Sizin Reklam Burada
Xəbər lenti
30-04-2024
29-04-2024
BÜTÜN XƏBƏRLƏR

Qohumunu alma bağında öldürən şəxsin cəzası azaldıldı: “Ailəsinin ünvanına...”

Tarix: 10-09-2017 15:48     Baxış: 157 A- / A+
Qohumunu alma bağında öldürən şəxsin cəzası azaldıldı: “Ailəsinin ünvanına...”


Qohumunu meyvə bağında 30 bıçaq zərbəsi ilə qətlə yetirməkdə təqsirləndirilən şəxsin növbəti məhkəmə prosesi keçirilib. 16 il 6 ay müddətinə azadlıqdan məhrum edilən Gündüz Məhərrəmov apellyasiya şikayəti verərək cəzasının azaldılmasını xahiş edib.

Musavat.com xəbər verir ki, apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsində hakim Vidadi Cəfərovun sədrliyi ilə baxılıb.

Bildirək ki, 1988-ci il təvəllüdlü Məhərrəmov Gündüz Əli oğlu Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə təqsirli bilinib Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 16 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, G.Məhərrəmov şəxsi münasibətlər zəminində Novruzov İlqar Məmmədağa oğlunu xüsusi amansızlıqla qəsdən öldürüb.

Belə ki, Gündüz Məhərrəmov səfil həyat tərzi keçirən həmkəndlisi və uzaq qohumu İ.Novruzovun mütəmadi olaraq onun və ailəsinin ünvanına nalayiq ifadələr işlətməsindən narazı qalıb. Bununla əlaqədar 15 oktyabr 2016-cı il tarixdə İlqar Novruzovun yaşayış üçün istifadə etdiyi sahibsiz tikiliyə baş çəkib.

Lakin İ.Novruzovu orada tapmayaraq yaxınlıqda yerləşən alma bağının gözətçisi Vahid Kərimovun qaldığı birmərtəbəli tikiliyə gedib. Orada da İlqar Novruzovu tapmayaraq geri qayıtmaq istəyərkən meyvə bağında İlqar Novruzovla rastlaşıb.

Onlar aralarında olan narazılığı müzakirə etmək üçün gözətçi Vahid Kərimovun qaldığı tikiliyə gediblər. Həmin tikilinin eyvanında Vahid Kərimovun açdığı yemək süfrəsində əyləşiblər. İ.Novruzov spirtli içki içdikdən sonra qohumunu yenidən təhqir edib. Mübahisənin davamında Gündüz Məhərrəmov İlqar Novruzova bıçaqla çoxsaylı zərbələr endirib.

Vəkil apellyasiya şikayətində müdafiə etdiyi şəxsin əməlinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsindən 126.3-cü (qəsdən zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsinə tövsif edilməsini və həmin maddə ilə ona ədalətli cəza təyin edilməsini xahiş edib.

Müdafiəçi apellyasiya şikayətini belə əsaslandırıb ki, G.Məhərrəmovun əməlində nəinki xüsusi amansızlıqla adam öldürmə cinayətinin, hətta ümumiyyətlə adam öldürmə cinayətinin tərkibi yoxdur.

O, fikrini bununla əsaslandırıb ki, G.Məhərrəmovun uzaq qohumu olan və səfil həyat tərzi keçirən həmkəndlisi İ.Novruzov mütəmadi olaraq müdafiə etdiyi şəxsin və ailəsinin ünvanına təhqiramiz və hədələyici ifadələr işlədib. Bu səbəbdən də aralarında dəfələrlə mübahisələr olub.

“Sonuncu hadisə də bu səbəbdən baş verib. Mərhum müdafiə etdiyim şəxsin və ailəsinin ünvanına yenə də söyüşlər işlədib. İstintaq bu hadisədə bəzi məqamları təhrif edib. Belə ki, onlar sonuncu dəfə mübahisə edərkən mərhum şəxs Gündüzü çölə çağırıb. Amma istintaq belə yazıb ki, guya Gündüz onu kənara çağıraraq vurub. Gündüz ifadəsində bildirdi ki, mərhumun onu vuracağından ehtiyat etdiyi üçün ona qabaqlayıcı zərbə vurub. Gündüz məhkəməyə verdiyi ifadəsində və ona verilmiş suallara cavablarında dəfələrlə bildirdi ki, onu öldürmək niyyəti olmayıb. Sadəcə onunla danışıb, ondan təhqirlərə, hədələrə və söyüşlərə son qoymasını tələb etmək üçün onunla görüşə gəlib. Onu da qeyd edim ki, zərbələrin sayı otuz olsa da, onlardan cəmi ikisi daxilə keçən zərbə olub. Digər zərbələr səthi yaralar və cızıqların əmələ gəlməsinə səbəb olub” - deyə vəkil bildirib.

Vəkil bildirib ki, mərhum zamanında ilkin tibbi yardım göstərilmədiyi üçün vəfat edib və buna görə də müdafiə etdiyi şəxsin əməlini 126.3-cü maddəyə tövsif etmək mümkündür.

Dövlət ittihamçısı isə vəsatətin əsassız olduğundan rədd edilməsini istəyib.

Məhkəmə tərəfləri diblədikdən sonra apellyasiya şikayəti qismən təmin edilməsi ilə bağlı qərar çıxarıb. Təqsirləndirilən şəxsin cəzası qismən azaldılıb.

Məkhəmə G.Məhərrəmovun himayəsində iki nəfər azyaşlı uşağının olmasını, əməlini qismən etiraf edib peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, ilk dəfə cinayət törətməsini, zərərçəkmiş şəxsin hüquqi varisinin ondan şikayət və tələbinin olmamasını, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının həddinin azaldılmalı olması qənaətinə gəlib.

Sumqayıt Apellyasiya Məhkəməsinin hökmünə əsasən G.Məhərrəmovun cəzası16 il 6 aydan 15 ilə endirilib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar