Sizin Reklam Burada
Xəbər lenti
02-05-2024
BÜTÜN XƏBƏRLƏR

Tərcümə Mərkəzi orfoqrafiya sözlüyünə yeni sözlər daxil edib-- SİYAHI

Tarix: 08-01-2018 10:53     Baxış: 2247 A- / A+
Tərcümə Mərkəzi orfoqrafiya sözlüyünə yeni sözlər daxil edib-- SİYAHI


Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin nəşr etdiyi “Azərbaycan dilinin işlək orfoqrafiya sözlüyü”ndə bir sıra mübahisəli söz yeni variantda təqdim olunub.

Manevr.az xəbər verir ki, sözlük Azərbaycan dilinin söz ehtiyatının kəmiyyət üzrə deyil, saf Azərbaycan sözlərinin, eləcə də Azərbaycan dilinə daxil olmuş, işləklik qazanmış alınma sözlərin və terminlərin düzgün seçimi prinsipi üzrə, həmçinin mövcud orfoqrafiya qaydalarına uyğun şəkildə tərtib edilib.

Əvvəlki orfoqrafiya lüğətlərində yer alan yüzlərlə lüzumsuz səs və onlara dair törəmələrdən yalnız məna kəsb edənləri saxlanılıb.

Sözlüyə əvvəlki orfoqrafiya lüğətlərində yer almamış buzlaşma, çəkələk, çitə, çivzə, dəst-xət, əhd-peyman, əhval-ruhiyyə, əlkimyagər, ənsə, əntiqçi, fokusçu, gödəkçə, güvən, həmmüəllif, hürgüc, hürkmək, ilginc, qamçı, qaraçuxa, qarahüruh, qavram, maya, məhrək, nəmər, ora, orada, ödəyici, önəm, sağın, salat, südçörəyi, uca, yayımlama və s. bu kimi mindən çox Azərbaycan sözü, həmçinin elm, texnologiya, idman, mədəniyyət, siyasət və s. sahələrdə işləklik qazanmış aktuallıq, aqressiya, ambulator, antiterror, anestezioloq, avroviziya, batut, deltaplan, ekzitpol, etno-caz, filmoqrafiya, fotosessiya, gid, xoreoqraf, moratori, multikultural, multikulturalizm, piar, pilates, pin-kod, prelüdiya, publik, publika, seysmoaktiv, seysmoloq və s. terminlər daxil edilib.“report”

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar