Sizin Reklam Burada
Xəbər lenti
26-12-2024
25-12-2024
BÜTÜN XƏBƏRLƏR

i

Tarix: 15-05-2024 20:46     Baxış: 109 A- / A+
Bakı İnzibati Məhkəməsinə
İddiaçı: 
Ünvan: Kəlbəcər rayon Mollabayramlı kəndi
Y/Ünvanı: Gəncə ş, Yeni Qəsəbə, ev 7, m 38
Tel: +994 50 271 21 21
Cavabdeh: Azərbaycan Respublikası Təhsil
Nazirliyi
Ünvan: Bakı şəhəri, Xətai prospekti 49
İ D D İ A Ə R İ Z Ə S İ
(inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı
müvafiq öhdəliyin qoyulmasına dair)
***

Nəzərinizə çatdırıram ki, mən 2013-cü ildə Gürcüstan Respublikasında yerləşən “Gürcüstan Texniki Universitetinnə” daxil olmuş, “Sosial elmlər və Beynəlxalq əlaqələr” ixtisası üzrə bakalavr dərəcəsi üzrə təhsil almışam. 2017-ci ildə təhsilimi başa vuraraq, Gürcüstan Texniki Universitetinin “BD” seriyalı, 005916 nömrəli və 27 iyul 2017-ci il tarixli bakalavr dərəcəsi üzrə dipldomunu almışam. Bildirirəm ki, mən cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi nəzdində fəaliyyət göstərən Nastrifikasiya İdarəsinə müraciət edərək, Gürcüstan Texniki Universitetinin “BD” seriyalı, 005916 nömrəli və 27 iyul 2017-ci il tarixli bakalavr dərəcəsi üzrə diplomun ölkə ərazisində tanınmasını və ekvivalentin müəyyən edilməsini xahiş etmişdim. Buna cavab olaraq əlaqə nömrəmə “sorğunuz cavablandırılmışdır” şəklində mesaj gəlmişdir. Lakin Nastrifikasiya İdarəsi diplomu tanımaqdan imtina etmiş və imtina ilə bağlı heç bir səbəb göstərməmişdir. Beləliklə, cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyini imtinaya əsas olan səbəblər tam və ətraflı göstərməyərək konkret olaraq hansı səbəblərə görə imtina edilməsinin dəqiq şərhini izah etməmişdir. Bildirirəm ki, mən Gürcüstan Texniki Universitetində əyani olaraq təhsil almışam. Buna sübut kimi Gürcüstan Respublikası ərazisinə giriş-çıxışla bağlı mənə məxsus xarici pasportun surətlərindəki qeydləri də göstərmək olar. Həmçinin qeyd edim ki, universiteti bitirdiyim il, yəni 2017-ci ilin iyul ayında 3-cü cağırış əsasənda həqiqi hərbi xitmətə yollanmışam və Azərbaycan Respublikasının Milli Ordusunda baş tuşlayıcısı vəzifəsində 12 ay müddətində xidmət keçmişəm. Bildirirəm ki, Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli, 377-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Hərbi xidmətkeçmə haqqında» əsasnamənin birinci fəslinin 12-ci bəndində qeyd edilmişdir: Həqiqi hərbi xidmətin müddətləri dinc dövrdə təqvim hesabı ilə aşağıdakı kimi müəyyən edilmişdir: müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları üçün: ali təhsili olanlar — 1 il; qalan bütün əsgərlər, matroslar və çavuşlar - 1 il 6 ay. Buradan da aydın olur ki, diplomumun tanınmaması üçün hansısa bir əsas olsaydı hərbi xidmət müddətim 1 il 6 ay təyin edilərdi. Ancaq təhsil aldığım Gürcüstan Texniki Universitetin diplomu bir çox ölkələr tərəfindən, eləcə də Azərbaycan Respublikası tərəfindən tanındığı üçün hərbi xidmət müddətim «Hərbi xidmətkeçmə haqqında» əsasnamənin tələblərinə əsasən 1 il müddətində təyin edilmişdir. Qeyd edim ki, 1997-ci il Aprelin 11-də, Avropa sazişinin 165 saylı bildirişinə əsasən Lissabonda qəbul edilmiş və “Avropa Regionunda Ali təhsillə əlaqədar Kvalifikasiyaların Tanınması üzrə Konvensiyası” ilə razılaşdırılmış, “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvesiya”nın III fəslin III-cü bəndinin 1-ci hissəsində bildirilir ki, iştirakçı dövlətdə verilmiş ixtisas sahibləri bu ixtisasların qiymətləndirilməsi ilə bağlı təşkilatların xahişiylə müvafiq yol tapacaqdır. Namizədlərin cinsi, irqi, rəngi, fiziki qüsurları, dili, dini, siyasi baxışları, milli, etnik və ya sosial mənşəyi, milli azlıqlarla əlaqəsi, mülkiyyəti, doğum və digər statusu və tanınmanın aid edildiyi ixtisas məziyyətlərilə bağlı olmayan səbəblərə görə onların diskriminasiyasına yol verilməyəcəkdir. Bu hüququn təmin edilməsi üçün hər bir dövlət ixtisasların tanınmasının rəsmi olaraq bilik və bacarıqlar əsasənda aparılması üçün qiymətləndirmənin tətbiq edilməsində müvafiq razılaşmalar həyata keçirəcəkdir. Həmin Konvesiyanın III fəslin III-cü bəndinin 2-ci hissəsində bildirilir ki, hər bir iştirakçı tərəf ixtisasların tanınmasında və qiymətləndirilməsində istifadə olunan kriteriyalırın və həyata keçirilməsi üsullarının açıq, aydın və etibarlı olunmasını təmin etməlidir. Lakin görünür cavabdeh yuxarıda qeyd edilən Konvensiyalardan xəbərdar deyil. Bundan başqa Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında konvensiyada qeyd edilir ki diplomların ölkə ərazisində tanılınılarkən, dövlətlərin diskriminasiyaya və ayriseçkiliyinə yol verilməməsi bildirilmişdir və bu məqsədlə yalniz bilik və bacarıqlara söykənən qərarın qebul edilməsi üçün cavabdeh Azərbaycan Respublikası Tehsil Nazirliyi tədbirlər görməlidir. Lakin cavabdeh tərəfindən bunlar nəzərə alınmamışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 16-ci maddəsinə əsasən Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. Azərbaycan dövləti mədəniyyətin, təhsilin, səhiyyənin, elmin, incəsənətin inkişafına yardım göstərir, ölkənin təbiətini, xalqın tarixi, maddi və mənəvi irsini qoruyur. 2 Həmin Konstitusiyasının 42-ci maddəsinin I bəndinə əsasən, hər bir vətəndaşın təhsil almaq hüququ vardır. Hesab edirəm ki, diplomumun ölkəmizdə tanınmamsı belynəlxalq konvensiyalarda eləcə də Azərbaycan Respublikasının Konstitusiyasında geniş şəkildə öz əksini tapmış təhsil hüququmun pozulmasıdır. “Təhsil Haqqında” Azərbaycan Respublikasının Qanunu 44.1 və 44.2-ci maddələrinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsilin hər hansı pilləsində təhsil alması və ya ixtisas artırması Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq, dövlət tərəfindən müəyyən edilmiş kvota və təhsil müəssisəsinin, hüquqi və fiziki şəxslərin birbaşa bağladıqları müqavilələr əsasında həyata keçirilir. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir. 1997-ci il Aprelin 11-də, Avropa sazişinin 165 saylı bildirişinə əsasən Lissabonda qəbul edilmiş və “Avropa Regionunda Ali təhsillə əlaqədar Kvalifikasiyaların Tanınması üzrə Konvensiyası” ilə razılaşdırılmış, “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvesiya”nın V fəslin V-cü bəndinə bildirilir ki, hər bir iştirakçı dövlət digər iştirakçı dövlətin ali təhsil proqramı çərçivəsində tamamlanmış təhsil müddətlərini tanıyacaqdır. Bu tanınma onun tətbiq edildiyi dövlətlərin ali təhsil proqramının tamamlanması müddətlərini əhatə edəcəkdir. İştirakçı dövlət başqa bir dövlətin ali təhsil proqramı çərçivəsində təhsilini tamalamış şəxsə bu təhsil müddətinin V bəndin 1-də nəzərdə tutulanlar üzrə qiymətləndirilməsi imkanı əldə edəcəkdir. Hər bir iştırakçı tərəf təhsil müddətinə cavabdeh olan səlahiyyətli təşkilat, yaxud ali təhsil müəssisəsi və tanınmanın tətbiq edilməsinə məsuliyyət daşıyan səlahiyyətli tanıma təşkilatları, yaxud ali təhsil müəssisələri arasında əvvəllər əldə edilmiş razılaşma olduqda və təhsil müddətinin tamamlandığı ali təhsil müəssisəsi tələbənin göstərilən təhsil müddətinə qoyulan tələbləri müvəffəqiyyətlə yerinə yetirməsini təsdiq edən təhsil sənədləri, yaxud şəhadətnamə verdikdə təhsil müddətlərinin tanınmasını asanlaşdıracaqdır. Həmin “Konvesiya”nın VI fəslinin VI bəndinə bildirilir ki, tanınma qərarlarının ali təhsil ixtisasları ilə təsdiqlənmiş bilik və bacarıqlar əsasında verilməsini nəzərə alaraq, hər bır iştirakçı dövlət başqa dövlətə verilmiş ali təhsil ixtisaslarını, bu ixtisaslar arasında əsaslı fərq olmadıqda, tanıyacaqdır. İştirakçı dövlət hər hansı başqa dövlətin verdiyi ali təhsil ixtisas sahiblərinə bu ixtisasların 3 onun sahibinin müraciətilə VI bəndində nəzərdə tutulanlara əsasən qiy- mətləndirilməsi imkanı verəcəkdir. Başqa dövlətdə verilmiş ali təhsil ixtisasının bir dövlətdə tanınmasından irəli gələn nəticələr: Tanınmanın tətbiq edildiyi iştirakçı dövlətlərdə ixtisas sahiblərinə tətbiq edilən eyni şərtlər əsasında münasib imtahanları əhatə edən ali təhsilin sonrakı mərhələsində və yaxud doktorluq dərəcəsinə hazırlığa daxil olma; tanınmanın tətbiq edildiyi dövlətin hüquq nəzarəti altında olan təhsil dərəcələrindən istifadə edilməsi. Buna əlavə olaraq tanınma onun tətbiq edildiyi ölkələrin də hüquq orqanlarının nəzarəti altında olan əmək ba- zarına daxil olmanı asanlaşdırır. Bir iştirakçı dövlətdə verilmiş ali təhsil ixtisasının başqa iştirakçı dövlətdə qiymətləndirilməsi aşağıdakı formalarda ola bilər: ümumi məşğulluq məqsədilə məsləhət; təhsil müəssisəsinin proqramına qəbuletmə məqsədilə məsləhət; hər hansı bir səlahiyyətli tanıma təşkilatına məsləhət. Hər bir iştirakçı dövlət milli qanunvericiliyinin tələblərinə uyğun olaraq öz ərazisində fəaliyyət göstərən xarici təhsil müəssisəsinin verdiyi ali təhsil ixtisasını tanıya bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati-iqtisadi məhkəmələr və inzibati-iqtisadi kollegiyalar tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 2.2 və 2.2.2-ci maddələrinə əsasən inzibati məhkəmə icraatı qaydasında, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1 və 9.1.12-ci maddələrinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Beləliklə, yuxarıda sadalananları nəzərə alaraq hesab edirəm ki, “Gürcüstan Texniki Universiteti” tərəfindən verilmiş “BD” seriyalı, 041269 nömrəli və 27 iyul 2017-ci il tarixli bakalavr dərəcəsi üzrə diplomun ölkə ərazisində tanınmaması və ekvivalentin müəyyən edilməməsi cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən qanuna zidd hərəkətdir. Buna görə də, Azərbaycan Respublikası Təhsil Nazirliyinin üzərinə həmin diplomun ölkə ərazisində tanınması və ekvivalentin müəyyən edilməsi öhdəliyin qoyulmasına dair qətnamə qəbul olunmasını məqsədə uyğun hesab edirəm. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən Sizdən 4 X A H İ Ş E D İ R Ə M Azərbaycan Respublikası Təhsil Nazirliyinin üzərinə “Gürcüstan Texniki Universiteti” tərəfindən mənə verilmiş “BD” seriyalı, 005916 nömrəli və 27 iyul 2017-ci il tarixli bakalavr dərəcəsi üzrə diplomun ölkə ərazisində tanınması və ekvivalentin müəyyən edilməsi öhdəlik qoyulmasına dair qərar qəbul edəsiniz.





****
Qoşma: 1) İddia ərizəsinin surəti;

 2) “Gürcüstan Texniki Universiteti” tərəfindən mənə verilmiş “BD” seriyalı, 041269 nömrəli və 27 iyul 2017-ci il tarixli bakalavr dərəcəsi üzrə diplomun notarial qaydada təsdiq edilmiş surəti; 
3) Diploma əlavənin (qiymət cədvəlinin) tərcümə, apostil və natarial təstiq edilmiş surəti; 
4) Mənə məxsus xarici asportun surətləri; 
5) Şəxsiyyət vəsiqəmin surəti. 
6) Mənə məxsus Hərbi Biletin surəti. 
7) Tələbə biletlərinin surəti. 
İmza:  

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar