Xəbər lenti
Aqil Məmmədov: "Tədricən Kəlbəcərə də səfərlər təşkil olunmalıdır"
Milli Məclisin Kəlbəcər rayonundan olan deputatı Aqil Məmmədov parlamentin sonuncu iclasında çıxış edərək işğaldan azad olunmuş Kəlbəcər rayonuna heyvandarlıq və arı təsərrüfatlarının mövsümi köçürülməsi ilə bağlı danışıb. Bu məsələlərlə bağlı seçicilərin, kəlbəcərli fermerlərin təkliflərini çatdırıb.
Manevr.az bildirir ki, A.Məmmədov həmçinin, Kəlbəcər sakinlərinin rayona səfərinin təşkili ilə bağlı məsələ qaldırıb.
Bildirib ki, 29 il yurd həsrəti ilə yaşayan həmvətənlərimiz bu gün doğma torpaqlara geri qayıtmağı səbirsizliklə gözləyirlər: "Ölkə Prezidenitinin bilavasitə rəhbərliyi altında hazırda işğalıdan azad olunmuş ərazilərdə, o cümlədən, Kəlbəcər rayonu ərazisində həyat əhəmiyyətli infrastruktur işləri həyata keçirilir. Eyni zamanda, bölgədə mina təhlükəsinin aradan qaldırılması ilə bağlı kompleks tədbirlər həyata keçirilir. Bu işlər əhalinin mümkün qədər tez bir vaxtda doğma yurdlarına qayıdışına gətirib çıxaracaq".
A.Məmmədov bildirib ki, artıq bir müddətdir Şuşa şəhərinə və Ağdam rayonuna turların təşkili həyata keçirilir. Bu işin Kəlbəcər rayonu üçün də nəzərdə tutulması məqsədəuyğun olardı: "Seçicilərlə görüşlərdə bu məsələ çox qaldırılır. Xüsusilə, yaşlı, xəstə insanların, şəhid ailələrinin və digər şəxslərin müvafiq qaydada rayona aparılması hesab edirəm ki, tədricən həyata keçirilə bilər. Düzdür, hazırda Kəlbəcərlə əlaqəni təmin edən Murov yolu ilə mülki vətəndaşların qış mövsümündə aparılıması çətindir. Amma yaz və yay aylarında bu işi reallaşdırmaq olar".
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Ədəbiyyat
Kriminal
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar