Sizin Reklam Burada
Xəbər lenti
05-02-2025
04-02-2025
BÜTÜN XƏBƏRLƏR

“Narkomaniyaya birlikdə yox deyək!”

Tarix: 14-10-2022 16:47     Baxış: 108 A- / A+
Bakı şəhəri Yasamal rayonundakı Milli Qəhrəman Aytəkin Məmmədov adına 38 nömrəli məktəbdə “Narkomaniya ümumbəşəri bəladır” mövzusunda tədbir keçirilmişdir. Tədbir açıq elan edildikdən sonra Ümmumilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş həmvətənlərimizin ruhu 1 dəqiqlik sükutla yad edildi. Məktəbin direktoru Yaqut Əfəndiyeva qonaqları təqdim edərək, məktəblilər arasında profilaktik işlərin güclədirilməsində dəstəyə görə kollektiv adından polis əməkdaşlarına təşəkkürünü bildirmişdir.
Yasamal rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin rəisi, polis kapitanı Fəxrəddin Nəsirov, Yasamal rayon Polis İdarəsinin Yetkinlik Yaşına Çatmayanlarla Profilaktiki İşin Təşkili Bölməsinin rəisi, polis polkovnik-leytenantı Nəbi Nəcəfov çıxış edərək, narkomaniyanın hələ də bütün dünyada qlobal problemlər sırasında olduğuna, müasir dövrümüzdə insanlıq üçün böyük bəlaya çevrilən bu “ağ ölüm”lə  mübarizənin vacibliyinə, ölkəmizdə bu sahədə görülən ardıcıl və davamlı işlərə diqqət çəkmişlər.
Tədbirdə Narkomaniya və digər zərərli vərdişlərin insan orqanizmi üçün yaratdığı fəsadlardan geniş söhbət açılmış, bu kimi məsələlərin insan sağlamlığına mənfi təsirindən konkret və tutarlı faktlar gətirmişdir. Tədbir iştirakçıları tərəfindən o da xüsusi olaraq vurğulanmışdır ki, bu məsələ daim diqqət və nəzarət altında saxlanılmalıdır. Yekdil nəticə ondan ibarət olmuşdur ki, mütəşəkkil mübarizə tədbirlərinə baxmayaraq hələ də bu sahədə lazımı bilgilərə ehtiyac var. Sonda tədbir iştirakçılarının narkomaniyanın profilaktikası ilə bağlı bir sıra sualları cavablandırılmış, birgə əməkdaşlıq çərçivəsində bundan sonra da maarifləndirmə işlərinin davam etdiriləcəyi qərara alınmışdır.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar