Sizin Reklam Burada
Xəbər lenti
04-05-2024
03-05-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanlı avtoritet hüquq-mühafizə orqanları saxlanıldı

Tarix: 09-02-2018 15:12     Baxış: 3448 A- / A+
Azərbaycanlı avtoritet hüquq-mühafizə orqanları saxlanıldı

Moskvada Rusiyada 20 il ərzində müxtəlif adlarla hüquq-mühafizə orqanlarından gizlənən, Azərbaycandan olan mütəşəkkil cinayətkar dəstənin lideri polisin keçirdiyi əməliyyat nəticəsində saxlanılıb.

Bu barədə Rusiya DİN rəsmi nümayəndəsi İrina Volk jurnalistlərə verdiyi açıqlamada bildirib.

Rəsminin sözlərinə görə, Cənubi Qafqazda doğulmuş 49 yaşlı həmin şəxs Azərbaycanda törətdiyi soyğunçuluq, insan oğurluğu və banditizmə görə beynəlxalq axtarışda olub.

Onun polisin SOBR xüsusi təyinatlılarının dəstəyi ilə Miçurin prospektində keçirdiyi əməliyyat nəticəsində saxlanıldığı bildirilir.

“Sözügedən şəxs 1997-ci ildən bəri cinayət məsuliyyətindən yayınıb. Başqasının SSRİ vətəndaşı pasportundan istifadə etməklə, Rusiya vətəndaşlığı və Rusiya ümumvətəndaş pasportunu əldə edib.

Hüquq-mühafizə orqanları müəyyən edib ki, həmin adla Azərbaycanda başqa bir şəxs yaşayır”, – deyə Volk bildirib.

Volk bildirib ki, cinayətkarın Rusiya vətəndaşlığı ləğv olunub, əldə etdiyi pasport isə etibarsızlaşdırılıb.

Onun kirayə qaldığı mənzildə aparılan axtarış zamanı İJ-70, Brauninq tapançaları, 9 mm kalibrli 23 patron, həmçinin üzərində cinayətarın şəklinin həkk olunduğu və şəxsi məlumatlarının qeyd edildiyi saxta Qazaxıstan pasportu aşkarlanıb.

Cinayətkara qarşı qanunsuz silah dövriyyəsi ittihamı ilə cinayət işi açılıb, barəsində həbs-qətimkan tədbiri seçilib. Cəza müddəti başa çatdıqdan sonra onun Azərbaycana ekstradisiya olunacağı bildirilir.

Hal-hazırda saxlanılan şəxsin Rusiya Federasiyası ərazisində digər cinayətlər törədib-törətməməsi araşdırılır.oxu.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar