Sizin Reklam Burada
Xəbər lenti
02-05-2024
01-05-2024
BÜTÜN XƏBƏRLƏR

Mühüm dəyişiklik gəlir: nazirliklərin ləğvi və ya...

Tarix: 13-11-2017 15:47     Baxış: 5222 A- / A+
Mühüm dəyişiklik gəlir: nazirliklərin ləğvi və ya...


"Azərbaycanda hökumətin tərkibində aparılan kadr islahataları bundan sonra da davam edəcək".

Manevr.az xəbər verir ki, bu sözləri axar.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov Gürcüstanda 4 nazirliyin ləğvi və digər nazirliklərə birləşməsinin post-sovet məkanına təsiri barədə analitiklərin açıqlamasını şərh edərkən deyib.

Millət vəkili bu islahatların Azərbaycanda daha öncə başladığını və mərhələli şəkildə davam etdiyini vurğulayıb:


"Qonşumuz Gürcüstanla yanaşı, bizdə də islahatlar gedir. Fikir verdinizsə, Azərbaycanın dövlət başçısı əvvəlcə Prezident Administrasiyasında ciddi islahatlar apardı. Nəticədə müşavirlik institutu ləğv olundu və onun yerində köməkçi institutu bərpa edildi. Daha sonra prezident Nazirlər Kabinetinin strukturunu yenidən təsdiq etdi və müəyyən şöbələr birləşdirildi, bir qismi isə ləğv edildi. Bundan öncə isə Nəqliyyat Nazirliyi və MTN ləğv edilmişdi. Həmçinin vitse-prezidentlik institutu fonunda hesab edirəm ki, Azərbaycanda hökumətin tərkibində aparılan kadr islahataları davamlı olacaq. Qarşıda bizi mühüm dəyişikliklər gözləyir. Ümumiyyətlə, indiki zamanda iqtisadi və siyasi islahatların davamlı olmasına ehtiyac var, daha çevik qərarlar qəbul edən hökumət formalaşmalıdır və hazırda bu proses normal səviyyədə həyata keçirilir”.

Millət vəkili növbəti dəyişikliyin vaxtı ilə bağlı da danışıb:


"Bu islahatlar birbaşa prezidentin səlahiyyətindədir və vaxtı yetişdikcə aparılır. Növbəti mühüm dəyişikliklərin vaxtını da prezident özü müəyyən edəcək”.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar