Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində fəaliyyət göstərən Xankəndi şəhərindəki poliklinikaya ümumilikdə 14 müraciət daxil olub və onların hər birinə zəruri tibbi xidmətlər göstərilib.
TƏBİB-dən verilən məlumata görə, təcili və təxirəsalınmaz tibbi yardımla bağlı müraciət edən 2 nəfərə çağırış ünvanında ilk yardım göstərilib. Poliklinikaya müraciət edənlərdən 5 nəfəri erməniəsilli olub.
Qeyd edək ki, bu il oktyabrın 1-dən etibarən Xankəndi şəhərində ambulator poliklinika və tam heyətlə, eləcə də tibbi vasitələrlə təmin olunan 7 ambulans və təcili tibbi yardım briqadası fəaliyyət göstərir. Poliklinikanın fəaliyyəti 7/24 rejimində növbəlilik əsasında təşkil olunub.
Poliklinikada 3 ümumi müayinə otağı, kiçik cərrahi əməliyyatlar və sarğı otağı, 1-i yataqbaşı monitor və oksigen balonu ilə təchiz olunmaqla 2 müşahidə və manipulyasiya otağı mövcuddur.
Eyni zamanda poliklinikada pasiyentlərə elektrokaardioqramma müayinəsinin aparılmasına da başlanılıb.
Xəbər lenti
Xankəndində həkimlərimiz 5 nəfər erməni vətəndaşa yardım edib

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Təqvim
| « Sentyabr 2026 » | ||||||
|---|---|---|---|---|---|---|
| Be | Ça | Ç | Ca | C | Ş | B |
| 1 | 2 | 3 | 4 | 5 | 6 | |
| 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 |
| 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 |
| 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 |
| 28 | 29 | 30 | ||||
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































