Sizin Reklam Burada
Xəbər lenti
22-12-2024
21-12-2024
BÜTÜN XƏBƏRLƏR

İsa Qəmbər: "Yanvarın 6-da AXC-nın konfransında proqnoz vermişdim ki…" - VİDEO

Tarix: 20-01-2023 17:16     Baxış: 4100 A- / A+


İsa Qəmbər: "Yanvarın 6-da AXC-nın konfransında proqnoz vermişdim ki…" - VİDEO

Sosial şəbəkələrdə Azərbaycan Xalq Cəbhəsinin qurucularından olan, Müsavatın sabiq başqanı İsa Qəmbərin 20 Yanvar faciəsi ilə bağlı ANS-in Qızıl Fondunda saxlanılan müsahibəsi yayılıb. 
Manevr.az xəbər verir ki, İsa Qəmbər vaxtilə Azərbaycanın Milli Qəhrəmanı, mərhum telejurnalist Çingiz Mustafayevin suallarını cavablandırarkən bu haqda danışıb. İsa Qəmbər jurnalistin "Hələ ayın 19-dan əvvəl Bakıya daxil olan hərbi qoşunların qarşısının kəsilməsi üçün piketlərin keçirilməsi haqqında Xalq Cəbhəsi və ya digər partiyaların hansısa qərar olmuşdumu?" sualını cavablandırıb:
"Xalq Cəbhəsinin bu barədə hansısa qərarı yox idi. Bunu da mən tam rəsmi şəkildə bildirə bilərəm. Çünki elə olmazdı ki, Xalq Cəbhəsi hansısa qərar qəbul etsin, amma mənim bundan xəbərim olmasın. Mən bilən, başqa heç bir təşkilatın da bu barədə qərarı yox idi.
Sadəcə olaraq, bir növ camaatın öz təşəbbüsü idi. Cəmiyyətin özünütəşkil prinsipləri əsasında həyata keçirilən bir tədbir idi. Vəziyyət mürəkkəb idi. Ayın 15-də Qarbaçov fərman vermişdi ki, Dağlıq Qarabağda hərbi vəziyyət elan edilir. Həmin fərmanın bəndlərində qeyd olunurdu ki, Azərbaycanın böyük şəhərlərində, o cümlədən Bakıda, Gəncədə hərbi vəziyyətin tətbiq edilməsinə dair Azərbaycan rəhbərliyi öz mövqeyini bildirsin. Sözsüz ki, əhalidə narahatlıq yaranmışdı. 
Sonradan hərbi hissələr Azərbaycana doğru gəlməyə başlayanda, Bakının özündə hərbi hissələrin fəallaşması hiss olunanda, camaatda sual yaranmışdı ki, bu hərəkatın məqsədi nədir? O günlər SSRİ DTK-sının rəhbərlərindən olmuş, şərqşünas, sovet dövlət xadimi Yevgeni Primakovla və bir çox rəhbər şəxslərlə söhbətimiz olmuşdu.
Orda da heç kim açıq deməmişdi ki, məqsədləri nədir. Soruşanda ki, bu ordu niyə bəs hərəkətə gəlib, hara gedir, iddia edirdilər ki, Bakıdan keçib Qarabağa gedəcəklər.
Biz onlara dedik ki, axı Qarabağa getmək üçün Bakıdan keçməyə ehtiyac yoxdur, başqa yolla getmək olar. Bu sualımıza da cavab tapmırdıq. Bizə də nəzəri cəhətdən aydın idi ki, məqsəd Bakını tabe etmək, demokratik hərəkatı məhv etməkdir. DTX  çox vaxt bizimlə faciənin səbəbləri haqqında mübahisə edirdi. Yəqin onlarda bizim çıxışlarımızın hamısının surəti var".
İsa Qəmbər bildirib ki, Xalq Cəbhəsinin 1990-cı ilin yanvarın 6-da keçirilən konfransındakı çıxışında hadisələrin gedişatını göstərib:
"Açıb görsünlər mən orda hansı proqnozlar vermişəm. Hadisələrin inkişafını necə göstərmişəm. Təəssüf ki, həmin nəzəri proqnozlar hamısı həyata keçirilib”.cebhe.info

Manevr.az

Aylin

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar