Sizin Reklam Burada
Xəbər lenti
22-12-2024
21-12-2024
BÜTÜN XƏBƏRLƏR

c

Tarix: 13-05-2023 10:31     Baxış: 85 A- / A+
Cənab Prezident İlham Əliyevin Sərəncamına əsasən 2023-cü ilin "Heydər Əliyev ili" elan edilməsi ilə əlaqədar hazırda ölkəmizdə və bir sıra xarici ölkələrdə müxtəlif məzmunlu tədbirlər keçirilir.  

Bu tədbirlər Azərbaycan xalqının öz xilaskarına, müstəqil dövlətimizin qurucusuna olan xoş münasibətini ortaya qoymaqla yanaşı, beynəlxalq arenada Ulu Öndərə, onun xatirəsinə nümayiş? etdirilən ehtiramın göstəricisinə çevrilib.
Bütün bunlar onu deməyə əsas verir ki, Heydər Əliyevin ömrü, Heydər Əliyev irsi yalnız bir xalqa deyil, bütövlükdə dünyaya, insanlığa xidmət edib.

Bu gün xalqımız Heydər Əliyevin 100 illik yubileyini böyük qədirbilənliklə qeyd etməkdədir. O cümlədən, Ümummilli liderinin yubileyi düşməndən azad olunmuş torpaqlarımızda qeyd edir.

Bu xoş günlərimizin memarı Ulu Öndər Heydər Əliyevin işğal olunmuş torpaqlarımızın mütləq azad olunacağı ilə bağlı söylədiyi inamlı və qətiyyətli fikirlər artıq öz məntiqi təsdiqini tapdı. Məhz Dahi Heydər Əliyevin siyasi kursunun uğurla davam etdirilməsi nəticəsində cənab İlham Əliyevin prezidentliyi və Ali Baş Komandanlığı ilə torpaqlarımızın işğaldan azad olunmasına gətirib çıxardı.
Bu gün azad edilmiş ərazilərimizdə yenidən tikinti-quraşdırma işləri sürətlə davam edir, keçmiş məcburi köçkünlər böyük qayıdışa hazırlaşır. Şübhəsiz ki, yaşadığımız bu qürurlu günlərə görə Ulu Öndərin ruhu şaddır.

Hörmətli sədr.

İstər Azərbaycanda, istərsə dünyanın bir sıra ölkələrində böyük siyasi xadim Heydər Əliyevin adı müxtəlif formalarda əbədiləşdirilib və bundan sonra da belə olacaq.

Ulu öndər ölkəmizin haqq səsini, Qarabağ həqqətlərini uca kürsülərdən daimi dünyaya çatdırıb. Bu gün siyasət aləminin ən yüksək zirvələrini fəth etmiş Böyük Azərbaycanlının adı tariximizin ən şərəfli səhifələrinə həkk olunmaqla bərabər, ən yüksək zirvələrə də yazılmaqdadır. 
Hesab edirəm və təklif edirəm ki, bu ənənənin davamı olaraq, eyni zamanda, Milli liderin 100 illik yubileyinə bir töhfə kimi- 28 ilə yaxın düşmən əsarətində olan, indi hər qayası, hər daşı Azərbaycan əsgərinin səngərinə çevrilən Murovdağın ən uca zirvəsinə  Heydər Əliyevin adı verilsin. Ulu Çünki, Ulu öndərin adı ən yüksək zirvələrdə həkk olunmağı haqq edir. Bu təklifim ətrafında aidiyyatı dövlət qurumlarının müvafiq  addımlar atmasını xahiş edirəm.




Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar