Xəbər lenti
c
Bərdə şəhərində “Çovdar və Şahkərəm” Cəmiyyətinin təşkilatçılığı ilə ehtiyatda olan polis polkovnik-leytenatı, Birinci Qarabağ müharibəsi iştirakçısı Cəmiyyətinin İH-nin sədri Şükür Əzimovun 75 illik yubileyi qeyd edilib. “Çovdar və Şahkərəm” Cəmiyyətinin təsisçisi Namiq Dəlidağlı tədbiri açaraq torpaqlarımızın bütövlüyü uğurunda canından keçən şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etməyi xahiş etdi. O, Şükür Əzimovun keçdiyi şərəfli həyat yolundan, Birinci Qarabağ savaşında göstərdiyi şücaətdən, gənclərə nümunə olan fəaliyyətindən geniş söz açdı, Cəmiyyətin adından təbrik məktubunu oxudu. Yubliyara xüsusi hazırlanmşış xatirə hədiyyəsi təqdim edildi. Tədbirin aparıcısı Yelmar Mustafa Şükür Əzimovun istər ölkəmizdə, istərsə də ölkəmizdən kənar uzun müddət hüquq mühafizə orqanlarında çalışdığı məqamlara toxundu. Onin öz peşəsini ləyzqətlə xidmət etdiyini diqqətə çatdırdı. myüksək səviyyədə qeyd etdik. tədbirdə cəmiyyət üzvüləri ilə yanaşi kəndlərimizin agsaqqallar i, ziyalilari və ətrafdan gələn xeyli sayda qonaqlar iştirak edirdilər. tədbiri cəmiyyətin icraçi direktoru hörmətli ziyalimiz namiq bəy dəlidağli şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etməklə açiq elan etdi. yubilyarin haqqinda öz ürək sözlərini söylədikdən sonra cəmiyyət adindan hazirlanmiş "fəxri diplom" və "peyzaj kartina" kimi hədiyyələr yubilyara təqdim olundu. tədbirin idarə olunmasi cəmiyyətin sədr müavini yelmar mustafaya həvalə edildi. yelmar mustafa yubilyarin yaşadigi 75 illik şərəf və ləyaqətli ömür yolundan məclis iştirakçilarina söz açdi. növbəti söz elə həmin möhtəşəm tədbirdə çovdar və şahkərəm cəmiyyətinin hüquq məsələləri üzrə müavini vəzifəsinə seçilmiş hüquqşünas hüseyn əzimova verildi. hüseyn müəllim şükür müəllimin onun dogma əmisi olmaqla yanaşi həm də ürək dostu oldugunu söylədi və öz xoş xatirələrini bölüşdü. çovdar və şahkərəm cəmiyyətinin idarə heyətinin üzvü dəyərli ziyalimiz vidadi müəllim şükür müəllimin hüquq mühafizə orqanlarinda çalişdigi müddətdə öz peçəsini ləyaqətlə yerinə yetirməsindən və birinci qarabag müharibəsində fədakar iştirakindan danişdi.şükür müəllimin ömür-gün yoldaşi dilşad xanim öz həyat yoldaşinin 75 illik yubileyini təbrik edərək onunla qürur duydugunu söylədi.kəndimizin dəyərli ziyalisi arif müəllim telefon vasitəsi ilə öz ürək sözlərini və şükür müəllim haqqindaki xatirələrini tədbir iştirakçilari ilə bölüşdü. kəndimizin dəyərli agsaqqli fəxrəddin əmi şükür müəllimi təbrik etdi və oha uzun ömür, möhkəm cansağliği arzuladi. çixişçilar fazil əzimov. alim ismayilov, rafiq abbasov, gündüz müəllim, eldəniz abbasov, xəqani ismayilov, taleh əmrahov,müşfiq bahaturov, murad ismayilov, vidadi isamayilov, habil məmmədov,elşən əzimov, allahverdi bəy və digər tədbir iştirakçilari yubilyari təbrik edərək, öz ürək sözlərini söylədilər.tədbirimizin rəsmi hissəsində cəmiyyətin idarə heyətinin sədri şükür əzimovun təklifi ilə hüseyn əzimovun hüquq məsələləri üzrə müavin vəzifəsinə namizədliyi irəli sürüldü. təklif səsə qoyuldu və yekdilliklə qəbul edildi. beləliklə əzimov hüseyn isbəndiyar oglu çovdar və şahkərəm cəmiyyətinin idarə heyətinin hüquq məsələləri üzrə sədr müavini seçildi. çovdar və şahkərəm cəmiyyəti, eləcədə idarə heyəti adindan hüseyn müəllim təbrik edildi və işlərində uğurlar arzulandi. sonda icraçi direktor namiq bəy dəlidağli son 3 ayda görülmüş işlər haqqinda tədbir iştirakçilarina məlumat verdi. beləliklə toplantimiz öz işini başa çatdirdi. 05.05.2024. bərdə şəhəri. Tərcümeyi-hal.Mən Əzimov Şükür Bahadur oğlu 3 may.1949 ci il tarixində Kəlbəcər rayon Şahkərəm kəndində anadan olmuşam.3ci sinife kimi Çovdar ibtidai məktəbində oxumuşam.1969-1970ci il tarixdə Bərdə rayonu Yeni Əyricə kənd orta məktəbini bitirmişəm.1970-1972 ci illerde hərbi xidmətdə olmuşam.Herbi xidmətim Çelyabnski şəhərində ve Orenburq şəhərində olubdur.1973ci ilin evvelin de Özbekistan Respublikasının Daşkənt şəhərinə getmişəm.Daşkənt şəhərin də Traktor zavodunda işləmişəm.1974 ci ildə DİO-da işləmişəm.1975ci il də Daşkənt Ali Milis məktəbinin əyani şöbəsinə qəbul olmuşam ve 1979ci ilde həmin məktəbi bitirmişəm.(İndiki Akademiyani).1979ci ilden 1990ci ilə kimi Daşkənt Şəhərində Daxili İşlər orqanında müxtəlif vəzifələrdə xidmət etmişəm.1990ci ildə iş yerimi dəyişib öz doğma vətənimizə gəlmişəm.1il Bakı şəhərin də daxili işlər orqanında çalişmişam.1991ci il de Qarabağ müharibesi ilə əlaqədar olaraq könüllü raport yazıb Tərtər rayon polis şöbəsinə rota komandiri vəzifəsinə təyin olmuşam.1991ci ilden 1994ci ilin axırına kimi torpaqlarımızın azadlığı uğrunda ermeni tecavuzkarlarina qarşi döyüşmüşəm.Belə ki,Goranboy rayonun Şəfəq kəndinin mudafiəsin də Ağdərə döyüş bölgəsində ki,Marquşavan,Marağa,Çayli,Qırmızı kənt,Su Qovuşan,Vəng,Çildiran kəndlərinin ve s.kəndləri təmizlənməsi uğrunda gedən döyüşlərdə rəhbərlik etdiyim PPX urotasinin əməkdaşlari ilə birlikdə iştirak etmişəm və döyüşmuşəm.1996 çi ilin oktyabr ayında Laçın rayon polis şöbəsində xidmət üzrə rəis müavini işləmişəm.2000ci ilde ailə vəziyyəti ilə əlaqədar olaraq Bakı şəhərinin Baş Mühafizə Polis İdarəsinin Nərmanov, mühavizə polis idarəsində işləmişəm.2004 çi ildə may ayında Polis Polkovnik Leytinant rütubesində təqayyüdə cixmişam.Ailəliyəm 2 övladim var.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Ədəbiyyat
Kriminal
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar