Sizin Reklam Burada
Xəbər lenti
09 avqust
08 avqust
BÜTÜN XƏBƏRLƏR

Afaq Bəşirqızı böyük ictimai xadim, misilsiz sənətçi deyil!

Tarix: 12-04-2020 09:58     Baxış: 3392 A- / A+
Afaq Bəşirqızı böyük ictimai xadim, misilsiz sənətçi deyil!

Bir qədər əvvəl Afaq Bəşirqızının açıqlamasına elə onun stilində cavab yazdım. İstəmirdim, amma bağışlayın, hər kəslə onun anlayacağı lisanda danışmağa çalışıram.

Hər halda buna can atıram, bilmirəm necə alınır.

İndi isə normal danışaq, "Söylü" didaktikasından və o əcaib mikrokosmdan kənarda.

Afaq Bəşirqızının açıqlamasında qəribə və ya ekstraordinar heç nə görmürəm. O, dünyanı, ətrafı, baş verənləri, cəmiyyəti necə görürsə, elə də danışır. Öz lüğətində, öz sözləri, öz anlamları ilə.
Afaq Bəşirqızı mənimçün böyük ictimai xadim, misilsiz sənətçidirmi?

Əfsuslar olsun ki, yox. Bəlkə də istərdim belə olsun, lakin Afaq xanımın oynadığı rollara nəzər saldıqda başdan-ayağa komplekslər içində olan kiçik fərdləri yaradıb qəhqəhəyə nail olmaq istəyənin özünün o obrazların assimilyasiyasına uğradığını, onların içində əridiyini, özünü onlara hopdurmaq əvəzinə özünün onlara bənzədiyini - bilaixtiyar bəlkə də - görürəm.

Afaq xanımın adı çəkiləndə kütlə ilk əvvəl "Söylü!!!" deyir.

Yaxşıdırmı? Məncə, yox.

Onun teatrı da vardı əvvəl, məncə, indi də var.

Və o teatrın tamaşalarına getməmişəm, yerli telekanallardan birində təxminən 10 dəqiqə baxdım. "Frik-şou" tipli bu buffonadaya daha çox baxa bilmədim, Afaq xanım məni məzur tutsun.

Onun kənddən gələnlərlə bağlı dediyi də qəribə deyil, gözləniləndir.

Afaq Bəşirqızı sovdepiyada doğulub, o dövrdə yaşayıb, yaşayır və istərdim lap çox ömrü olsun.

Və o lənətə gəlmiş sovdepiyanın "sosrealizm" deyilən tam saxta, eybəcər bir janrı, yaradıcılıq qəlibi vardı: kəndlilər zəhmətkeş, onların eşqləri saf, məramları təmiz, özləri qətiyyətli və s.

Eyni zamanda, elə Azərbaycan dramaturqlarının tam əksəriyyətinin tamaşalarında Bakıdakı kəndlilər incə yumor, sataşma subyektləri idi.

Daha artığı mümkün deyildi - senzura, bədii şura və ilaxırlar vardı.

Ol səbəbdən də ədəbi azadlığın dissidentfason işartılarından biri də əsərdə kəndlini lağa qoymaqdı.

Afaq Bəşirqızının "Söylü"sü belə "dissident"liyin ovxarlanmamış, kobud, yarımfabrikat formalı təqdimatı idi.

Sonrakı rollarında da daim sivilizasiyanı bu və digər səbəblərdən tam qəbul, habelə əxz etməyən adamlar obrazları yaradıb. Falçı, telefonda gəvəzəlik edən və s.

Dramatik rolu varmı? Məncə, yox.

Afaq Bəşirqızı tragik rol oynaya bilərmi? Bilmirəm, amma çox zəif ehtimaldı.

Son olaraq onun kəndçilər barədə dediyi ifadələrə gələk.
Yenə də gözləniləndir, gerçəkdən.

Məsələtün, Moskvada "ponaexali tut" deyənlərin tam əksəriyyəti, hətta 100-dən 99-u özü vaxtilə "limita" olmuş adamların ailəsində doğulan, "əsl moskvalı" olmaq istəyən adamlardır.

Parisdə də belədir. "Mən əsl parisliyəm" ifadəsi absurd səslənir indi: urbanizasiyanın üçüncü əsrini yaşayırıq, əzizlər.

Kimsə yaşadığı yerin əzəli sakini deyil. Bunu bilmək üçün heç olmasa, yamanın yaman günü, Lev Qumilyovu oxumaq yetər.

Afaq xanıma işində uğurlar, ciddi rollar, gerçək səhnə uğuru və səmimiyyət diləyirəm.

Atası Bəşir Səfəroğlu yaxşı insan, müstəsna sənətkardı.

O, heç bir halda qızının dediyi sözləri deməzdi, ağlına da gətirməzdi.

Elçin Alıoğlu
Manevr.az








Adınız:*
E-Mail:
Şərhiniz:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Sorğuya cavab yazın:
Saytımızın adının yazın
Cavabınız:*
Kodu yazın: *



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.
Çox gözəl portaldı
Yaxşı portaldı
Yaxşıdı ...anma...
Yaxşı ola bilər
Xoşlamadım



Çox oxunanlar