Sizin Reklam Burada
Xəbər lenti
24-12-2024
23-12-2024
BÜTÜN XƏBƏRLƏR

n

Tarix: 29-02-2024 19:24     Baxış: 44 A- / A+
 MDU inkişafda
    
     MDU-nin rektoru, İqtisad üzrə fəlsəfə doktoru Şahin Bayramovun “ Mingəçevir Dövlət Universiteti modernləşmə yolunda” kitabı haqqında.
 
     MDU-də gedən yeni quruculuq işləri, müasir dövrün tələblərinə uyğunlaşmaq universitet kollektivinin qarşısında qoyduğu gələcəyin yol xəritəsidi. Universitetdə hal-hazırda təbiət elmləri, texniki elmlər, ictimai elmlər və humanitar elmlər tədris olunur.Burada ən qabaqcıl elmi proqramlardan istifadə edilir. Tələbələrə müasir texnologiyalardan istifadə etməyə şərait yaradılıb.İndi “Elektron Universitet” modelinin MDU-də tətbiqinə hazırlaşırlar.
     Kitabda göstərilən göstəricilərə əsasən MDU-də 2018/19 tədris ilində tələbə sayı 1916, magistrant sayı 72, Akademik heyətin sayı 174 olub.Amma 2022/23-cü tədris ilində bu rəqəmlər – tələbə sayı 3380, magistrant124, Akademik heyət 210 nəfərə çatıb. 6 yeni ixtisas əlavə olunub – “Kompyuter mühəndisliyi”, “İnformasiya təhlükəsizliyi”, “Elektrik və elektron mühəndisliyi”, “Fizika müəllimliyi”, “Kimya mü-əllimliyi”, “Turizm bələdçiliyi” və magistratura səviyyəsi üzrə “Tarix fənninin tədrisi metodikası və metedologiyası”  üzrə tələbə qəbulu həyata keçirilir.   
    Universitet dünyanın tanınmış universitetləri ilə sıx əlaqə yaradıb. ABŞ, Çin, Rusiya, Hindistan, Litva, Qığızıstan Koreya, İspaniya və başqa ölkələrin universitetləriylə tələbə, müəllim mübadiləsi edilir. Bu təhsil ocaqları ilə bir sırada durmaq üçün onların təcrübələrindən yararlanmağa çalışır. Dünyanın bu universitetləriylə əməkdaşlıq sayəsində regionun nüfuzlu universitetinə çevrilib.
     Dördüncü sənaye inqilabı, süni intelekt və blokçeyn texnologiyaları dövründə universitet dünya səviyyəli tələbələr hazırlayır. MDU-nin müəllimlərinin, tələbələrinin səsi müxtəlif elmi konfranslardan gəlir.
     MDU-i Azərbaycanda “Erasmus +” mübadilə layihəsinin ilk region universitetidi. Hesabatdan göründüyü kimi universitetdə iqtisadiyyatı, mühəndisliyi, pedaqoji profilləri əhatə edən 31 ixtisas (bakalavriat), 15 ixtisaslaşma (magistratura) üzrə kadr hazırlığı həyata keçirilir. Universitetin bu gün 320-dən çox əməkdaşı var.210 professor-müəllim heyətindən 5 elmlər doktoru, 62 fəlsəfə doktoru elmi dərəcəsi, 4 nəfər professor, 39 nəfərin isə dosent elmi dərəcəsi var.
     MDU bütün nazirliklərlə əlaqə saxlayıb əməkdaşlıq edir.                      
     Universitet şəhid ailələri ilə də daim əlaqə saxlayır.İmkan dairəsində onların işlə də təmin olunmasına kömək edilir.Universitetin tələbələrindən 44 günlük Qarabağ müharibəsində döyüşənlər var. Bu tələbələrə də qayğı ilə yanaşılır. Məzulların son talehi universitetin diqqət mərkəzindədi.
     “Azərbaycan müəllimi” qəzetində yazılan məqalələrin kitab halına salınmasında məqsəd, universitetdə olan şəffaflığı ictimaiyyətə çatdırmaqdı.Bu həm də universitetə dövlətin necə dəstəyini göstərməkdi.
      Kitab çox sadə dildə yazılıb. Azərbaycan dilinin qaydaları yerli-yerində işlədilib. Oxucular kitabda mürəkkər terminlərlə qaşılaşmayacaqlar. Mənə elə gəlir ki, kitab oxucular tərəfindən rəğbətlə qarşılanacaq.
     Uğurlar olsun, MDU!  

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar