Sizin Reklam Burada
Xəbər lenti
01-05-2024
30-04-2024
BÜTÜN XƏBƏRLƏR

Cəmiyyətin şəxsiyyət problemi

Tarix: 29-03-2018 09:51     Baxış: 150 A- / A+
Şəxsiyyəti formalaşdıran cəmiyyətlərdir. Hakimiyyətlərdir.
Azərbaycanda müstəqillik dönəmindən sonrakı hakimiyyətlərin hər birində cəmiyyət şəxsiyyət problemi ilə üzləşdi. Ölkədə lider, ziyalı qıtlığı yarandı.
Şəxsiyyət qıtlığı düşüncə qıtlığından doğur. İnsanı cəmiyyət püxtələşdirir.
İnsan zaman və məkanın məhsuludur. Lideri də, qəhrəmanı da, qatili də, oğrunu da, cinayətkarı da yetişdirən odur.

Nə qədər ki, hakimiyyət insana bacarıq və düşüncəsinə görə yox, ancaq əqidəsinə və münasibətlərə görə qiymət və yer verəcək, o cəmiyyət normal şəkildə formalaşa bilməyəcək.
Nə qədər ki, insanlar biri-birinin yasına, toyuna getməyə, orada görünməyə ehtiyatlanacaqlar, cəmiyyət yetkinləşə bilməyəcək.
Nə qədər ki, insanın biliyi, savadı önə çəkilməyəcək orada tərəqqi olmayacaq.

İnsanı əqidəsinə görə dışlamaq olmaz. Hamı eyni cür düşünə bilməz. Bu mümkünsüzdür. Eyni düşüncə olan yerdə inkişaf yoxdur.
Qonşu Türkiyədə şəhidin cənazə törəninə hakimiyyət nümayəndələri ilə birlikdə müxalifətin də qatılması gözəl bir ənənədir.
“Məndən olmayan mənim deyil” düşüncəsini beyinlərdən silmək, milləti, cəmiyyəti bu yanaşmalardan qurtarmaq lazımdır. Əsas bacarıqdır, qabiliyyətdir. Millət, dövlət sevgisidir. Onun dövlət üçün nələr verə biləcəyidir.

İnsanın özünün əbədi olmadığı yerdə heç nə əbədi deyil. Hər şey müvəqqətidir. Dəyişəndir.
Tarixdə əməl və görülən işlər qalır. Bu istənilən düşərgədə olanlara aiddir.
İnsan durduğu yerə kənardan baxmağı, dəyərləndirməyi bacarmalıdır.
Millət “KİM?” sualı qarşısında aciz qalanda fəlakət başlayır.
Öz seçimi olmayan millətin seçimini başqaları edir.
Mənliyin taptalandığı, mənəviyyatın alçaldıldığı, sevgi hissi öldürülən yerdə nəinki şəxsiyyət, lider, heç normal insan belə yetişdirmək mümkün deyil.

Çox təəssüf ki, obyektiv və subyektiv səbəblərdən ölkədə artıq insanların böyük bir kəsimi düşüncə baxımından geriyə doğru gedir. Dünyəvi baxışlardan uzaqlaşır. Zamanla uzlaşa bilmir. Uzlaşmaq istəmir. Orta əsrlər təfəkkürü ilə müasir insan yaratmaq qeyri-mümkündür. Belə getsə ölkə bunun ağır nəticələri ilə üzləşməli olacaq.
Son günlər ölkədə get-gedə artan sərt qarşıdurmalar, insanlar və sistemlər arasındakı ziddiyyətlər də Azərbaycanı indiyədək rastlaşmadığı körpüləri yandıran, pərdələri götürən arzuolunmaz bir hala gətirib çıxarıb. Bu yol ölkəni uçuruma aparır. Zor, güc, təhqir, söyüş insanı tərbiyəsizləşdirir. Qəddarlığa zəmin yaradır.

Ölkənin, millətin ağır məqamlarında önə çıxıb söz deyəsi, sözü eşidiləsi, hər kəsi durdurası ziyalı lazımdır.
Şəxsiyyət baxımından millətin gələcəyini qısır etmək ən böyük faciədir.
Sivil cəmiyyət arzusunda olan hakimiyyət bunları durdurmalı, yeni baxış, yeni ideya ortaya qoymalıdır.

Millətin gələcəyinə çıraq tutası insanları yetişdirmək və qorumaq lazımdır. Millət kor olarsa orada işıq axtarmağa dəyməz.

Rəfail Tağızadə

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar