Sizin Reklam Burada
Xəbər lenti
23-12-2024
22-12-2024
BÜTÜN XƏBƏRLƏR

"Orduda əksəriyyət Putindən narazıdır”

Tarix: 18-08-2022 14:40     Baxış: 374 A- / A+
“Orduda əksəriyyət Putindən narazıdır”

Rusiya ordusunda əhval-ruhiyyə yüksək deyil. Bunu Ukrayna xüsusi xidmət orqanlarının ortaya çıxardığı səsyazılarında da müşahidə etmək olar. Rusiyalı hərbçilər daha çox şəhərləri ələ keçirmək barədə yox, döyüşlərdən uzaq dayanmaq haqda düşünür. Hiss olunur ki, hər şey Kremlin təbliğat mənzərəsindəki kimi deyil.

Manevr.az xəbər verir ki, cəbhədən qaçmış rusiyalı desantçı orduda vəziyyətin yaxşı olmadığını deyib. Pavel Filatyev orada əksəriyyətin Putindən, onun siyasətindən narazı olduğu bildirib. Onun sözlərinə görə, rusiyalı hərbçilər haqq savaşı aparmadıqlarını yaxşı bilirlər, amma imtina etmək imkanı yoxdur.
Filatyev Qərb mediasına müsahibə verib. O, çox maraqlı məqamlara toxunub. 56-cı hava hücum alayında yer almış desantçı müharibənin ilk günlərini Xersonda keçirib. Gözündən yaralanan Pavel ilk imkandaca ordudan uzaqlaşıb. Filatyev ABŞ-ı üz tutub. Burada hətta kitab yazmağa da imkan tapıb.
“Mən müharibədə döyüşməkdən qorxmuram. Amma mənim üçün ədalət hiss çox vacibdir. Bilməliyəm ki, haqq üçün vuruşuram. Rusiya müharibədə uğur qazana bilməz. Həm də ona görə ki, biz rusiyalılar haqq üçün döyüşdüyümüzü hiss etmirik. Bu hiss olmadan qələbə qazanmaq mümkün deyil”.
Filatyev deyir ki, ictimailəşəndən bəri bütün bölmə onunla əlaqə saxlamağı dayandırıb. Amma döyüş yoldaşlarının ən azı 20 faizi onun etirazını tam dəstəkləyir. Desantçının sözlərinə görə, zabitlər ona öz torpaqları uğrunda döyüşən ukraynalıların vətənpərvərliyinə hörmət hissi bəslədiklərini deyiblər. Filatyev Rusiyanın öz əsgərlərinə qarşı pis rəftarından danışır, bundan təkcə onun şikayət etmədiyini bildirir.
“Orduda əksəriyyət orada baş verənlərdən, hakimiyyətdən, komandanlıqdan, Putindən, onun siyasətindən, xidmət nümunəsi göstərməyən müdafiə nazirindən narazıdır. Hərbçilərin çoxu heç kimi öldürmək istəmir. Döyüşməyi heç arzulamırlar. Amma biz vətənpərvərlik, döyüş yoldaşlarımıza qarşı günah hissləri ilə buxovlanmışıq. Heç kim qorxaq olmaq istəmir. Silahlarımızı atıb qaça bilmirik./bizimyol.info

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar