Sizin Reklam Burada
Xəbər lenti
23-12-2024
22-12-2024
BÜTÜN XƏBƏRLƏR

Havalar niyə isti keçir? – Açıqlama

Tarix: 01-11-2023 14:43     Baxış: 3110 A- / A+




Oktyabr və noyabr ayının əvvəlində havanın isti keçməsi normal haldır.
Manevr.az bildirir ki, bunu APA-ya açıqlamasında Coğrafiya İnstitutunun Xəzər dənizinin Hidrometeorologiya şöbəsinin müdiri, coğrafiya elmləri doktoru Səid Səfərov deyib. O bildirib ki, bu tip təbiət hadisəsi hava kütlələrinin hərəkət xarakterindən asılıdır:
“Bilirik ki, hansısa əraziyə hava kütlələri şimaldan daxil olarsa, orada hava soyuyur, bu hərəkətlilik cənubdan şimala doğru olduğu zaman isə, hansı ay olmasından asılı olmayaraq, havanın qəfil isindiyini müşahidə edirik. Buna görə bəzən nəinki oktyabr, noyabr ayında, eləcə də yanvar, fevral aylarında da havanın qəfil isindiyini görə bilirik. Yəni bu cür hallar havanın hərəkət istiqaməti ilə bağlıdır. Buna təəccüblənmək lazım deyil”.
Lokal istiləşmələr barədə danışan Səid Səfərov deyib ki, bu, fyon hadisəsi ilə əlaqədardır:
“Fyon hadisəsi zamanı hava kütlələri hər hansı bir maneəni, məsələn, təpəni və ya dağ silsilələrini aşandan sonra havanın temperaturu artmağa başlayır və bu, güclü küləklə müşayiət olunur. Bu hadisə Bakı şəhəri üçün xarakterik olmasa da, daha çox dağlıq və dağətəyi ərazilərdə müşahidə olunur”.
Havanın payız aylarında isti keçməsinin qlobal istiləşmənin təzahürü olub-olmaması barədə sualımızı cavablandıran Səid Səfərov deyib ki, qlobal istiləşmə ümumi bir fondur və bütün dünyada bunun təzahürləri özünü göstərir, lakin bu, bütün aylar üçün eyni deyil:
“Orta statistik rəqəmlərə görə, havanın orta temperaturunun artması mart, avqust və oktyabr ayında daha çox müşahidə olunur. Bu hal bəzən noyabr ayında da müşahidə edilsə də, nəzərəçarpacaq qədər deyil. Məsələn, son 30 ildə Bakı şəhəri üzrə oktyabr ayında havanın orta aylıq temperaturunun iqlim normasına nisbətən artması, təxminən, 1.5 dərəcə olubsa, noyabr ayında bu rəqəm 0-a yaxın olub. Yəni hansısa ay daxilində ayrı-ayrı günlərdə və ya müddətdə havanın temperaturunun bu və ya digər dərəcədə artması və ya azalması qlobal istiləşmə ilə bağlı deyil. Bu, atmosferin ümumi sirkulyasiyası xüsusiyyətləri ilə əlaqədardır, bunu birbaşa qlobal istiləşmə ilə əlaqələndirmək doğru deyil”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar