Xəbər lenti
e
Baku Stelle Company-da baş verən bəzi neqtiv hallar barədə redaksiyamızın elerktron poçtuna məktub daxil olub. Adının çəkilməsini hələlik istəməyən, oranın sabiq əməkdaşının iddiasına görə, Baku Stelle Company-nin, eyni zamanda Qala Həyat Sığorta şirkətinin müşahidə şurasının sədri Kamal İbrahimov Baku Stelle Company-nin bütün səlahiyyətləri kollektivdə adı “Qara Kabus” deyilən Şeyla Hacıyevaya verib. “Qara Kabus” isə burada bir çox qanunsuzluqları ört-basdır etməklə məşğuldur. Mənbəənin iddiasına görə, Baku Stelle Company-nin tərkibində olan zavod – Azərboruda durmadan qanunsuzluqlar, əmək müqaviləsinin pozulması, vergidən yayınmalar, ekologiya hallarının pozulması, Dövlət Əmlak Komitəsinin əmlaklarının qanunsuz şəkildə silinməsi durmadan davam edir və artmaqdadır. Baku Stelle Company-nin 3-cü istehsalat sahəsində (Azərboruda) 100 minlərlə ton olan qara metal qanunsuz şəkildə doğranaraq Baku Stelle Company tərəfindən daşınır, eyni zamanda orada olan minlərlə ton əlvan metal (mis, alüminium, latun) Baku Stelle Company-nin səlahiyyətli şəxsləri arasında qanunsuz şəkildə vergidən yayınmaqla bölünür. Eyni zamanda 3-cü istehsalat sahəsinin ərazisi (Azərboru) qanunsuz şəkildə digər bir müəssisəyə icarəyə verilərək vergidən yayınmaqla istismara verilmişdir. Azərboruda olan Dövlət Ehtiyat anbarı illərlə yoxlanılsa da yerində yoxdur. Kimlər tərəfindən satılıb yeyilib, bu isə böyük sual doğurur, dövlət yoxlamasına ehtiyac vardır. Azərboruda olan oksigen çənləri, su anbarları vaxtı-vaxtında yoxlanılmır, Sertifikatları yoxdur. Bu məsələləri yenə də zavodda olan “Qara Kabus” ört-basdır etməklə məşğuldur. Baku Stelle Company-nin direktoru Kamal İbrahimov və “Qara Kabus” (Şeyla Hacıyeva) çox dayda əməkdaşın adından Fərdi Qəza Sığortası, Həyat Sığortası adı altında pul mənimsəyir, öz aralarında bölərək Qala Həyat Sığorta şirkətinə köçürürlər. Nəticədə kollektivin heç bir əməkdaşına nə vəfat edəndə, nə də hər hansı travma alanda bir manat da olsun ödəniş edilmir. Bütün bu qanunsuzluqları, yazılan məktubları, teleqramları Baku Stelle Company-dən beş vəzifəni tutmuş şəxs, “Qara Kabus” öz otağında məhv edərək aidiyyatı şöbələrə yönləndirməməklə məşğuldur. Mənbəənin iddiasına görə, bu qanunsuzluqların, vergidən yayınmaların arxasında Kamal İbrahimov və onun “qara kassası”, klinikaların birindən sıçrayışla gəlib metallurgiya şirkətində hegomonluq edən Şeyla Hacıyeva dayanır: “Maraqlıdır, Azərbaycan Respublikasında olan aidiyyatı Nazirliklər, Komitələr bu böyük qanun pozuntularına göz yummaqda məqsədləri nədir? Yoxsa Kamal İbrahimov arxasında səfir dayısı, prorektor anası Səadət Qəndilova, yoxsa 50 illik yubileyində iştirak edən yüksək çinli məmurlar dayanır? Maraqlıdır, aidiyyatı nazirliklər, komitələr bu böyük qanun pozuntularına göz yummaqda məqsədləri nədir? Bu sadalanan orada baş verən qanunsuzluqların sadəcə bir qismidir”, məktubda qeyd edilir. Xarici İşlər Nazirliyinin, Maliyyə Nazirliyinin yaxın adamı şöbələrə şöbə rəisləri təyin etməklə 3,5,7 min əməkhaqqı təyin etməklə məşğuldur. Kollektivin isə susdurulması üçün 3-5 rəhbər nəfərə (öz yaxın adamlarına) mükafat verməklə kollektivin səslərini susdurmaqla məşğuldurlar. Bu yazılan yazılar orada baş verən qanunsuzluqların sadəcə bir qismidir. Növbəti saylarımızda daha da bu qanunsuzluqlar haqda yazılarımız və faktlarımız olacaqdır. Siz isə bizi oxumaqda davam edin.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Ədəbiyyat
Kriminal
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar