Sizin Reklam Burada
Xəbər lenti
15-09-2025
BÜTÜN XƏBƏRLƏR

“Prezident seçkiləri tezləşdirməyi zəruri hesab etdi” - YAP-dan açıqlama

Tarix: 05-02-2018 19:31     Baxış: 4226 A- / A+
“Prezident seçkiləri tezləşdirməyi zəruri hesab etdi” - YAP-dan açıqlama


"Növbədənkənar prezident seçkilərinin keçirilməsi Azərbaycan Prezidentinin səlahiyyətinə aid olan məsələdir”.

Manevr.az xəbər verir ki, bunu trend-ə Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov deyib.

S.Novruzov bildirib ki, 2016-cı il sentyabrın 26-da Konstitusiyaya dəyişikliklərlə bağlı referendum keçiriləndə Prezidentə növbədənkənar prezident seçkiləri elan etmək hüququ verildi və xalq da yekdilliklə bu məsələyə səs verdi:

"Bu məsələ, həmçinin Seçki Məcəlləsində öz əksini tapıb. Bu baxımdan da növbədənkənar prezident seçkilərinin keçirilməsi dövlət başçısının səlahiyyətinə daxil olan bir məsələdir. Prezident nə vaxt zəruri hesab edirsə, o zaman da belə bir qərar qəbul edir. İndi də cənab Prezident zəruri hesab etdi ki, bu il prezident seçkiləri oktyabrda deyil, aprelin 11-də keçirilsin və bununla bağlı sərəncam imzaladı”.

S.Novruzov vurğulayıb ki, YAP adətən seçkilərə hazırlığa bir il qabaqcadan başlayır və kifayət qədər seçki təcrübəsi var: "Yeni Azərbaycan Partiyası bu gün də seçkilərə tam hazırdır və namizədini irəli sürüb qələbə əldə edə bilər”.

YAP icra katibinin müavini deyib ki, Azərbaycanda azad, ədalətli, demokratik və şəffaf seçkilər keçirilməsi üçün əlverişli mühit var, qanunlar buna imkan verir və kim istəyirsə, namizədliyini irəli sürülə bilər.

Qeyd edək ki, Prezident İlham Əliyev növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, növbədənkənar prezident seçkiləri 2018-ci il aprelin 11-nə təyin olunub.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar