Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanın sürücülük vəsiqələri xarici ölkələrdə niyə tanınmır? - Qüsurlar var

Tarix: 04-04-2018 13:25     Baxış: 3214 A- / A+
Azərbaycanın sürücülük vəsiqələri xarici ölkələrdə niyə tanınmır? - Qüsurlar var


Azərbaycanda verilən sürücülük vəsiqələrində iki 2 qüsur var.

Manevr.az xəbər verir ki, bunu yol-nəqliyyat məsələləri üzrə tanınmış ekspert, hüquqşünas Ərşad Hüseynov bildirib. Onun sözlərinə görə, birinci qüsur vəsiqələrdə bəzi hərflərin latın əlifbası ilə olmaması ilə bağlıdır:

Azərbaycanın sürücülük vəsiqələri xarici ölkələrdə niyə tanınmır? - Qüsurlar var


""Yol hərəkəti haqqında" 1968-ci il Vyana konvensiyasının 6 saylı əlavəsinin 6-cı (köhnə redaksiyada 3-cü) bəndində qeyd olunur ki, milli sürücülük vəsiqəsində bütün məlumatlar latın əlifbasının hərfləri ilə yazılmalı, başqa əlifba ilə yazıldıqda isə latın hərfləri ilə transliterasiya edilməlidir (yəni təkrar yazılmalıdır). Bizim əlifbadakı 7 hərf latın hərfi olmadığına görə vəsiqələrimizdə bu hərflər olacağı təqdirdə həmin vəsiqə Konvensiyaya uyğun sayılmayacaq, çünki bizim vəsiqələrdə belə sözlər təkrarlanmır".

İkinci qüsur vəzisəqədəki məlumat sıralaması ilə bağlıdır: "Konvensiyanın 6 saylı əlavəsi 2004-cü ildə yeni redaksiyada verilib və həmin yeni redaksiya 2011-ci ildə qüvvəyə minib. Yeni redaksiyada vəsiqədə məlumatların bəndlər üzrə sıralanması da bizim vəsiqələrdə pozulub. Həmin sıralamanın pozulması da vəsiqələrimizi xarici ölkələrdə yararsız hesab edir".

Hüquqşünas qeyd edib ki, düzdür, bəzi ölkələrdə bunun fərqinə xüsusi varmırlar, amma elə ölkələr var ki, orada qanunvericiliyin bir hərfində də güzəşt etmirlər, ona görə də bizim vətəndaşlar problemlə üzləşirlər.

Ə.Hüseynovun fikrincə, bu qüsurlar xaricdə vəsiqənin dəyişdirilməsi və ya avtomobil icarəyə götürəndə də problemlər yaradır: "Ən ciddi problem bizim vəsiqəmizi xarici ölkədə yerli vəsiqəyə dəyişəndə yaranır. Yolda xidmət edən polis qeyd etdiyim uyğunsuzluqları əhəmiyyətsiz saysa da, həmin ölkənin vəsiqə verən məmuru Konvensiya ilə uyğunsuzluğu görür və dəyişməkdən imtina edir.

Bəzi ölkələrdə isə avtomobil icarəyə verənlər bizim vəsiqəni yaxına buraxmırlar. Onlar isə adətən sığortadan qorxurlar, çünki belə vəsiqə ilə sürən adam qəza törədəndə sığorta şirkəti bizim vəsiqənin həmin uyğunsuzluğunu rəhbər tutub deyir ki, buna niyə avtomobil vermisiniz, ödəniş etmirəm".

Ekspert hesab edir ki, problemdən çıxış yolu var və çox sadədir: "Hazırda verilən vəsiqələrin blankını (şablonunu) Konvensiyaya uyğunlaşdırıb, camaata normal vəsiqə verilməlidir. Özü də "Yol hərəkəti haqqında" Qanunun 35-ci maddəsinin VIII hissəsinə əsasən, sürücülük vəsiqəsinin dəyişdirilməsinə səbəb onun yazılarında dəqiqsizlik müəyyən edilməsi ilə bağlı olduqda dövlət rüsumu ödənilmir"./milli.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar