Sizin Reklam Burada
Xəbər lenti
22-08-2026
21-08-2026
BÜTÜN XƏBƏRLƏR

Jurnalistlər təzə mənzillərinə nə vaxt köçəcək? – Vüqar Səfərlidən AÇIQLAMA

Tarix: 05-01-2018 19:05     Baxış: 2245 A- / A+
Jurnalistlər təzə mənzillərinə nə vaxt köçəcək?


Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) icraçı direktoru Vüqar Səfərli 2017-ci ildə dövlət başçısı tərəfindən mənzil hədiyyə edilən jurnalistlərin evlərinə nə zaman köçəcəyi ilə bağlı məsələyə aydınlıq gətirib.
Manevr.azbildirir ki, V.Səfərli “ölkə.az”-a açıqlamasında bildirib ki, ev alan jurnalistlərin həmin binaya köçməməsinin səbəbi sənədlərin hələ hazır olmamasıdır:
“Biz çalışırdıq ki, ev alan jurnalistlər Yeni ili öz evlərində qeyd etsinlər. Ancaq çox təəssüf ki, bunu çatdıra bilmədik. Çünki evlərlə bağlı sənədlər hələ hazır deyil. Sənədlərin hazırlanması işi isə bizdən asılı olan məsələ deyil, biz çalışırıq ki, tez həll olunsun. Ev alan jurnalistlər kimi mən də sənədlərin Yeni ilə qədər həll olunmasını istəyirdim. Bundan əvvəl də demişdim ki, biz jurnalistlərin öz evlərinə Yeni ilə qədər köçəcəyinə çalışacağıq”.
V.Səfərli “jurnalistlər Novruz bayramına qədər öz evlərinə köçə biləcək?” sualına isə belə cavab verib:
“Bu barədə mən indidən dəqiq bir söz deyə bilmərəm. Çünki bu məsələ təkcə bizdən asılı deyil. Sakinlərin həmin binaya köçməsi üçün bir neçə qurumların rəy verməsi lazımdır. Ona görə də lazım olan həmin sənədlər hazır deyil. Ancaq biz çalışacağıq ki, mənzil alan jurnalistlər Novruz bayramını öz evlərində qeyd etsinlər. Ancaq indidən dəqiq bir söz deyə bilmərəm”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar