Sizin Reklam Burada
Xəbər lenti
28-09-2024
27-09-2024
BÜTÜN XƏBƏRLƏR

Xilaskarlıq missiyası - Tural Vəlizadə yazır

Tarix: 14-06-2024 20:29     Baxış: 3149 A- / A+
 Uğurlu ölkələrin, xalqların tarixinə nəzər saldıqda görərik ki, onlar öz suverenlikləri, müstəqillikləri uğrunda çox əziyyətlər çəkiblər. Azərbaycan da öz tarixində çox əziyyətlər çəkib və bu günlərə gəlmək asan olmayıb.
Azərbaycan xüsusilə 1990-cı illərdə çox sınaqlardan keçdi və 1993-cü ildə vətəndaş müharibəsi və xaos şəraitində Azərbaycanın Ümummilli Lideri Heydər Əliyev xalq və hökumət tərəfindən Naxçıvandan Bakıya dəvət edildi. 1993-cü il iyunun 15-də Azərbaycanı mümkün vətəndaş müharibəsindən uğurla xilas etmiş Heydər Əliyev Ali sovetin sədri seçildi. Azərbaycanın taleyinin dəyişdiyi bu tarix bütün Azərbaycan xalqı tərəfindən Milli Qurtuluş Günü kimi tanınır və qeyd olunur.

Bu gün Azərbaycan dövlətini böhrana, xaosa sürükləmək, xalqı qardaş qırğına, ölkəni vətəndaş müharibəsinə sürükləmək istəyən daxili və xarici qüvvələrə qarşı məğlub olduğu bir günün adıdır. 1993-cü il oktyabrın 3-də Prezident seçilən Ümummilli Lider Heydər Əliyevin ətrafında sıx birləşən xalq yenidən sabitlik mühitinə qovuşdu. Heydər Əliyev hakimiyyətə qayıdışından sonra ölkədə baş verən siyasi, sosial, iqtisadi tərəqqi dövlətin güclənməsinə, bütün dünya ilə sıx əlaqələrin qurulmasına, xalqımızın vəziyyətinin yaxşılaşmasına səbəb oldu. Nəticədə yuxarıda qeyd etdiyimiz bu tarixi gün Milli Qurtuluş Günü elan edilmiş və 1997-ci ildən parlamentin qərarı ilə bütün dünyaya rəsmi bayram kimi elan edilmişdir.

Bu tarixdən sonra Azərbaycan xalqının birliyi və həmrəyliyi, Heydər Əliyevin sabit liderlik mövqeyi sayəsində bu gün Qafqazın parlayan ulduzu kimi Azərbaycan öz layiqli yerini tutdu. Azərbaycan xalqı qurtuluşdan ərazi bütövlüyünün bərpasına kimi şanlı bir yol keçdi ki, düşünürəm ki, bir çox dünya xalqları bu tarixə yalnız həsəd apara bilər. Azərbaycan ilə bağlı oynanılan oyunlar, planlar bu gün də var və bu hər kəsə məlumdur. Planlar və oyunlar nə olursa olsun, Azərbaycan daim parlamağa və ucalmağa və məsud yaşamağa davam edəcək. Bayramınız mübarək. Mərhum ümummilli lider Heydər Əliyevin ruhu şad olsun. Allah şəhidlərimizə rəhmət eləsin.














Tural Akif oğlu VƏLİZADƏ
Bakı Qızlar Universitetinin baş müəllimi,
 Bakı Dövlət Universitetinin doktorantı

tural.akif.velizade@gmail.com



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar