Sizin Reklam Burada
Xəbər lenti
15-09-2025
BÜTÜN XƏBƏRLƏR

Bu silaha yalnız Türkiyə sahibdir: Dünyanın kabusu...

Tarix: 05-04-2018 05:16     Baxış: 3425 A- / A+
Bu silaha yalnız Türkiyə sahibdir: Dünyanın kabusu...

Bir-birinin ardınca hərbi-müdafiə sənayesinin ən müasir məhsullarını hazırlayan qardaş Türkiyə qürurlandırmaqda davam edir. Suriyanın Afrin bölgəsində keçirilən “Zeytun budağı” hərəkatında milli silahların üstünlüyünü nümayiş etdirən Türkiyə silahlı pilotsuz dəniz vasitəsi ilə dünyanı növbəti dəfə heyrətləndirmək niyyətindədir.

Albayraq Müdafiə Sənayesi və Qara Dəniz Texniki Universitetinin əməkdaşlığı nəticəsində ərsəyə gətirilən "Vatoz" ərazi sularında təhlükəsizliyi təmin edəcək.

"Vatoz" 3 ay sonra Ankarada keçiriləcək bir mərasimdə təqdim olunacaq. "Vatoz"lar Türkiyənin ərazi sularına müdaxilə edən 10 milyard dollarlıq bir təyyarədaşıyan gəminin altına elektromaqnit təsiri sayəsində yapışa və daşıyacağı bomba ilə onu partlada biləcək gücə sahib olacaq.

Ölçü və formasına görə skat (vatoz) balığını xatırladan "Vatoz" dünyada ilk və təkdir.

Suda balina və delfin kimi heyvanların çıxardığı səs xüsusiyyətində olan akustik səs dalğaları ilə idarə edilir. Saatda 10 kilometr sürətlə hərəkət edən "Vatoz"un hərəkət müddəti 10 saatdır. Elektromaqnit qalxanı ilə dəniz canlılarından özünü qoruya bilir. Dəniz vasitəsi birdəfəlik istifadə üçün nəzərdə tutulub.

Göz hissəsində iki kamerası var və inteqrasiya olunmuş 3 mühərrik sistemi ilə işləyir. publika.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar