Sizin Reklam Burada
Xəbər lenti
03 iyun
02 iyun
BÜTÜN XƏBƏRLƏR

Kənddə koronavirus bayramı

Tarix: 17-04-2020 12:48     Baxış: 3349 A- / A+
Kənddə koronavirus bayramı

Kənddən Bakıya qayıdanda bildim ki, paytaxdakılar koronavirusu fəlakətə çeviriblər. Hökumət adamları öz evlərinə ezamiyyətə göndərib, öz evlərinə də “dörd divar” kimi baxırlar.
…Eli-günü şen olsun, kəndlərdə karantin rejimi ciddiləşdikcə insanlar cansıxıcı günləri bir o qədər dada-duza gətirlər. O qədər safdırlar ki, qorxunu çox asanlıqla, bəlkə özləri də fərqinə varmadan gülüşə, zarafata çevirə bilirlər.
Götürək, 83 yaşlı nənəmi, canına nə təhər qorxu düşübsə, qırışlarından qəbir şəkli çəkilmiş üzünü heç kimə öpdürmür. Nəvələrindən gen gəzir. Boynunda spirt şüşəsinə tökülmüş “başıxamırlı” gəzdirir. Yan-yörəsində biri asğıran kimi iplə bağlanmış şüşəni boynundan çıxarıb əl-üzünü yuyur.
Hələ qonşumuz Alpı qağanı demirəm. Günü qara olmuşun yaşı 70-i keçib. Arvad-uşaq da anası ölmüş cələfsizi qorğanır ki, evdən eşiyə çıxmasın. Amandı, birdən yoluxar… O gün görürəm ki, arvad xəkəndazı əlinə alıb Alpı qağama qıcanır. Sən demə, kişi evdə boş oturmaqdan bezib. Nəvəsinin karandaşını əlinə alıb evin “oboy”larına it-pişik şəkli çəkib. Arvadın da beyni çönüb:
-Bıy üzünü mürdəşir yusun, bu it-pişiyin ayağı niyə üç dənədi…
Kişi də qayıtdı ki, dördüncüsü sənə saxlamışam...
…Qonum-qonşu hər gün həyətlərdə kabab çəkir. Bir manqalını gətirir, o biri ətini, bir başqası kartofdan, pomidordan əlinə nə keçsə… Bir gün əti manqal üstündə tüstülədəndə, o biri gün pomidoru, kartofu şişə taxırlar. Hamı bir evli kimidir.
Kabab çəkilən günlərin birində dədələrinin vurhavurundan ilhama gələn balacalar da əyləncələrinin barıtını bol elədilər. Tifillər üşüyüblər, qızınmaq istəyiblər. Kibriti çəkib Temir qağanın ot tayasını odlayıblar. Bir də gördüm qiyxırtı qopdu. Kababçəkənlər manqalı Allah ümidinə qoyub pencəkləri əllərində tayaya tərəf qaçırlar… Hadisənin axşamı hərə eşşək arabasına beş-on “pres” qoyub, Temirin qapısına həm üzürxahlığa, həm də başsağlığına getdilər.
Biz tərəflər “başıxamırlı”sız olmur. Yanlarında kimi asğırıq-öskürük tutsa, o saat sağlıqların qibləsini dəyişirlər. Hamı Tanrının sağlığına içir. Bəzən adama elə gəlir ki, Tanrıya yaltaqlanırlar. Öz aramızdı, qorxu pis şeydi.
Öyrəli, bir hadisə olub. Ömür boyu düzdə-bozda qoyun güdən Daşdəmir kişi də qoyun-quzunu götürüb kəndə gəlib. Səbəbini soruşublar, qoyunlar xalxalları üçün darıxıb-deyib. Ağtüklülərin soluqları genəlsin- yığıb yenidən irəməyə aparacağını söyləyib.
Hələ, kəl Söyünü demirəm, eşidib ki, kəndin girişində post qurulub. Polisin Göygölün və Samuxun qonşu kəndlərinə keçməyə imkan vermədiyi qulağına çatıb. Onu da deyiblər ki, bircə ərzaq maşınlarına icazə var. “Zapı”nın baqajına arvadın toyuq-cücəsini doldurub. Polis saxlayanda toyuq-cücə alveri elədiyini söyləyib. Gözünə döndüyüm, gedib qonşu kəndlərdəki dostlarına çolpa qonaqlığı verib. Üç-dörd çolpanı da qayıdan başına saxlayıb ki, postdan keçə bilsin…
Beş özgədən deyəndə, birini də özümdən deyim, Bakıya gəldiyimin birinci günü iki saatlıq icazə alıb bacası tüstüləyən kababxanalardan birinə getdik. Oturmağa icazə vermədilər. 100 manat cəriməsi var- dedilər. Yalnız onlayn kabab sifarişi yerinə yetirdiklərini söylədilər. Kababı çəkdirdik. Oturduq maşında. Maşını da döndərdik kafeyə…
İndi paytaxtdakı adamlara baxıram, ürəyim bulanır. Hökumət onları küçə həbsindən ev azadlığına buraxıb, naz edirlər… Naz da bir yerə kimi… Karantin fantaziyanıza tətbiq edilməyib ki, dörd divarı dörd güzgüyə çevirin…

Tural Turan
Manevr.az








Adınız:*
E-Mail:
Şərhiniz:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Sorğuya cavab yazın:
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.
Çox gözəl portaldı
Yaxşı portaldı
Yaxşıdı ...anma...
Yaxşı ola bilər
Xoşlamadım



Çox oxunanlar