Sizin Reklam Burada
Xəbər lenti
07-05-2024
06-05-2024
BÜTÜN XƏBƏRLƏR

İki ölkə 7 hissəyə bölünəcək, İsrailə.. - ABŞ-ın 2018-ci il planı ORTAYA ÇIXDI

Tarix: 04-11-2017 21:58     Baxış: 5260 A- / A+
İki ölkə 7 hissəyə bölünəcək, İsrailə..
ABŞ-ın 2018-ci ilin ikinci yarısında İraq və Suriya ilə bağlı həyata keçirmək istədiyi plan ortaya çıxıb.
Manevr.az “Yeni Şəfəq” nəşrinə istinadən xəbər verir ki, ABŞ Şimali İraqda peşmərgəni, Suriyada isə PYD-ni (PKK-nın Suriya qanadı hesab edilir – red.) legitimləşdirmək üçün iki ölkədə 7 yeni dövlət elan etməyə hazırlaşır.
Türkiyə nəşrinə bu haqda Suriyada uzun müddətdir vəzifədə olan və 2013-cü ildə müxalifətin sıralarına keçən yüksək vəzifəli bir hərbçi danışıb. ABŞ-ın planına görə, İraqda sünnilərə dar bir ərazi verilir. Tikrit, Səlahəddin, Anbar və Fəllucə sünnilərə, Ərbil, Duhok, Hələbcə və Süleymaniyyə bölgələri peşmərgəyə, Bağdad-Nasiriyye-Kadisiyye-Nəcəf dəhlizi isə şiələrə “pay düşür”.
Suriyada Aralıq dənizindən başlayaraq Lazkiye-Tartus-Dəməşq xəttini Nüseyri federal bölgəyə daxil edən ABŞ, Suveyda-Golan-Kuneytra xəttini dürzilər üçün ayırıb. Suriyalı hərbçinin sözlərinə görə, Suveyda-Golan xəttində federal status veriləcək ərazi dürzilər bəhanə edilərək yalnız İsrailin təhlükəsizliyi üçün formalaşdırılacaq.
“ABŞ-ın buradakı hədəfi Livan-Suriya sərhədində İsrailə daha geniş meydan yaratmaq və “Hizbullah” üçün nəzərdə tutulan dəhlizə mane olmaqdır.
ABŞ-ın nəzərdə tutduğu xəritədə Hələb, Xama və İdlib sünnilərə verilib. Haseke, Deyr-ez-Zorun şimalı, Rakka, Münbiç və Qamışlı xəttində isə PYD-nin “terror dövlət”i yaradılır. Müxalifət hərbçisinin sözlərinə görə, Suriyada istismar edilən neft ərazilərinin 65 faizi PYD-nin nəzarətindədir.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar