Xəbər lenti
Əmisi arvadını döyərək əlini və ayaqlarını sındırdı - Azərbaycanda

Tovuz rayon sakini əmisi arvadını döyərək xəstəxanalıq edib.
Manevr.az "Report"a istinadla verdiyi məlumata görə, hadisə rayonun Alakol kəndində baş verib.
Belə ki, həmin kəndin sakini, 1971-ci il təvəllüdlü Sevda Şəmşəd qızı Rüstəmova ailə münaqişəsi zəminində qaynının oğlu tərəfindən döyülərək ağır bədən xəsarətləri alıb. O, yaxınları tərəfindən xəstəxanaya çatdırılıb.
Xəstəxanadan bildirilib ki, qadının hər iki ayağı və sağ əli sınıb: "Yaralı ağır və huşunu itirmiş vəziyyətdə xəstəxanaya gətirilib. Qadın baş, üz və qarın nahiyələrindən ağır xəsarətlər alıb. Həkimlər tərəfindən tibbi yardım göstərildikdən sonra travmatologiya şöbəsinə yerləşdirilib və vəziyyəti ağırdır".
Faktla bağlı araşdırma aparılır.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar

































