Sizin Reklam Burada
Xəbər lenti
14 avqust
13 avqust
BÜTÜN XƏBƏRLƏR

Şəhid ruhunu kondisionerlə dondurmaq istəyənlər

Tarix: 19-07-2020 21:49     Baxış: 61061 A- / A+
Şəhid ruhunu kondisionerlə dondurmaq istəyənlər

Xına mərasimlərində “haxışta” oxuyanlar gəlib, şəhid anasına kondisioner bağışlamaqla özlərini reklam edirlər. Unudurlar qarşılarındakının kim olduğunu. Unudurlar ki, kondisioner hədiyyə etmədən canlı yayınla bunu elan etsələr də, kimin qapısına getmələrindən qətiyyən anlayışları yoxdur. Yadlarından çıxarıblar ki, bu ana necə bir oğul yetişdirib.

Öz maaşı ilə kazarma təmir etdirən, əsgərinə maddi yardım edən, ona verilən evi şəhid ailəsinə bağışlayan bir oğulun anasını kondisionerlə sevindirməyə çalışırlar. Bəli, çalışırlar, amma nail ola bilmirlər. Çünki bu ana dünya nemətlərinin üstündə bir varlıq itirib, onu heç nə ovuda bilməz. Çünki belə gözütox övlad böyüdən ana yersiz-dəxilsiz, reklam qoxan yardımdan imtina etməliydi, edəcəkdi, başqa variant mümkün deyildi. General ailəsində kondisioner yoxmuş, ay millət! Bunu gözü ilə görən manıs necə cəsarət edər bu acının içində qoluna kondisioner vurub şəhid evinə gəlməyə? Bu oğulu böyüdən ana, təbii ki, hədiyyədən imtina edir. Amma gərək ana bunu deyəydimi? Bunun yersiz davranış olduğunu anlamaq çoxmu çətindir?

Xına mərasimlərinin aparıcısı gecənin 5-də şəhid ailəsinin evinə gedib. Hansı məntiqlə, hansı komplekssizliklə, bilinmir. Gündüzlər qəhətəmi çəkilib? Ailə zatən dərddən başını itirib. Bilmirlər, öz dərdlərini çəksinlər, ya gəlib-gedəni qarşılasınlar. Biri də bu yerdə gecə 5-də şəhid ailəsinə baş çəkir. Dərhal da canlı yayın açıb deyir ki, “ağcaqanadlardan qorumaq üçün ananın ayaqlarını mühasirəyə aldım”.

Cümlənin pafosdan dağılan, absurdqarışıq məntiqinəmi yanasan, yoxsa insanların acısına hörmət etmədən gecənin 5-də evlərinə gedib, sonra bunu dünya-aləmə car çəkməsinəmi? Bilmirsən, anlaqsızlıqdan bunu edirlər, yoxsa çoxbilmişliklərindən... Amma fakt budur ki, hər kəs çirkinlikdə level yüksəltmək yarışına girib. Biri cəbhə bölgəsinə gəlib, bayraq qucaqlayaraq sanki foto çəkilişindən xəbərsizmiş kimi poza verir, selfi edir, bir başqası canlı yayın reytinqi artırmaq üçün ordunun sursatlarını çəkib paylaşır. Bir daha əmin oluruq ki, hazırlıqsızıq bu kimi situasiyalara.

Hə, soruşa bilərsiniz ki, yardımlaşmayaqmı bəs? Əsgərə siqaret, yemək-su aparmayaqmı? Şəhid ailəsinə ehtiramımızı göstərməyəkmi?

Edək bunların hamısını. Etməsək, ayıb olar zatən. Amma reklam etmədən, canlı yayınlar açıb, bunu ballandıra-ballandıra danışmadan. Halbuki çoxları da bunu elə ustalıqla, mahircəsinə edir ki, ölkənin bundan xəbəri olmur. Əsgər ailələri marketdən pulsuz ərzaq alır, borcları silinir, əsgərlərə maşın-maşın siqaret, yemək daşınır. Amma bunu kimlərin etdiyini bilmirik. Eləcə eşidirik ki, belə bir yardım edilib. Rusiyadakı iş adamları erməni iş adamlarını bir cür çökdürür, bir başqa xeyriyyəçi şəhid övladını 18 yaşına qədər himayəsinə götürür. Yəni bu cür böyük örnəklər bizim indiki ərəfədə milli ruhumuzu oxşayan, qürur verən epizodlardır. Yoxsa ki, evini şəhid ailəsinə hədiyyə etmiş, özü uçuq-sökük evdə yaşayan şəhidin anasına kondisioner apar və denən, mən iş bilmişəm. Halbuki bunu səssiz etsəydi, reklam etməsəydi, bəlkə də, hədiyyəsi bunca qıcıq doğurmayacaq, imtinaya da səbəb olmayacaqdı. Bəlkə, həmin halda səmimiyyəti şübhə doğurmayacaqdı. Bəlkə, bəlkə də...

İndi isə... Cənablar və xanımlar. Döyüş bölgəsi sizin üçün selfi məkanı deyil. Onlayn izləmə, abunə artırmaq istəyən blogerlərin at oynadacağı bölgə isə heç deyil. Şəhid məzarları, şəhid ailələrinin evləri də özünüreklam vasitəsi deyil. Şəhid atasına “oğlunuz hansı şəraitdə ölüb” sualını vermək üçün ya gərək ağlını itirəsən, ya da bu peşədən heç bir anlayışın olmaya. Hərbi jurnalistikanı bir kənara qoyun, jurnalist etikası deyilən bir şey var. Hansı emosional situasiyada kimə, hansı sualı vermək olar, ona necə müraciət etmək olar – bunlar jurnalistikanın əlifbasıdır.

Dəyərli redaktorlar, hər “mən gedərəm” deyən jurnalisti döyüş bölgəsinə ezam etməyin.

Onun ümumi işə vuracağı zərər xeyrindən daha böyük ola bilər. Ya da təlim keçin, təlimatlandırın, elə yollayın. Əziz manıs və manısələr, anlayırıq, bu aralar toy-düyün yoxdur, işlər də kasaddır. Amma bu, içinizdəki artistizmi döyüş bölgəsində, çağırış məntəqələrinin qabağında, şəhid ailələrində nümayiş etdirmək üçün bəhanə deyil, olmamalıdır da. Bir zəhmət, əl-ayağa dolaşmayın. İmkan verin, dövlət öz işini görsün. İcazə verin, şəhid ailələri öz dərdini çəksin, acısını yaşasın. Bir də sizin sayğısızlıqlarınıza görə ürəkləri yanmasın...

Şəhid ruhunu o hədiyyə etmədən reklam etdiyiniz kondisionerin soyuğu ilə dondurmağa çalışmayın. İndiki halda ən böyük xidmətiniz bu ola bilər.








Adınız:*
E-Mail:
Şərhiniz:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Sorğuya cavab yazın:
Saytımızın adının yazın
Cavabınız:*
Kodu yazın: *



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.
Çox gözəl portaldı
Yaxşı portaldı
Yaxşıdı ...anma...
Yaxşı ola bilər
Xoşlamadım



Çox oxunanlar