Xəbər lenti
Oqtay Əsədovun keçmiş kürəkəni Londondakı sonuncu şirkətini də satdı
Məlumat üçün: 1981-ci il təvəllüdlü Kamran Balayev 2002-ci ildə Oqtay Əsədovun qızı Nərminə Əsədova ilə evlənib. 2012-ci ildə Ədliyyə Akademiyasının rektor əvəzi olan Kamran Balayev ilə Oqtay Əsədovun qızı arasında qalmaqallı boşanma prosesi baş tutub. Məhkəmə çəkişmələrindən sonra Kamran Balayev Londona köçüb. 2013-cü ildə Londonda 2 şirkət – “Attorneys Without Borders” və “Varsity Court Limited” şirkətlərini təsis edib. 2014-cü ildə daha bir şirkət - “International Jurisdications Ltd” şirkətini qeydiyyata aldırıb. Bir neçə ildən sonra bu şirkətlər ləğv edilib. Kamran Balayev 2018-ci ildə təsis etdiyi şirkəti - “International Risk Ltd” (yeni adı “E-London Ltd”) şirkətini isə qeyd etdiyimiz kimi bu il Gülşən İbrahimovaya satıb.
Adını qısaldaraq özünü “Kam” olaraq təqdim edən Kamran Balayev 2020-ci ildə London meri vəzifəsinə namizədliyini irəli sürüb. Açıqladığı tərcümeyi-halında Kembric Universiteti və London İqtisadiyyat və Siyasi Elmlər Məktəbinin (LSE) məzunu olduğunu bildirir.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Ədəbiyyat
Kriminal
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar