Sizin Reklam Burada
Xəbər lenti
24-12-2024
23-12-2024
BÜTÜN XƏBƏRLƏR

f

Tarix: 03-01-2024 09:52     Baxış: 71 A- / A+
"3D NAR FESTİVALI" layihəsinin icrasına başlanıb Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin "Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsi" çərçivəsində icra edilən "3D NAR FESTİVALI” layihəsinin icrasına başlanıb. "3D NAR FESTİVALI” adlı layihənin rəhbəri, Göyçay şəhər Mehman Muradov adına                4 nömrəli tam orta məktəbinin Texnologiya müəllimi Səkinə Mürsəlova layihənin məqsədi və layihə çərçivəsində həyata keçirilən işlər barədə ətraflı məlumat verib.                           Layihə 3 ay müddətində Göyçay  rayonununda icra ediləcək. "3D NAR FESTİVALI” adlı layihəni həyata keçirməkdə məqsəd 20 nəfər VII-VIII sinif şagirdlərin iştirakı nəzərdə tutulub. Şagirdlər üçün STEAM və 3D dizayn bacarıqları və çap, təlimlərinin təşkil edilməsi, Nar məzmunu əsasında STEAM yanaşmasını tətbiq etmək, faydalı məhsul və modellərinin hazırlamaq, şagirdlərin 3D dizayn və çapla bağlı video resurslar hazırlaması və layihəyə cəlb olunmuş şagirdlərin arasında “3D NAR FESTİVALI” innovativ sərgi - müsabiqəsini təşkil olunacaqdır. Layihənin  icra müddətinin  3 ay, 15.09.2023 - 15.12.2023 müddətində əyani və onlayn formada  reallaşdırılması nəzərdə tutulmuşdur. İcra planı xüsusi cədvəl formasında əlavə olunmuşdur. Təlimlər 3 saat olmaqla, 14 təlim, cəmi 42 saat nəzərdə tutulub. Oktyabr ayına düşən, AzNar zavoduna STEAM əsaslı ekskursiya təşkil eiləcək. Ekskursiya zamanı        STEAM yanaşmasını tam əhatə etmək üçün AzNar istehsal zavodu və laborator ərazisinə eskskursiya  sahələrə baxış keçiriləcək, 1 gün, 2 saat olmaqla nəzərdə tutulan müşahidlər aparılacaq və şagirdlərin təlimlərində qazanılmış biliklərdən tətbiqi istifadə olunacaq.                 “Yaşıl texnologiyalar”ın tətbiqində STEAM yanaşması üçün əkin sahələrinin müasir suvarma sistemləri, İstehsal prosesində laboator araşdırmalar, Nar istehsalında qablaşdırma məhsullarının dizaynı, 3D modeli, satış brendinin yaradılması və s. tətbiq olunacaq.     Layihə nəticəsində layihənin təlimlərinə, müsabiqə prosesinə cəlb edilmiş 20 nəfər şagird STEAM yanaşması tətbiq edərək, elmi savadlılıq, texnoloji və mühəndislik  bacarıqları, yaradıcı yanaşma və riyazi düşüncə tətbiq edə biləcək. Şagirdlər rəqəmsal mühitdə dizayn, mexaniki dizayn, 3D modelləşdirmə, 3D printerdən istifadə və çap prosesinin idarə olunmasını praktik olaraq tətbiq edərək mənimsəyəcək və vərdişə çevirəcəklər. Öyrəndikləri elmi və texnoloji yenlikləri Ümumdünya İrs siyahısına salınmış “Nar bayramı” konsepti əsasında tətbiq edəcək,  şagirdlərin  gözü ilə araşdırılacaq, 3D modelləri hazırlanacaq, şagirdlərin sərbəst təqdimat videoları ərsəyə gələcək. Layihə təklifi olan STEAM və 3D  modelləşdirmə məzmunu bilik və bacarıqlarının  yeni təhsil proqramımıza daxil olan müvafiq fənlərin tədris ilinin yekununda gözlənilən nəticələrə uyğun olaraq hədəflənməsi  mümkündür. Şagirdlərin qazanacağı bilik, bacarıq və yaradıcılıq hesabına birgə müxtəlif növ yerli və Beynəlxalq festival, Müsabiqələrdə aktiv iştirakına səbəb olacaq. İrəlidəki dövrdə qazanılmış bacarıqları sınamaq üçün şagirdlər SAF festivalına yönləndiriləcək. Göyçay rayonunda qabaqcıl təcrübəyə nail olaraq rayon təhsilinin keyfiyyəti yüksəldiləcəkdir. Layihənin icrası başa çatdıqdan sonra da layihənin davamlılığı təmin olunacaqdır. Layihənin sosial şəbəkədə səhifəsi yaradılmışdır. Səhifədə layihə çərçivəsində görülən işlər vaxtaşırı olaraq işıqlandırılacaq.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar