Sizin Reklam Burada
Xəbər lenti
01-05-2024
30-04-2024
BÜTÜN XƏBƏRLƏR

Qusarda oteldə dəhşət: 4 ölü, 6 yaralı

Tarix: 22-01-2023 22:18     Baxış: 3356 A- / A+


Qusarda yerləşən tanınmış "Park Qusar" hotelində dəhşətli hadisə baş verib.
Hoteldə yanğın baş verib və nəticədə 4 nəfər ölüb.

Yanğın zamanı 4 nəfər - Babayev Emin, Babayev Rauf və Babayeva Zülfiyyə (bir ailənin üzvü) və Babaşov Rüstəm adlı şəxslər ölüb. 

Digər koteclərdə olan 6 nəfər isə xəsarət alıb.

Polis əməkdaşlarının keçirdiyi təhlükəsizlik tədbirləri nəticəsində faciənin miqyasının genişlənməsinin qarşısı alınıb.

Hadisə yerinə aidiyyəti dövlət qurumlarının əməkdaşları cəlb olunub

FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal çağırış üzrə cəlb olunub.

Yanğın nəticəsində “Park Qusar” istirahət mərkəzinin ərazisində ümumi sahəsi 240 m² (hər mərtəbəsi 120 m²) olan ikimərtəbəli taxta konstruksiyalardan ibarət kotec yanıb.

Yanğın nəticəsində altı nəfər xəsarət alıb. Yanğının kəşfiyyatı zamanı dörd nəfərin meyiti aşkar olunub.
Yanğınsöndürənlər tərəfindən yaxınlıqdakı koteclər və meşə zolağı yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən həyata keçirilmiş ilkin araşdırmalarla yanğının kotecdəki odun sobasının (kamin) nəzarətsiz qalması səbəbindən baş verdiyi ehtimal edilir.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırmalar davam etdirilir. bakupost.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar