Sizin Reklam Burada
Xəbər lenti
07-02-2025
06-02-2025
BÜTÜN XƏBƏRLƏR

N

Tarix: 22-01-2025 21:01     Baxış: 9 A- / A+
 QALIB +
(Namiq Dəlidağlının "Evimdə yata bilmədim" şeirindən təsirlənərək...) 
 
Gedib gördün ev dağılıb,
nə od, nə ocağı qalıb.
evində yatmaq istədin,
divar uçub, tağı qalıb.
 
Zülm elədi yağı bizə, 
yaman çəkdi dağı bizə,
zərbə vurdu ömrümüzə, 
sinəmizdə dağı qalıb. 
 
Uçmuş barı - əziz sənə,
çöküb öpdün dönə-dönə,
göz yaşların döndü selə,
gözlərinin ağı qalıb. 

Davudoğlu sənə sirdaş,
gələcəkdir xoş gün, qardaş,
dağılsa da o dam, o daş,
xoş gündən bir çağı qalıb.

Zaur Davudoğlu 
27-04-2022

TANIYIR BU ELLƏR ONU 

Son günlər doğma Kəlbəcəri tez-tez ziyarət edən şair dostumuz, qardaşımız Namiq DƏLİDAĞLının paylaşımlarından təsirlənərək bu misraları qələmə almışam. 

Öz yolundan döndərmədi,+
yağış onu, sellər onu.
Yurd həsrəti, torpaq dərdi -
çəkdi dara - illər onu. 

Gəzdikcə yurd yerlərini, 
Xatırlatdı illərini. 
Daradı ağ tellərini,
Həzin-həzin yellər onun. 

Çox çətinə dözdü, durdu, 
Unutmadı doğma yurdu. 
Ən çox da incitdi - yordu, 
"Qaçqın" deyən dillər onu. 

Sona çatdı dərd-möhnəti,
Yenə gördü o cənnəti.
Çin olub arzu - niyyəti 
Yormadı get-gəllər onu. 

Dolandıqca  çəmən-çölü,
əzizləyir hər bir gülü.
Cığırları tikan dolu -
İncitməz daş yollar onu. 

Göz oxşayan o guşələr, 
tər çiçəklər – bənövşələr,
salamlayır göy meşələr,
dərə-yamac, yallar onu. 

Ömrü qara - ağlı kimi, 
öz yurduna bağlı kimi.
Namiq Dəlidağlı kimi, 
tanıyır bu ellər onu. 

Kəramət Əmirli. 
22.06.2024. Sumqayıt.

SEVİNDİMİ

Eşitdim getmisən dağlara sarı,
Söylə, səni görcək kənd sevindimi?
Seyr edib gördünmü quzeydə qarı,
Bərə sevindimi, bənd sevindimi? 

Üstündən keçsə də nə qədər illər,
Üzünə güldümü çiçəklər, güllər?
Xoş gəldin dedimi çəmənlər, çöllər,
Silindi qəlbindən dərd, sevindimi? 

Gedib dolandınmı bəs Hüt yaylağın,
İçdinmi suyundan “Novlu” bulağın?
Bağrına basdınmı doğma oylağı,
Oylaq sevindimi, yurd sevindimi?

Zaur Davudoğlu 
21.08.2022

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar