Sizin Reklam Burada
Xəbər lenti
26-12-2024
25-12-2024
BÜTÜN XƏBƏRLƏR

Siqaret bahalaşacaq? - Komitə sədrindən açıqlama

Tarix: 15-04-2024 19:29     Baxış: 3164 A- / A+


   
Mən bir vətəndaş kimi siqaret və alkoqollu içkilərin qiymətinin artmasının tərəfdarıyam. Çünki bu məhsulların istifadəsi bilavasitə insanların səhhəti üçün zərərlidir.
Manevr.az xəbər verir ki, bunu Trend-ə Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev “Tütün və tütün məmulatı haqqında” qanuna dəyişikliyi şərh edərkən deyib.
O bildirib ki, qanuna edilən dəyişiklikdə ölkədə istehsal edilən siqaretin keyfiyyətinin yüksəldilməsi birinci şərtdir:
“Bir vətəndaş kimi mən bunu müdafiə edirəm. Tütün məmulatları qiymətli məhsuldur. Ölkədə ildən-ilə tütün əkilən sahələrin artırılması təsadüfi deyil. Bu məhsul ölkəyə xeyli miqdarda valyuta gətirə bilər. Ona görə də ölkədə tütün istehsalına diqqət yetirilir. Qanuna dəyişikliklərlə tütün məmulatlarının istehsalı və idxalı ilə bağlı yeni tələblər müəyyən edilir”.
Qeyd edək ki, qanuna dəyişikliyə əsasən, Azərbaycanda tütün məmulatlarının istehsalının və idxalının həyata keçirilməsi fəaliyyətinə görə icazə sistemi tətbiq edilir.
Qanun layihəsində vurğulanır ki, bu məqsədlə tütün məmulatlarının istehsalı və idxalı sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin qeydiyyata alınması və reyestrinin aparılması həyata keçiriləcək.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar