Sizin Reklam Burada
Xəbər lenti
23-12-2024
22-12-2024
BÜTÜN XƏBƏRLƏR

“Sentyabrın 2-də Qarabağa zor gücünə girəcəyəm”

Tarix: 07-08-2022 08:28     Baxış: 3202 A- / A+
“Vəziyyət dəyişməsə, sentyabrın 2-də biz yeni ərazilərin təsliminin və yeni qurbanların şahidi olacağıq”.

Bunu avqustun 5-də jurnalistlərlə görüşündə “Naslediye” Partiyasının lideri, Ermənistanın keçmiş xarici işlər naziri Raffi Ovannisyan deyib.

O, bir vaxtlar müttəfiqi olan hazırki Baş nazir Paşinyanı fəaliyyətsizlikdə ittiham edib. Hökumətinin işinin iclaslar zamanı Bakıya mesajlar göndərilməkdən ibarət olduğunu deyib. Ovannisyan əlavə edib ki, hökumət belə davam edərsə, o zaman Ermənistanın suverenliyi təhlükə altına düşəcək, ərazi bütövlüyü pozulacaq.

“Bu hökumətlə ya yarımçıq, şikəst sülh olacaq, ya da məcburi müharibə. Paşinyan deyib ki, baş verənlər təbiidir. “Vətən”in təslim edilməsi, 4000 qurban, bunlara nə ad verək? Diaspordan olan soydaşlarımızın Ermənistandan uzaqlaşdırılması, insanların siyasi baxışlarına görə həbsə atılması iyrəncdir”, – deyə Ovannisyan qəzəblənib.

Raffi Ovannisyan qeyd edib ki, nə səbəbə görə nəvəsinin xaç suyuna salınmasında iştirak etməyə Qarabağa buraxılmadığını bilmir. O, Qarabağa zor gücünə gedəcəyini və Paşinyan hökumətinə qarşı açıq şəkildə “vuruşacağını” deyib.

“Bu qərarın Bakıda oturan cinayətkarlardan, yoxsa İrəvanda gizlənən, indi gözünü bu mərasimə dikmiş keçmiş baş komandandan verilməsinin fərqi yoxdur.

Gizlənmək üçün heç bir əsasım yoxdur. Bir daha deyirəmi, o günü gözləyirəm ki, bütün anlaşılmazlıqlar aradan qaldırılacaq və sentyabrın 2-də mən Zabux kəndindən keçərək Laçına, oradan isə Xankəndiyə gedəcəyəm”, - Ovannisyan sərsəmləyib. konkret.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar