Sizin Reklam Burada
Xəbər lenti
21-11-2024
20-11-2024
BÜTÜN XƏBƏRLƏR

şəh

Tarix: 09-11-2024 12:00     Baxış: 7 A- / A+
Mən 2014-cü ilin iyun ayında XTQ-də xidmətə başlamışam. Xidmətə başladığım bölmədə bir çox qəhrəmanlıq göstərmiş hərbi qulluqçularımız var idi. Onlardan biri də Sahib Musayev idi. Mən bu cəhətdən, xidmət elədiyim bölmədə özümü bir addım öndə, güclü  güvənli hiss edirdim. Çünki bizim yanımızda XTQ- də illərdi yetişmiş, qulluq etmiş, uzun yol keçmiş döyüş yolldaşlarımız vardı. Deyərdim ki, onlardan birincisi Sahib Musayev idi. Sahib nəinki 44 günlük Vətən müharibəsində, uzun illər öncə bir çox xüsusi döyüş tapşırıqlarında fərqlənmiş, öz sözünü demiş hərbi qulluqçu idi. Sahib təkcə müharibədə deyil, sülh dövründə belə öz xidməti ilə nümunə olmağı bacaran bir insan olub. Çünki biz gənc hərbçilər kənardan Sahibi izləyəyirdik, xüsusi təyinatlılar necə olmalı, duruşu, yerişi, davranışı nə cür olmalıdı - bu örnəklər hamısı Sahibdə cəmlənmişdir.

Sahibin çox gözəl təşkilatçılıq qabiliyyəti var idi. O bizə böyük qardaş kimi qayğı göstərirdi, səmimi münasibət göstərirdi.


O gözəl ailə başçısı isi. Hətta biz ona baxıb nümunə götürürdük, mənəvi cəhətdən çox şey qazanırdıq. O müsbət enerjini, səmimiyyəti bizə çox gözəl ötürürdü.
Sahib kimi döyüş yoldaşımızın olması biz gənclər üçün bir üstünlük idi. Və bu üsütnlüyü Vətən müharibəsində də gördük. Onun bizim aramızda, bölməmizdə olması bizim üçün çox yaxşı hal idi. Çünki sahib böyük döyüş yolu keçmişdi. O həmişə fərqlənən döyüşçü olub.

Biz 44 günlük Vətən müharibəsində eyni vaxtda başladıq. Çiyin-çiyinə döyüşdük.

Qeyd edim ki, bizim bölməmiz düşmənin cəbhəsini yaran bölmə olub və bu bölmədə xüsusi bir qrup olub ki, fərdi əməliyyatların icrasını həyata keçirib. Həmin qrupda Sahib də yer alıb. Onlar bir çox məxfi, icrası çətin olan tapşırıqları yerinə yetirib.

Yadımdadı, Sahib ayağı yaralı, qanı axa-axa, çəkmədə ayağı əzilə-əzilə döyüşünü davam etdirirdi. Mən bütün bunların şahidi olmuşam. Biz Sahiblə bir yerdə ön xəttin yarılması, Cəbrayılın onun kəndlərinin alınması, Hadrutun, Füzulinin, Xocavəndin bir neçə kəndlərinin azad edilməsində  çiyin-çiyinə döyüşmüşük. Təəssüf olsun ki, mən Sahibin şəhadətə qovuşmasından öncə yaralanmışam, Sahiblə son anlara qədər döyüşlərdə işdirak edə bilməmişəm  və mən buna görə çox təəssüflənirəm. Hospitalda yatanda Sahibin şəhid olmasını eşitdim, orada özümə yer tapa bilmədim, çox məyus oldum, kədərləndim. Yaralandığıma görə mən döyüş yoldaşlarımla sona qədər döyüşə bilmədim. Buna görə çox təəssüfləndim. Biz döyüşdə sağımızda, solumuzda Sahib kimi döyüş yoldaşlarımızı görəndə çox arxayın olurduq, bizə nə döyüş əmri verilsə, biz onu yerinə yetirə bilirdik. Mən  Şuşanın azad olunmasında Sahibin göstərdiyi şücaətləri, qəhrəmanlıqları döyüş yoldağlarımdan eşitdim.


Sahib həqiqətən əsl döyüşçü, əsl bir Azərbaycan əsgəri, hərbçi kimi döyüçdə göstərdiyi qəhrımanlıqları döyüş yoldaşlarımdan eşitdim və buna təəccüblənmədim, çünki Sahibin nələrə qadir olduğunu yaxşı bilirdim.

Sahib sülh dövründə xidmətdəykən, şəxsi heyətin yetişməsində müəyyən təşəbbüs irəli sürürdü. Silah mütəxəssisi idi, bizim silahdan necə istifadə etməyimizi,  daha peşəkarcasına davranmağımızı üçün Sahib əlindən gələni edirdi. Sahibin bütün keyfiyyətlərini xidmətdə görmək lazım idi və onun üçün gərək hərbiçi olasan, dolğunluqla görəsən. Mən bir döyüş yoldaşə olaraq Sahibin təşəbbüslərini unutmayacam. Sahib haqqında xatirələrim çoxdu, ancaq hamısını dilə gətirmək olmur. Amma unutmaqda olmur. 
Sahibə Allahdan rəhmət diləyirəm!

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar