Sizin Reklam Burada
Xəbər lenti
23-04-2026
22-04-2026
BÜTÜN XƏBƏRLƏR

Baş nazirdən bu işçilərin maaşları ilə bağlı QƏRAR

Tarix: 17-01-2023 16:39     Baxış: 3127 A- / A+

Baş nazir Əli Əsədov Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 20 noyabr tarixli 205 nömrəli Qərarı ilə təsdiq edilmiş “Büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlarda tədris məşğələlərinin aparılmasına cəlb edilən işçilərin əməyinin saathesabı ödənilməsi məbləğləri”ndə dəyişiklik edilməsi barədə qərar imzalayıb. 
Manevr.az xəbər verir ki, bununla bağlı Nazirlər Kabineti məlumat yayıb. Qeyd edilib ki, əməyin saathesabı ödənilməsi məbləğlərinə məzuniyyət haqqı daxildir.
Müsabiqə və baxışların münsiflər heyəti üzvlərinin və müsabiqəyə təqdim edilən işlərin resenzentlərinin əməyinin saathesabı ödənilməsi məbləğləri professor və ya elmlər doktoru üçün 16,90 manat, dosent və ya fəlsəfə doktoru üçün 12,30 manat, elmi dərəcəsi, elmi adı olmayan şəxslər üçün 8,30 manat məbləğində müəyyənləşdirilir.
Tədris məşğələlərinin aparılmasında iştirak edən plastik poza nümayişçilərinin (naturaçıların) əməyinin saathesabı ödənilməsi bir akademik saata görə geyimli naturada 10,80 manat, geyimsiz naturada isə 17,85 manat məbləğində müəyyən olunur.
Əməyin saathesabı ödənilməsi məbləğləri mülki hüquqi müqavilə əsasında işləyən şəxslərə şamil edilir.
Qərar 2023-cü il yanvarın 1-dən tətbiq ediləcək.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar