Sizin Reklam Burada
Xəbər lenti
06-09-2025
05-09-2025
BÜTÜN XƏBƏRLƏR

Çin tarixində ən yüksək göstərici: qətllərin açılması 99,94%-ə çatıb

Tarix: 27-05-2024 19:06     Baxış: 395 A- / A+
Çin tarixində ən yüksək göstərici: qətllərin açılması 99,94%-ə çatıb
Çində qətllərin açılması 99,94%-ə çatıb ki, bu da ölkə tarixində ən yüksək göstəricidir.
Manevr.az xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının İctimai Təhlükəsizlik Nazirliyinin nümayəndəsi Li Quoçjon məlumat yayıb
Li bildirib ki, 2023-cü ildə ölkə üzrə qeydiyyata alınan oğurluq, quldurluq və dələduzluq hallarının sayı 2019-cu illə müqayisədə 31,4%, ölkə üzrə insan alveri hadisələrinin sayı isə 66,6% azalıb. Bundan başqa, nazirliyin məlumatına görə, beş il ərzində ticarət, narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizə, ətraf mühitin mühafizəsi və əqli mülkiyyət sahəsində cinayətlərlə bağlı 354 min cinayət işinin üstü açılıb.
Məruzəçi onu da qeyd edib ki, hesabat dövründə 5200-dən çox cinayətkar dəstə ləğv edilib, bu qruplaşmalara daxil olan və ölkənin digər rayonlarında və ya xaricdə gizlənməyə cəhd edən 1600-dən çox şəxs saxlanılıb. Beş il ərzində 1482 polis əməkdaşı vəzifə borcunu yerinə yetirərkən həlak olub, 25 min polis əməkdaşı yaralanıb.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar