Sizin Reklam Burada
Xəbər lenti
09-05-2024
08-05-2024
BÜTÜN XƏBƏRLƏR

c

Tarix: 03-03-2024 22:31     Baxış: 26 A- / A+
ATALAR, OĞULLAR
Gücümün,qüdrətimin,
Şirin barı,bəhrəsi.
Bu günümün sabaha,
Açılan pəncərəsi-
Sumqayıt!
Bəli, bu gün 75 yaşlı yaşıdım doğma Sumqayıtım dünyaya açılan nur
pəncərəsidir. Millətindən asılı olmayaraq minlərlə insanların zərbəçi əməyi
nəticəsində çöllükdə, Xəzərin qumsal sahilində möhtəşəm bir şəhər yaradıldı. Və
bu şəhər günü-gündən qüdrəti ilə dünyanı heyran edir. Digər sakinlər kimi mən də
qürur duyuram ki, Sumqayıtda yaşayıram, çalışıram. Yeri gəlmişkən, Sumqayıtı
kadr bazası adlandırırlar. Ölkənin rəhbər işçiləri arasında onlarla məhz Sumqayıtda
bacarıqlı kadr kimi yetişmiş insanlar olub və indi də var. Kamran Hüseynov,
Sabit Abasəliyev, Kamran Bağirov, Məhəmməd Əsədov, Əliş Mustafayev, İsmət
Qayıbov, Zülfi Hacıyev, Fikrət Məmmədov, Eldar Əzizov, Elçin Quliyev və
digərləri.
Kadrlar haqqında danışanda Ulu Öndər Heydər Əliyevin bu sahədə də gördüyü
mühüm işlər danılmazdır. Çoxları xatırlayır, 70-ci illərdə onun səyi nəticəsində
böyük bir proqram hazırlandı. Bakıda qəbul imtahanlarını uğurla verənlərin
arasından müsabiqə yolu ilə seçilən abituriyentlər, Rusiya, Ukrayna, Belorus və
digər respublikaların aparıcı ali məktəblərinə göndərilirdi. Dövlət onların bütün
xərclərini ödəyirdi. Təhsili başa vurandan sonra hazırlıqlı kadr kimi Azərbaycana
qayıdırdılar. Subaylar yataqxana, ailəlilər mənzillə təmin edilirdilər. Bunun
nəticəsində ixtisaslı kadr qıtlığı aradan götürüldü. Bu epizod mənim “And”
romanımda da Ulu Öndərin şəhid ailəsini qəbul etdiyi epizodda yer alıb.
Kadr hazırlığı mövzusunda bir məqama da toxunmaq istəyirəm. 1978-ci ildə
SSRİ Nazirlər Sovetinin nəzdində Moskva Xalq Təsərrüfatı akademiyası təsis
edildi. İttifaq respublikalarında prespektivli dövlət müəssisələri rəhbərlərindən
namizədləri həmin akademiyaya göndərirdilər. Namizədlər 2 il ərzində
əməkhaqqıları saxlanılmaqla əyani təhsil alırdılar. Təhsildən sonra respublika
rəhbərliyinin qərarı əsasında daha yüksək, vacib dövlət işinə göndərirdilər. İlk
olaraq Azərbaycan üçün 2 yer ayrılmışdı, baxmyaraq namizəd 100 nəfər idi.
Nəticədə Heydər Əliyevin fikri namizədləri təyin etdi. Maraqlı bir haşiyə - iki
namizədin biri Sumqayıt “Kimyasənaye” İB baş direktorunun 1-ci müavini Zamin
Hüseynov idi. Təhsili başa vurandan sonra onu Heydər Əliyev şəxsən qəbul etdi.
Qarşısında duran vəzifələri söylədi və onun məsləhəti ilə Z.Hüseynov Sumqayıt
“Sintezkauçuk” İB-nə rəhbər təyin edildi.

Demək istəyirəm ki,məhz Ulu Öndərin kadrlar hazırlığına uzaqgörən
münasibəti respublikada iqtisadiyyatın inkişafına təkan verdi.
İndi baxaq Sumqayıtın timsalında hansı müsbət nəticə əldə etdik.
1. Sənayedə digər ölkələrdən asılılıq minimuma endirildi. Zəhərli istehsalatlar
dayandırıldı. Əvəzində müasir, avtomatlaşdırılmış kompakt istehsalatlar yaradıldı.
2.Kənardan işçi qüvvəsinə ehtiyac qalmadı.
3.Ekologiya normal səviyyəyə düşdü.
Təkcə bu üç faktor Sumqayıtda həyat tərzini inanılmaz dərəcədə dəyişdi. Son 20
ildə isə Heydər Əliyev kursunu ləyaqətlə davam etdirən prezident İlham Əliyev
daha böyük uğurlara imza atdı. Bu gün Sumqayıt dünyanın ən gözəl, rahat
şəhərlərdən birinə çevrilib.
Ən əsası, ölkəmizin tam müstəqilliyini, torpaqlarımızın işğaldan azad edilməsini
təmin edən Ali Baş Komandan İlham Əliyev xalqımızın arzusunu çin etdi.
Şəhidlərimizin qanı yerdə qalmadı. Azərbaycan indi rahat nəfəs alır. Məcburi
köçkünlər artıq doğma yurdlarına qayıdırlar. İşğal edilmiş, dağılmış rayonlar
yenidən, müasir layihələrlə qurulur, cənnətə çevrilir.
Yeri gəlmişkən, əgər vaxtı ilə Heydər Əliyev kimya sənayesinin inkişafında
müstəsna xidməti olan Zamin Hüseynova etimad göstərmişdisə, bu gün İlham
Əliyev Qarabağın bərpası kimi ağır, məsuliyyətli işi məhz mərhum Z.Hüseynovun
oğlu, əslən sumqayıtlı olan Emin Hüseynova etibar edib. Necə deyərlər, atalar-
oğullar dinastiyası davam edir. Uğurlu olsun!
... Bu gün prezident seçkiləri ərəfəsindəyik. İnanıram seçki uğurla keçəcək və
xalq onun arzusunu çin edən İlham Heydər oğlu Əliyevə səs verəcək!
Süleyman Hüseynov,
AYB-nin üzvü

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar