Sizin Reklam Burada
Xəbər lenti
23-05-2026
22-05-2026
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanlı ailə polisi girov götürdü - Almaniyada şok hadisə

Tarix: 19-01-2018 12:18     Baxış: 2394 A- / A+
Azərbaycanlı ailə polisi girov götürdü - Almaniyada şok hadisə

Ötən gün gecə saat 03:30-da azərbaycanlı ailənin yaşadığı evin qapısını döyən alman polisi onları ölkədən çıxarmaq üçün gəldiklərini bəyan edib. Lakin Almaniyanı tərk etmək istəməyən ailə polisin bu qərarına müqavimət göstərib. Nəticədə böyük insident baş verib. Ailəninin başçısı – evin kişisi onları zorla evdən çıxarmaq istəyən alman polisinin silahını əlindən alıb və onu girov götürüb. Daha sonra o, havaya bir neçə dəfə atəş açıb. Nəticədə hadisə yerinə xüsusi təyinatlı polislər çağırılıb. Xüsusi təyinatlı polislər azərbaycanlı kişinin girov götürdüyü iki nəfəri xilas edə bilib və onu həbs edib.
Yanvarın 18-də Almaniyada azərbaycanlı ailə böyük silahlı insidentə səbəb olub.
Bu ölkəyə sığınacaq üçün müraciət etmiş azərbaycanlı ailəyə oturum icazə verilmədiyi üçün hüquq-mühafizə orqanları həmin ailəni ölkədən deport etmək barədə qərar qəbul edib.
Lakin hadisələr bununla da yekunlaşmayıb. Evin xanımı əlinə aldığı bıçaqla özünə ağır xəsarətlər yetirməyə başlayıb. Qadın daha sonra xəstəxanaya çatdırılıb. Polisləri girov götürən azərbaycanlı kişi isə həbs edilib.lent.az Azərbaycanlı ailə polisi girov götürdü - Almaniyada şok hadisə

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar