Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
BÜTÜN XƏBƏRLƏR

F

Tarix: 08-08-2022 20:24     Baxış: 3207 A- / A+


Fuad İslamoğlunun “Qisasımız qiyamətə qalmadı” kitabı çapdan çıxdı

Tanınmış şair-publisist Fuad İslamoğlunun yeni kitabı işıq üzü görüb.
Manevr.az xəbər verir ki, müəllifin ədəbiyyatımıza növbəti ərməğanı olan “Qisasımız qiyamətə qalmadı” adlı şeirlər toplusu sevimli şairin sayca beşinci kitabıdır. Şəhidlərimizin əziz və unudulmaz xatirəsinə ithaf olunmuş kitabda əsasən ulu öndər Heydər Əliyevin mükəmməl siyasətini uğurla davam etdirən möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrikliyi, yüksək sərkərdəlik məharəti, mahir diplomatiyası, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın dəstəyi, xalqın dəyanəti, əzmkarlığı, hərbçilərimizin şücaəti və qəhrəmanlığı sayəsində Vətən müharibəsində qazanılan möhtəşəm tarixi Qələbədən, qürur dolu 44 günlük döyüşlərdən bəhs edilir. Eyni zamanda, şeirlər toplusunda yurd sevgisi, xalqa, dövlətə, dosta, qohuma sədaqət, ülvi məhəbbət mövzularında şeirlərə, ağsaqqal tövsiyələrinə və təmsillərə də geniş yer verilib.
Qeyd edək ki, şairin əvvəlki “Təmizlik”, “Yaşamalı dünyadı”, “Bu səs sənin səsindirmi”, “Qartal səmada tək uçur” kitabları da geniş oxucu kütləsinin marağına səbəb olub./AZƏRTAC

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar