Xəbər lenti
şəh
Mən 2014-cü ilin iyun ayında XTQ-də xidmətə başlamışam. Xidmətə başladığım bölmədə bir çox qəhrəmanlıq göstərmiş hərbi qulluqçularımız var idi. Onlardan biri də Sahib Musayev idi. Mən bu cəhətdən, xidmət elədiyim bölmədə özümü bir addım öndə, güclü güvənli hiss edirdim. Çünki bizim yanımızda XTQ- də illərdi yetişmiş, qulluq etmiş, uzun yol keçmiş döyüş yolldaşlarımız vardı. Deyərdim ki, onlardan birincisi Sahib Musayev idi. Sahib nəinki 44 günlük Vətən müharibəsində, uzun illər öncə bir çox xüsusi döyüş tapşırıqlarında fərqlənmiş, öz sözünü demiş hərbi qulluqçu idi. Sahib təkcə müharibədə deyil, sülh dövründə belə öz xidməti ilə nümunə olmağı bacaran bir insan olub. Çünki biz gənc hərbçilər kənardan Sahibi izləyəyirdik, xüsusi təyinatlılar necə olmalı, duruşu, yerişi, davranışı nə cür olmalıdı - bu örnəklər hamısı Sahibdə cəmlənmişdir.
Sahibin çox gözəl təşkilatçılıq qabiliyyəti var idi. O bizə böyük qardaş kimi qayğı göstərirdi, səmimi münasibət göstərirdi.
O gözəl ailə başçısı isi. Hətta biz ona baxıb nümunə götürürdük, mənəvi cəhətdən çox şey qazanırdıq. O müsbət enerjini, səmimiyyəti bizə çox gözəl ötürürdü.
Sahib kimi döyüş yoldaşımızın olması biz gənclər üçün bir üstünlük idi. Və bu üsütnlüyü Vətən müharibəsində də gördük. Onun bizim aramızda, bölməmizdə olması bizim üçün çox yaxşı hal idi. Çünki sahib böyük döyüş yolu keçmişdi. O həmişə fərqlənən döyüşçü olub.
Biz 44 günlük Vətən müharibəsində eyni vaxtda başladıq. Çiyin-çiyinə döyüşdük.
Qeyd edim ki, bizim bölməmiz düşmənin cəbhəsini yaran bölmə olub və bu bölmədə xüsusi bir qrup olub ki, fərdi əməliyyatların icrasını həyata keçirib. Həmin qrupda Sahib də yer alıb. Onlar bir çox məxfi, icrası çətin olan tapşırıqları yerinə yetirib.
Yadımdadı, Sahib ayağı yaralı, qanı axa-axa, çəkmədə ayağı əzilə-əzilə döyüşünü davam etdirirdi. Mən bütün bunların şahidi olmuşam. Biz Sahiblə bir yerdə ön xəttin yarılması, Cəbrayılın onun kəndlərinin alınması, Hadrutun, Füzulinin, Xocavəndin bir neçə kəndlərinin azad edilməsində çiyin-çiyinə döyüşmüşük. Təəssüf olsun ki, mən Sahibin şəhadətə qovuşmasından öncə yaralanmışam, Sahiblə son anlara qədər döyüşlərdə işdirak edə bilməmişəm və mən buna görə çox təəssüflənirəm. Hospitalda yatanda Sahibin şəhid olmasını eşitdim, orada özümə yer tapa bilmədim, çox məyus oldum, kədərləndim. Yaralandığıma görə mən döyüş yoldaşlarımla sona qədər döyüşə bilmədim. Buna görə çox təəssüfləndim. Biz döyüşdə sağımızda, solumuzda Sahib kimi döyüş yoldaşlarımızı görəndə çox arxayın olurduq, bizə nə döyüş əmri verilsə, biz onu yerinə yetirə bilirdik. Mən Şuşanın azad olunmasında Sahibin göstərdiyi şücaətləri, qəhrəmanlıqları döyüş yoldağlarımdan eşitdim.
Sahib həqiqətən əsl döyüşçü, əsl bir Azərbaycan əsgəri, hərbçi kimi döyüçdə göstərdiyi qəhrımanlıqları döyüş yoldaşlarımdan eşitdim və buna təəccüblənmədim, çünki Sahibin nələrə qadir olduğunu yaxşı bilirdim.
Sahib sülh dövründə xidmətdəykən, şəxsi heyətin yetişməsində müəyyən təşəbbüs irəli sürürdü. Silah mütəxəssisi idi, bizim silahdan necə istifadə etməyimizi, daha peşəkarcasına davranmağımızı üçün Sahib əlindən gələni edirdi. Sahibin bütün keyfiyyətlərini xidmətdə görmək lazım idi və onun üçün gərək hərbiçi olasan, dolğunluqla görəsən. Mən bir döyüş yoldaşə olaraq Sahibin təşəbbüslərini unutmayacam. Sahib haqqında xatirələrim çoxdu, ancaq hamısını dilə gətirmək olmur. Amma unutmaqda olmur.
Sahibə Allahdan rəhmət diləyirəm!

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar