Xəbər lenti
v
Cənab Prezident!
Sizin, Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə rəşadətli Ordumuz 44 günlük Vətən müharibəsində düşmənin 30 il ərzində yaratdığı nəhəng istehkamları, qurduğu silahlı qüvvələrini darmadağın etdi, böyük Qələbəyə imza atdı. Bununla da ordumuz yağıya diz çökdürdü, şanlı Zəfər qazandıq, ölkəmizin ərazi bütövlüyü bərpa edildi. Siz, cənab Prezident! Ölkəmizin ərazi bütövlüyünü tam bərpa etməklə adınızı tarixə həkk etdiniz, bu, Sizin fəaliyyətinizin, siyasətinizin şah əsəridir.
Hər bir azərbaycanlı kimi biz də xoşbəxtik ki, bu tarixi Qələbənin şahidi olduq, doğulub boya-başa çatdığımız Kəlbəcər də yağıdan azad edildi. Bizə bu Zəfəri bəxş edən, xoş günü yaşadan müzəffər ordumuza və onun Ali Baş Komandanı olaraq Sizə minnətdarıq. Şəhidlərimizə rəhmət diləyir, qazilərimizə can sağlığı arzu edirik. Deməli, biz artıq illərdi ki, həsrətində olduğumuz doğma yurd yerlərimizə dönəcəyik.
Bu gün düşmənin işğal dövründə xarabalığa döndərdiyi, dağıtdığı şəhərlərimiz, kəndlərimiz böyük tikinti meydançasına çevrilib. Yeni yol-nəqliyyat infrasrukturu yaradılır, yüksəkgərginlikli elektrik xətləri çəkilir, tarixi abidələr bərpa olunur, sürətlə tikinti işləri aparılır.
Bir vətəndaş olarq bu, hər birimizin ürəyincədi və alqışlayırıq. Bildiyiniz kimi işğaldan azad olunmuş ərazilərin bərpası ilə bağlı Strateji Fəaliyyət Planı çərçivəsində infrastrukturların yenidən qurulmasına dair layihələrin icrası sürətlə davam edir. Bugün əminliklə demək olar ki, cənab Prezident, Sizin liderliyiniz ilə Azərbaycan bundan sonra da böyük zəfərlərə, nailiyyətlərə imza atacaq!
Cənab Prezident!
Biz Sizə Çovdar və Kərəm adlı iki qardaşın adını daşıyan, Kəlbəcərin rayonunun ən qədim yaşayış məskəni olan Çovdar və Şahkərəm kəndlərinin sakinləri olaraq müraciər edirik.
Allah sakini olduğumuz Çovdar və Şahkərəm kənddlərindən heç nəyi əsirgəməyib. Hər iki kəndin geniş, səfalı yaylaqları, bol sulu çayları, saysız-hesabsız bulaqları, şıx meşələri, ucsuz - bucaqsız örüşləri var. O cümlədən kəndlərin ərazisində mineral bulaqlar mövcuddur. Şahkərəm kəndinin mərkəzində, meşənin ətəyində yerləşən "Turşsu" bulağı isə sınaqdan çıxmış, hələ o dövrdə çox məşhur olmuşdur. Tərkibinə və bir çox digər xüsusiyyətlərinə görə çox keyfiyyətlidir.
Bu gözəlliklər, zəngin sərvətlər, hər iki kəndin təbii relyefi və əlverişli coğrafi mövqeyi burada müxtəlif turizm növlərinin (piyada yürüş, atla gəzinti, dağ turizmi və s.) yaradılmasına geniş imkanlar verir.
Ərazicə bir-birinə çox yaxın olan hər iki kəndin ərazisində bütün infrastrukturun yaradılması, kommunikasiya xətlərinin keçməsi və digər məntəqələrə ötürülməsi üçün də əlverişli imkanlar var.
Bu kəndlər təkcə təbii gözəlliyi ilə deyil, həm də dəyərli ziyalıları, elm adamları və yaradıcı şəxsləri ilə də sayılıb-seçilib, fərqlənib.
Qədim tarixə malik olan hər iki kəndin ərazisində çox əhəmiyyətli tarixi abidələr mövcuddur.
ÇOVDAR VƏ ŞAHKƏRƏM KƏNDLƏRİNDƏ OLAN TARİXİ ABİDƏLƏRİN BİR QİSMİNİN SİYAHISI;
1) Ziyarətgahlar:
Çovdar kəndi ərazisində Alban qəbristanlığı (təq. V-IX əsrlər);
Çovdar kəndində, "Göy güney" deyilən ərazidə qədim Alban qəbristanlığı;
Çovdar kəndi ərazisində, "Qəbristanlığın yalı" deyilən ərazidən Alban qəbristanlığı;
Şahkərəm kəndində "Qayabaşı" deyilən ərazidə Alban qəbristanlığı;
Çovdar və Şahkərəm Kənd qəbristanlığı;
Çovdar kəndi ərazisində Uşaq qəbristanlığı.
2) Tarixi-dini abidələr:
Çovdar və Şahkərəm kəndləri ərazisində Məscid (XVIII–XIX əsrlər);
Çovdar kəndinin mərkəzində Alban məbədi (təq. V–IX əsrlər);
Şahkərəm kəndində, "Mustafanın binəsi"nə gedən yolun solunda, binəyə çatmamış Alban məbədi (təq. V–IX əsrlər)
3) Qədim - tarixi tikililər:
Çovdar və Şahkərəm kəndləri ərazisində su ilə işləyən qədim Un dəyirmanı (XVIII–XIX əsrlər)
***
Yuxarıda qeyd etdiyimiz kimi, ərazicə bir-birinə çox yaxın olan Çovdar və Şahkərəm kəndlərinin əlverişli təbii-coğrafi şəraiti, sulu bulaqları, çayı, meşələri, geniş yaylaqları, gözəl iqlimi və münbit torpaqları var. O cümlədən, bu kəndlərin geniş otlaq və biçin sahələri mövcuddur. Bir sözlə, əkin-biçin, heyvandarlıqla və bütövlükdə kənd təsərrüfatı ilə məşğul olmaq üçün geniş imkanlar var.
Hətta, bu kəndlərin ərazisində sıx çökə ağacları ilə əhatə olunmuş meşə sahələri var və bu da arıçılıq üçün çox əlverişlidir. Onu da qeyd edək ki, hələ o dövr, buranın cökə balı dillər əzbəri idi.
Cənab Prezident!
Kəndlərimizin yaxın gələcəkdə yenidən bərpası, tikilməsi ilə bağlı bizi narahat eləyən bir məqamı diqqətinizə çatdırmaq və bu narahatlığımızla bağlı bizə kömək etməyi Sizdən rica etmək istəyirik.
Hər iki kənd haqqınada Sizə müəyyən məlumat verdik. Eşitdiyimizə görə, Çovdar və Şahkərəm kəndlərinin təbii relyefi, əlverişli coğrafi mövqeyi, eləcə də tarixi abidələri nəzərə alınmadan digər əraziyə köçürülməsi planlaşdırılır. Biz bir qrup kənd sakinləri və ziyalıları Sizdən xahiş edirik, yerli sakinlərin iştirakı ilə mütəxəssislər hər iki kəndin ümumi mənzərəsi ilə yerində tanış olunsun, ondan sonra hər-hansı qərar verilsin.
Yoxsa, bu yanlışlığa görə, gələcəkdə yeni nəsil və tarix bizi bağışlamaz.
Cənab Prezident!
Biz Sizə inanır, tarixi əhəmiyyət kəsb eləyən bu işdə bizə kömək edəcəyinizə tam əminik!
Sizə öncədən təşəkkür edirik!
Hörmətlə;

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Ədəbiyyat
Kriminal
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar