
29-03-2024
28-03-2024
BÜTÜN XƏBƏRLƏR

Akademiya 6 alimi mükafatlandırdı - ADLAR

Tarix: 05-04-2018 19:52     Baxış: 4317 A- / A+
Akademiya 6 alimi mükafatlandırdı - ADLAR


AMEA-nın görkəmli elm adamlarının adlarını daşıyan mükafatlarına layiq görülmüş alimlərin adları məlum olub.

AMEA Rəyasət Heyətinin aparatı İctimaiyyətlə Əlaqələr və Elmin Populyarlaşdırılması idarəsi İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Rəyasət Heyətinin bugünkü iclasında 6 alimin adlı mükafatlarla təltif olunması haqqında qərar qəbul edilib.

Müxtəlif kristal quruluşu olan və mürəkkəb yarımkeçiricilərdə 77-300K temperatur intervalında, qüvvətli elektrik sahəsində silsilə elmi-tədqiqat işlərinə görə akademik Bahadur Tağıyev AMEA-nın Nəsirəddin Tusi adına, biomüxtəliflik üzrə müasir elm sahələrində uzunmüddətli silsilə tədqiqatlarla əldə etdiyi mühüm elmi nailiyyətlərə və yüksəkixtisaslı kadrların hazırlanmasındakı xidmətlərinə görə AMEA-nın müxbir üzvü Zeynal Əkpərov AMEA-nın Həsən bəy Zərdabi adına, Azərbaycan incəsənətində böyük xidmətlərinə görə xalq rəssamı Tahir Salahov AMEA-nın akademik Üzeyir Hacıbəyli adına, üzvi sintez reaksiyalarında və molekulların dizaynında qeyri-kovalent rabitələrin və “spider effect” rolu sahəsində apardığı fundamental tədqiqatlara görə akademik Abel Məhərrəmov AMEA-nın akademik Yusif Məmmədəliyev adına, Azərbaycanda palçıq vulkanizmi sahəsində fundamental tədqiqatların inkişafına verdiyi mühüm töhfələrə görə geologiya-mineralogiya üzrə elmlər doktoru Adil Əliyev AMEA-nın akademik Musa Əliyev adına, Azərbaycan qədim dövr tarixinin tədqiqi və təbliğində xidmətlərinə görə akademik Nailə Vəlixanlı AMEA-nın Abbasqulu ağa Bakıxanov adına mükafata layiq görülüblər.

Qeyd edək ki, qaliblərin hər birinə beş min manat məbləğində pul mükafatı veriləcək.publika.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar