Xəbər lenti
Sevinc Qəribin yeni kitabının "İmza günü" keçirilib -FOTOLAR
Sumqayıt “Poziya Evi”ində şair Sevinc Qəribin “Hardasa o uzaqlarda...” adlı yeni kitabının “İmza günü” keçirilib.
Manevr.az xəbər verir ki, müəllifin həmkarlarının, yaxın dostlarının, iş yoldaşlarının iştirak etdiyi tədbiri giriş sözü ilə şair İbrahim İlyaslı açaraq Sevinc Qəribin həyat və yaradıcılığından bəhs etdi.
Şairlərdən Əşrəf Veysəlli, Rafiq Yusifoğlu, Qənirə Mehdixanlı, Namiq Dəlidağlı, Rafiq Oday, Zirəddin Qafarlı, Xatirə Fərəcli, Sabir Yusifoğlu, Ənvər Məsud, yazıçı-publisist Eyruz Məmmədov, yazıçı Almaz Sahilə və digərləri Sevinc Qəribin yeni kitabı haqda öz ürək sözlərini söyləydi, onun özünəməxsus dəst-xətti olduğunu dilə gətirdilər. Yeni kitabının işıq üzü görməsi münasibətilə təbrik edib və yaradıcılıq uğurları arzuladılar. Müəllifin şeirlərindən nümunələr səsləndirdilər. Orta məktəb şagirdi Şəbnəm Qiyasova müəllifin "Bəlkə"adlı şeirini özüməməxsus tərzdə söylədi. Şairin atası, tanınmış ziyalı Qərib Səlimov tədbirdə iştirak edən qonaqlara öz minnatdarlığını çatdırdı.
Kitabın redaktoru, şair Namiq Dəlidağlı müəllifin şeirlərində yurd-yuva həsrətinin, bu ağrıdan doğan nisgilin, o uzaqlarda qalan, indi yağı əlində yağmalanan Laçının bədii ifadəsini ustalıqla qələmə aldığını dedi. Sevinc Qəribin yaradıcılığında bu mövzuların çoxluq təşkil etdiyini vurğuladı.Onun şeirlərinin poetik xüsusiyyətlərindən danışdı.
Sonda S.Qərib tədbir iştirakçılarına, “Poeziya Evi”nin rəhbərliyinə, əməkdaşlarına öz təşəkkürünü bildirib, yeni şeirlərindən nümunələr oxudu. Sevinc Qəribin yeni kitabının "İmza günü" keçirilib
Manevr.az

(Fotolar Şakir Rəhmanındı)
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar

































