Sizin Reklam Burada
Xəbər lenti
18-01-2025
17-01-2025
BÜTÜN XƏBƏRLƏR

Sirləri yalnız Qeyb Elminə bəlli olan Cənnət aləmi – Quranda düşünən insanlara müvafiq işarələr (eyhamlar)

Tarix: 01-12-2024 22:22     Baxış: 343 A- / A+
Ukrayna və Azərbaycanın kimya elmləri doktoru, “Kolloid Kimyası” ixtisası üzrə Azərbaycanda yeganə kimya elmləri doktoru, Rusiya Beynəlxalq Mühəndislik Akademiyasının müxbir üzvü, Avropa Təbiət Elmləri Akademiyasının professor və akademiki, bp Azərbaycan şirkətində 20 il müddətində Ekologiya üzrə 8 nəfər yerli alimlərdən ibarət işçi qrupun üzvü və rəhbəri olmuş, 8 kitab (ikisi ingilis dilində), 100-ə yaxın patent müəllifi, son 3 ildə Almaniyada qeydiyyatdan keçmiş ikisi Quran ayələri ilə əlaqəli çoxsaylı Elmi Kəşfləri ilə ixtisası üzrə (nanokolloid kimyası əsasında neft-mədən nanoekotexnologiyaları) dünyada rekord göstəricilərlə uğur qazanan, Azərbaycan Respublikası Prezidenti tərəfindən “Tərəqqi”, Almaniyada isə ATEA prezidenti tərəfindən “Wilhelm Leibniz” və “Alexander von Humboldt” medalları ilə təltif edilmiş, Elmi Kəşflərlə bağlı Almaniyadan ölkə Prezidentinə nailiyyətləri haqqında mütəmadi olaraq rəsmi məlumat daxil olan Rahim Abas oğlu Daşdiyevin rəhbərliyi altında son 12 il müddətində, Quran ayələrinin mindən artıq ad altında sistemləşdirilmələri nəticəsində təqdim edilən “Sirləri yalnız Qeyb Elminə bəlli olan Cənnət aləmi – Quranda düşünən insanlara müvafiq işarələr (eyhamlar)” mövzusunda aktual silsilədən olan növbəti yazını Manevr.az oxucularına təqdim edirik.

GİRİŞ

3.191.O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı xatırlar, göylərin və yerin yaradılması haqqında düşünər (və deyərlər): "Ey Rəbbimiz! Sən bunları boş yerə yaratmamısan! Sən pak və müqəddəssən! Bizi cəhənnəm odunun əzabından (Özün) qoru! 6.103.Gözlər Onu (görüb) dərk etməz. O, gözləri dərk edər. O, lətifdir (cismlikdən uzaqdır), (hər şeydən) xəbərdardır!

Allahın İslam Dialektika Qanunu və ya “İslamın 7 qızıl qaydası” (41.34):
1.Yaxşılıqla pislik eyni ola bilməz!
2.(Ey mö’min kimsə!) Sən Pisliyi yaxşılıqla dəf et!;
3.Qəzəbə səbrlə,
4.Cəhalətə elmlə,
5.Xəsisliyə comərdliklə,
6.Cəzaya bağışlanmaqla cavab ver!
7.Belə olduqda aranızda düşmənçilik olan şəxsi, sanki yaxın bir dost görərsən!
94.5.Şübhəsiz ki, hər çətinlikdən sonra bir asanlıq gələr! (Asanlıq yalnız çətinliklə hasil olar!)
94.6.Həqiqətən, hər çətinlikdən sonra bir asanlıq gələr! (Buna görə də çətinliklərə səbirlə dözmək
lazımdır!)

Allah bütün yaradılışa həddlər (səddlər, qadağanlar) qoyduğu halda Özü həddlərdən (səddlərdən,
qadağanlardan) və cismilikdən kənar Mütləq Bir Varlıqdır.
Allahın haqq olan Cənnəti vəd qanunu: İman gətirib yaxşı işlər görənlərin ağacları
altından çaylar axan əbədi cənnət həyatı

4.122.İman gətirib yaxşı işlər görənləri isə, Biz (ağacları) altından çaylar axan cənnətlərə daxil
edəcəyik. Allahın haqq olan və’di üzrə, onlar orada əbədi qalacaqlar. ...
4.124.Mö’min olmaqla bərabər, yaxşı işlər görən kişilər və qadınlar Cənnətə daxil olarlar. ...
5.65.Əgər kitab əhli (Muhəmməd peyğəmbərə və Qur’ana) iman gətirsə və Allahdan qorxaraq pis
əməllərdən çəkinsə, Biz, sözsüz ki, onların günahlarının üstünü örtər və özlərini də (ne’məti bol
olan) Nəim cənnətlərinə daxil edərik.
10.2. İçərilərindən bir adama: "İnsanları (Allahın əzabı ilə) qorxut, iman gətirənləri (yaxşı
əməllərinə görə) Rəbbi yanında gözəl mükafat gözlədiyi ilə müjdələ!" - deyə vəhy etməyimiz xalqa
təəccüblü gəldimi ki, kafirlər: "Bu, həqiqətən, açıq-aşkar bir sehrbazdır!" dedilər.
13.29.İman gətirib yaxşı işlər görənlərin xoş halına! (Onları) gözəl bir sığınacaq (Cənnət gözləyir)!
39.10. (Ya Peyğəmbər! Mənim adımdan qullarıma) de: "Ey Mənim iman gətirən bəndələrim!
Rəbbinizdən qorxun. Bu dünyada yaxşılıq edənlərə (axirətdə) yaxşılıq (Cənnət) vardır. Allahın yeri
genişdir (sizə bir çətinlik üz versə, başqa ölkələrə hicrət edə bilərsiniz). Yalnız (dünyada Allah
yolunda çətinliklərə) səbr edənlərə (axirətdə) saysız-hesabsız mükafat veriləcəkdir!"
50.32. (Onlara deyiləcəkdir: ) "Bu, və’d olunduğunuz (Cənnətdir). O, hər bir (tövbə edib Allaha
tərəf) qayıdan, (nəfsini haramdan, özünü günahdan) qoruyan;
76.7. Onlar (Cənnətə nail olacaq müttəqilər) elə kimsələrdirlər ki, verdikləri sözü (etdikləri nəziri)
yerinə yetirər və dəhşətli (aləmi) bürüyəcək (şəri hər tərəfə yayılacaq) gündən (qiyamət günündən)
qoxarlar.
76.8. Onlar öz iştahaları çəkdiyi (özləri yemək istədikləri) halda (və ya: Allah rizasını qazanmaq
uğrunda) yeməyi yoxsula, yetimə və əsirə yedirərlər.
76.9. (Və sonra da yedirtdikləri kimsələrə belə deyərlər: ) "Biz sizi ancaq Allah rizasından ötrü
yedirdirik. Biz sizdən (bu ehsan müqabilində) nə bir mükafat, nə də bir təşəkkür istəyirik.
76.11. Allah da onları o günün şərindən qoruyacaq, onlara gözəllik və sevinc bəxş edəcəkdir
(üzlərinə təravət verəcək, qəlblərini sevindirəcəkdir).
76.12. Və onları etdikləri səbr müqabilində Cənnətlə və (geyəcəkləri) ipəklə mükafatlandıracaqdır.
Sirləri yalnız Qeyb Elminə bəlli olan Cənnət aləmi – Quranda düşünən insanlara
müvafiq işarələr (eyhamlar)

Cənnət əhlinin ürəklərinin Allah tərəfindən kin-rüdurətdən təmizlənməsi hadisəsi:
3.154. ... (Ya Rəsulum!) ... Allah (bununla) sizin ürəklərinizdə olanları (səmimiyyət və ikiüzlülüyü)
yoxlayıb aşkara çıxartsın və qəlblərinizdə olanları (niyyətlərinizi) təmizləsin. ...
6.125. Allah kimi düz yola yönəltmək istəsə, onun köksünü islam (dini) üçün açıb genişləndirər,
kimi azdırmaq istəsə, onun ürəyini daraldıb sıxıntıya salar. O, sanki (sıxıntının şiddətindən) göyə
çıxar. Allah iman gətirməyənlərə pisliyi belə edər!
7.43. Biz onların (cənnət əhlinin) ürəklərindəki kin-küdurəti çəkib çıxardarıq. ...
15.47. Biz onların ürəklərindəki kin-küdurəti çıxarıb atdıq. Onlar qardaş olub taxt üstündə qarşı-
qarşıya əyləşərlər.
20.25. (Musa) dedi: "Ey Rəbbim! (Peyğəmbərliyi yerinə yerinə yetirməyə qadir olmaq, Fir’onla
danışmağa cür’ət etmək və bu yolda bütün məşəqqətlərə tab gətirə bilmək üçün) köksümü açıb
genişlət;
20.36. (Allah) buyurdu: "Dilədiyin sənə verildi, ya Musa!
94.1. (Ya Peyğəmbər!) Məgər Biz (haqqı bilmək, elm və hikmət dəryası etmək üçün) sənin köksünü
(qəlbini) açıb genişlətmədikmi?! (Allahın öz lütfü ilə köksünü açıb genişlətdiyi kimsənin qəlbinə
Şeytan vəsvəsə sala bilməz. O, qüdsiyyət kəsb edər, vəhy qəbul etməyə layiq olar!)
Cənnət aləminin digər sirləri:
8.4.Onlar həqiqi mö’minlərdir. Onların öz Rəbbi yanında dərəcələri vardır. Onları (qiyamət günü)
bağışlanma və (Cənnətdə) tükənməz (gözəl, minnətsiz) ruzi gözləyir!
9.22. Onlar orada əbədi qalacaqlar. Böyük mükafat, həqiqətən, Allah yanındadır!
10.26. Yaxşı işlər görənləri Cənnət və daha artıq mükafat (Allah rizası) gözləyir. Onların üzünə nə
bir toz (ləkə), nə də bir zillət qonar. Onlar cənnətlikdirlər və orada əbədi qalacaqlar.
15.48. Onlara orada (Cənnətdə) heç bir yorğunluq (zəhmət) üz verməz. Onlar oradan çıxan da
deyillər. (Cənnətdə əbədi qalacaqlar).
21.102. Onlar (Cəhənnəmin) uğultusunu eşitməyəcəklər. Onlar (Cənnətdə) ürəklərinin istədiyi
(ne’mətlər) içində əbədi qalacaqlar.
25.75. Məhz belələri (Allah yolunda bütün çətinliklərə, əziyyətlərə) səbr etdiklərinə görə cənnət
guşəsi (Cənnətdəki yüksək məqamlardan biri) ilə mükafatlandırılacaq, orada (mələklər tərəfindən)
ehtiramla, salamla qarşılanacaqlar.
35.33. Onlar Ədn cənnətlərinə daxil olacaq, orada altun bilərziklər və incilərlə bəzənəcəklər.
Libasları da ipəkdən olacaqdır.
35.34. Onlar deyəcəklər: "Qəm-qüssəni bizdən uzaq edən Allaha həmd olsun. Həqiqətən, Rəbbimiz
bağışlayandır, qədirbiləndir!
35.35. Elə bir Rəbb ki, Öz lütfü (kərəmi) ilə bizi (əbədi qalacağımız) iqamətgahda yerləşdirdi.
Orada bizə nə bir yorğunluq üz verəcək, nə bir məşəqqət (əziyyət) toxunacaqdır!"
38.52. Onların yanında gözlərini (yalnız ərlərinə) dikmiş həmyaşıdlar (hamısı otuz üç yaşında
zövcələr) olacaqdır.
39.73. Rəbbindən qorxanlar da dəstə-dəstə Cənnətə gətiriləcəklər. Nəhayət, ora çatınca onun
qapıları açılacaq və (cənnət) gözətçiləri (onlara): "Salam əleykum! (Sizə salam olsun!) Xoş
gəldiniz! Əbədi qalacağınız Cənnətə daxil olun!" - deyəcəklər.
43.71. (Cənnətdə) onlar üçün qızıl teştlər və qədəhlər içində (yemək-içmək) dolandırılacaqdır.
Orada onların ürəkləri istəyən və gözlərini oxşayan hər şey olacaqdır. Siz orada əbədi qalacaqsınız!
47.15. Müttəqilərə və’d olunan Cənnətin vəsfi belədir: orada dadı dəyişməyən (qoxumayan) sudan
irmaqlar, təmi çönməyən süddən çaylar, içənlərə ləzzət verən şərabdan nəhrlər və təmiz baldan
irmaqlar vardır. ...
50.31. Cənnət də müttəqilər üçün yaxın bir yerə gətiriləcəkdir.
50.35. Orada onlar üçün istədikləri hər şey vardır. Dərgahımızda isə ondan artığı (mö’minlərin
təsəvvür edə bilmədikləri ne’mətlər, Allahın rizasını və s.) mövcuddur!
52.20. Səf-səf düzülmüş taxtlara söykəndiyiniz halda!" Biz onları iri (ahu) gözlü hurilərlə
evləndirəcəyik.
52.24. Onların ətrafında (xidmət üçün) özlərinə məxsus olan, sədəf içində gizlənmiş inci kimi
gözəl oğlanlar dolanacaqlar.
55.56. Orada (o cənnətlərdə) gözlərini (yalnız ərlərinə) dikmiş, bundan əvvəl özlərinə heç bir
ins-cins (insan və cin) toxunmamış qadınlar vardır.
55.58. Onlar (o qadınlar rəng və gözəllikcə), sanki yaqut və mərcandırlar.
55.70. Orada (o cənnətlərin hamısında, dördündə də) xoş xasiyyətli, gözəl üzlü qadınlar
vardır.
55.72. Çadırlarda gözlərini (yalnız öz ərlərinə) dikmiş hurilər vardır.
55.74. Onlara (ərlərindən) əvvəl heç bir ins-cins toxunmamışdır
56.11. Onlar (Allah dərgahına, Allahın lütfünə) yaxınlaşdırılmış kimsələrdir.
56.12. Onlar Nəim cənnətlərində olacaqlar.
56.15. (Onlar qızıl-gümüş, lə’l-cavahiratla) bəzənmiş taxtlar üstündə qərar tutacaq,
56.17. Onların dövrəsində həmişəcavan xidmətçi oğlanlar dolanacaqlar;
56.18. (Cənnət bulağından axan) məin (şərab) dolu piyalələr, kuzələr və qədəhlərlə.
56.19. (Dünyadakı şərabdan fərqli olaraq) ondan başları ağrımaz və keflənməzlər.
56.20. (O cavan xidmətçilər Cənnətdə olanların) bəyənib seçdikləri meyvələr
56.21. Və istədikləri hər cür quş əti ilə (onların dövrəsində fırlanacaqlar).
56.22. (Onlar üçün orada) iri (ahu) gözlü, qəşəng hurilər də vardır.
56.23. (O hurilər rəng və gözəllikcə) sanki sədəf içində gizlənmiş (qorunub-saxlanmış) incidirlər.
56.25. Onlar orada (Cənnətdə) nə boş söz, nə də günaha bais olan bir şey eşidəcəklər.
56.26. Eşitdikləri söz ancaq "salam" olacaqdır.
56.28. (Onlar) tikansız sidr ağacları,
56.29. Salxım-salxım sallanmış möüz (banan) ağacları altında;
56.30. Çəkilməyən (daimi) kölgəliklərdə;
56.31. Axar su kənarında;
56.32. Bol meyvələr –
56.33. Tükənməz və qadağan edilməyən (meyvələr) içində
56.34. Və (bir-birinin üstünə yığılmış) hündür döşəklər üstündə (yaxud yüksək əxlaq və qeyri-adi
gözəllik sahibi olan qadınlar yanında) olacaqlar!
56.35. Şübhəsiz ki, Biz onları (huriləri) başqa cür (yeni bir yaradılışla, doğulmadan) yaradacağıq!
56.36. Onları bakirə qızlar,
56.37. Ərlərini sevən, həmyaşıdlar edəcəyik.
56.38. Sağ tərəf sahibləri (əməl dəftəri sağ əllərinə verilənlər) üçündür onlar!
56.39. (Onların) bir çoxu əvvəlkilərdən (keçmiş peyğəmbərlərin ümmətlərindən),
56.40. Bir çoxu da axırıncılardandır (bu ümmətdəndir).
76.5. Şübhəsiz ki, yaxşı əməl və itaət sahibləri (Cənnətdə) kafur qatılmış (şərabla dolu) qədəhdən
içəcəklər.
76.6. O (kafur) elə bir çeşmədir ki, Allahın bəndələri ondan içəcək və onu (istədikləri yerə)
asanlıqla axıdacaqlar.
76.13. Onlar orada (o cənnətlərdə) taxtlara söykənəcək, orada nə günəş (qızmar isti), nə də sərt
soyuq görəcəklər.
76.14. (Cənnət ağaclarının) kölgələri üstlərinə düşəcək, meyvələri də onların ixtiyarında olacaqdır
(istədikləri yerdə, istədikləri zaman onları dərib yeyə biləcəklər).
76.15. (Cənnətdəki xidmətçilər) onların ətrafında gümüş qablar və büllur qədəhlərlə dolanacaqlar.
76.16. Gümüşdən olan (çox şəffaf olduğu üçün bayırından içərisi görünən) elə billur (qədəhlərlə) ki,
(xidmətçilər) onları (sahiblərinə) münasib ölçüdə etmişlər.
76.17. Orada onlara zəncəfil qatılmış (zəncəfil dadı verən cənnət şərabı ilə dolu) badə 
içirdiləcəkdir.
76.18. (Zəncəfil) orada (Cənnətdə) bir çeşmədir ki, (suyu boğazdan çox rahat keçdiyi üçün) Səlsəbil
adlanır.
76.19. Onların dövrəsində həmişəcavan (xidmətçi) oğlanlar olacaqdır. Onları gördükdə, sanki
(ətrafa) səpilmiş inci olduqlarını zənn edərsən.
76.76.20. (Orada) hara baxsan, ne’mət və böyük bir mülk görərsən.
76.21. (Cənnət əhlinin) əyinlərində taftadan və atlazdan (nazik və qalın ipəkdən) yaşıl libaslar
olacaq, onlara gümüşdən bilərziklər taxılacaqdır. Rəbbi onlara çox pak bir şərab içirdəcəkdir.
78.33. Sinələri yenicə qabarmış (dolmuş, tumurcuqlanmış, gözəllikdə və məlahətdə bir-birinə
bənzər) həmyaşıd qızlar.
78.34. (Cənnət şərabı ilə) dolu qədəhlər gözləyir!
78.35. Onlar orada (Cənnətdə) nə boş söz, nə də yalan eşidəcəklər.
78.36. (Bu, müttəqilərə) Rəbbindən olan mükafat, artıqlaması ilə verilən bəxşişdir –
78.37. Göylərin, yerin və onların arasındakıların Rəhman olan Rəbbindən (göndərilən bəxşişdir).
Onlar (məxluqat) Onun hüzurunda heç bir söz deməyə qadir olmazlar!
83.18.Xeyr! (Mö’minlərlə kafirlər eyni ola bilməzlər). Şübhəsiz ki, yaxşı əməl və itaət sahibi olan
mö’minlərin əməl dəftəri (Allahın ən müxlis bəndələrinin əməlləri yazıldığı və ya Cənnətin ən
yüksək mərtəbəsi olan) İlliyyundadır!
83.19. Sən nə bilirsən (haradan bilirsən) ki, İlliyyun nədir?!
83.20. O, yazılı bir kitabdır.
83.21. Onu ancaq (Allaha) yaxın olan mələklər görə bilər!
83.22. Həqiqətən, yaxşı əməl və itaət sahibi olan mö’minlər Nəim cənnətlərində olacaqlar.
83.24. Sən (ey Peyğəmbər!) onların üzlərində cənnət sevinci görəcəksən!
83.25. Onlara (gözəl ətirli, təmiz) möhürlü (qablarda olan) şərab (rəhiq) içirdiləcəkdir.
83.26.Onun (içində rəhiq olan qabın) möhürü müşkdür. Qoy yarışanlar onun üçün yarışsınlar!
83.27. Ona təsnim (suyu) qatılmışdır.
83.28.O (təsnim) elə bir çeşmədir ki, ondan (təmiz halda) yalnız (Allaha) yaxın olanlar içər
(qalanlara isə o rəhiq şərabına qatılıb verirlər)
88.8. (O gün) bir çox üzlər sevinəcək;
88.9. (Dünyadakı) zəhmətindən razı qalacaq;
88.10.(Dərəcəsi, qədir-qiyməti) yüksək Cənnətdə olacaq,
88.11.Və orada heç bir boş söz (lağlağı) eşitməyəcəkdir.
88.12.Orada axar bulaq;
88.14. (Çeşmələr kənarında) piyalələr;
88.16. Və döşənmiş (nəfis) xalılar vardır!
Əsas mənbə:
Quran (V.Məmmədəliyev və Z.Bünyadov tərcüməsi), 1992.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar