Sizin Reklam Burada
Xəbər lenti
06-05-2024
05-05-2024
BÜTÜN XƏBƏRLƏR

Əməkdar jurnalist OD PÜSKÜRDÜ: Bu qızları əxlaqsız mövzularda yazmağa nə vadar edir? Özlərinin ehtirası, yoxsa - nə?

Tarix: 05-01-2018 18:59     Baxış: 2669 A- / A+
Əməkdar jurnalist OD PÜSKÜRDÜ: Bu  qızları əxlaqsız mövzularda yazmağa nə vadar edir? Özlərinin ehtirası, yoxsa - nə?


Heç 200 il əsarətində olduğumuz "dinsiz-imansız" ruslar da bu cür qələt eləyib, bizi əxlaqsızlığa sürükləməmiş, sövq etməmişdilər...
İndiki bəzi xanım yazar-pozarlar isə bütün kütləni əxlaqsızlıq uçurumuna "kəllə-mayallaq" atmağa çalışırlar. Özü də çox ciddi-cəhdlə!


Görəsən, bəzi gənc jurnalist, şair və yazıçı qızları son vaxtlar əxlaqsız mövzularda yazmağa, heyvani hissləri təbliğ etməyə nə vadar edir? Özlərinin ehtirası, yoxsa - nə? (Sonra da dostum Eyruz müəllim deyir ki, nə işinə qalıb, kim nə yazır, kim kimlə otutrub-durur?.. Biganə olmaq olmur axı, dostum. Axı, xalqımız niyə bilərəkdən, qəsdən əxlaqsızlığa sövq edilir? Bunların qarşısını almaq üçün də Milli Məclis xüsusi qərar çıxarmalıdırmı?

İnana bilmədim... Çox abırlı-həyalı görünən bu xanımın - Samirə ƏŞRƏFin saytların birində əxlaqsızlıqdan, "porno" və s.-dən çəkinənləri hədəfə almaqda görəsən, məqsədi nədir, onu buna nə vadar edib? Lazım idimi onun kimi bir xanımın belə bir mövzuda yazması? Baxın, yazır ki, "Qəhrəmanın intim istəklərini, məhrəm arzularını yazmaqdan ötrü oxucu istəsə də, istəməsə də, erotik təsvirlərin verilməsinə ehtiyac duyulur (ehtiyac duyulur? Kim duyur o ehtiyacı? Müəllif, yoxsa, "külli-aləm?" - R.O.)" Yazır ki, "dünya ədəbiyyatında bu cür roman nümunələri çoxdur. Markiz de Sadın “Sadomun 120 günü”, Ceyms Coysun “Uills”, Henri Müllerin “Tropik xərçəngi”, Vladimr Nabokovun “Lolita” romanı və s." Hətta erotik əsərlərin və onların müəlliflərinin adlarını böyük bir həvəslə, az qala ehtiramla çəkir.
Soruşan gərəkdir ki, axı sən niyə bir əsərini belə oxumadan bəyənmədiyin klassik və müasir Azərbaycan yazıçılarını - M.S.Ordubadini, Yusif Vəzir Çəmənzəminlini, Mirzə İbrahimovu, Mehdi Hüseyni, İsmayıl Şıxlını, Mir Cəlalı, Fərman Kərimzadfəni, Cəlal Bərgüşadı, İsi Məlikzadəni, Çingiz Abdullayevi və digərlərini bir kənara qoyub, kimlərinsə "məsləhəti" ilə (yoxsa sən onları - o qərb "dahi"lərini hardan tanıya bilərdin ki?) üz tutmusan əxlaqsız, "problemli"-"ozaboçennı" Avropa və Amerrika yazıçılarına?
Bu xanım hətta cürət edib korifey sənətkarımız, xalqın sevimlisi Alim Qasımova da irad tutur ki, niyə o, bir tamaşada tərbiyəsizlik səhnəsinə görə oynamaqdan imtina edfib? Siz bir irada, "cəsarətə" baxın bu xanımdakı. Yazır ki, "Milli Dram Teatrımız bir neçə il əvvəl “Qatil” tamaşası ilə buna cəhd etdi. Amma eşitdiyimə görə, ağsaqqal muğam ifaçımız Alim Qasımov məhz bu səhnələrə görə tamaşanı nümayişkaranə şəkildə tərk eləmişdi. Amma Alim müəllim nədənsə incə bir məqamı unudur; o, muğam oxuyanda kimsə ayağa qalxıb deməyib ki, sizin ifa etdiyiniz muğamın filan yerində “əzizim, ləblərin, qonçədir, baldır” və yaxud da “sinəndə bir cüt nar” söhbəti var..."
Nə deyəsən beləsinə, milli-mənəvi dəyərləri alt-üst etməyə çalışan bu xanıma?
Doğrudan da, bu xanım başa düşmək istəmir ki, "ləblərin, qonçədir, qönçə", "bir cüt nar" başdan ayağa sevgidir, saf və odlu məhəbbət, romantikadır, burda onun istəyində olduğu açıq-saçıqlıq, ehtir-as və "murdar-as" yoxdur?
Oxuculardan biri çox haqlı olaraq o xanıma sual verir: "bu sətirlərin müəllifi özü həmin əxlaqsız rollarda çəkilməyə razılıq verərmi? Və ya həmin "porno" rolda çəkilmiş aktirisanı öz oğluna alarmı?" Çox haqlı, yerində verilmiş sualdır. Ancaq belə görürəm ki, deyəsən bu suallara "o tərəfdən" müsbət, "hə" cavabı daha çox gözləniləndir.
Ayıbdır, həm də şair-publisist dostum Rafiq Odayın sözü olmasın - "özü də çox ayıbdılr, hədsiz ayıbdır!".
Ey Azərbaycanın bu cür mövzulara üstünlük verən yazı-pozu xanımları! Bəli, bəlkə sizin üçün belə mövzular "çox adi" görünür, sizcə burda utanmalı, çəkinməli bir şey yoxdur, ancaq əksəriyyət sizin düşündüyünüz, "düşdüyünüz" fikirdə deyil. Bəlkə, siz populyarlaşmaq xatirinə, sensasiya üçün başqa mövzularda yazasınız? - Məsələn, Amerika prezidenti Trampın qızı İvankanın niyə rusa oxşamasından və adının kökündə Amerika üçün qeyri-xarakterik "İvan" adının, "ka"nın isə əzizləyici rus şəkilçisi (Vaska, Saşka, Mişka və s.) olmasından? Ya da bəlkə bu ölkənin vətəndaşı kimi Azərbaycanın bu ağır günlərində bir qaçqının, əlacsızın, tənha ananın ömür-günündən, əri böyük bir ailəni taleyin ümidinə buraxıb, Rusiya çöllərində veyillənməsindən...
Vallah, ayıbdır, çox ayıbdır! (Bəlkə, artıq belə şeylərin ayıb olduğunu hiss eləmirsiniz?). Axı, siz Şərq qadınısınız, sizə yaraşmaz! Çox da ki kimsə, nə vaxtsa "1001 gecə nağıllarını yazıb... və kimsə onu sizin üçün uşaq yaşlarından oxuyub...

P.S. Bəzi xanım jurnalistlər tamam həddini aşaraq, sənətçilərin sənətindən, istedadından yazmaq, danışmaq əvəzinə özlərini onların həyatına, hətta bir yengə, Avropada olduğu tək üçüncü bir adam kimi sənətçilərin ər-arvad yatağına soxaraq, az qala hər şeyə, hər bir "hərəkətə" nəzarətçi kimi aparırlar. Elə bunun nəticəsidir ki, hətta bir-birini dəlicəsinə sevən Musa ilə Qumral xanım bir-birinıə düşmən olub, boşandılar! Budur "bəzi-bəzi" xanım jurnalistlərin burunlarını hər yerə soxmalarının xoşagəlməz sonluğiu. Musa ilə Qumral xanım gərək elə qalmaqal jurnalistlərini məhkəmə versinlər ki, digərlərinə də birdəfəlik acı bir dərs olsun.

Rəhman ORXAN,
Əməkdar jurnalist.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar