Sizin Reklam Burada
Xəbər lenti
15 noyabr
14 noyabr
BÜTÜN XƏBƏRLƏR

"Milli Şura"da ikitirəlik var: rəhbərliyin 2 noyabr "etirafları" isə ictimai rəyi çaşdırmağa hesablanıb

Tarix: 02-11-2019 12:15     Baxış: 3122 A- / A+
"Milli Şura"da ikitirəlik var: rəhbərliyin 2 noyabr "etirafları" isə ictimai rəyi çaşdırmağa hesablanıb


"Milli Şura" təmsilçiləri noyabrın 2-də Bakı şəhərində, 28 May meydanı ətrafında keçirməyi planladıqları növbəti icazəsiz mitinqi təxirə saldılar. Səbəblər açıqlanıb. Deyirlər ki, "hakimiyyət strukturları mitinqin qarşısını almaq üçün ciddi təxribatlar hazırlayıbmış". Bəyanatda "hazırlanmış təxribatın" detalları da təsvir edilib. İddialarına görə, qəsdən təşkilatlandırılmış cinsi azlıqların təmsilçilərinin mitinq meydanına gətirilmə ehtimalı varmış.

Onlar özləri üçün azadlıq tələb edən şüarlar səsləndirməklə "Milli Şuranın" adına ləkə vuracaqlarmış. Paralel olaraq, radikal islamçı qrupların məqsədli şəkildə ön plana çıxarılması, mitinq iştirakçıları arasına qatılması, radikal dini şüarlar səsləndirməklə bunların adını ləkələməsi barədə plan olub. Həmçinin, "vətəndaş qarşıdurması yaradılması" barədə plan var imiş və sair.

Təzadlar görünür. Hiss olunur ki, mitinqin təxirə salınması səbəbləri üzərində manipulyasiya edirlər. 19 oktyabrda keçirilən razılaşdırılmamış aksiyanın təşkilindən əldə etdikləri dividentləri, həm də 2 noyabr aksiyasının təxirə salınmasından qazanmaq istəyirlər. Bir tərəfdən beynəlxalq təşkilatlara özlərinin "nə dərəcədə basqı alıtında olmaları" barədə uydurma mesajlar verirlər. 19 oktyabr təcrübəsi göstərir ki, bəzi "beynəlxalq təşkilatlar" da belə "basqılara" görə bəyanatlar səsləndirməyə meyllidirlər. Digər tərəfdən isə daxili ictimai rəydə suç sayılacaq real əməllərini gizlədirlər, çaşqınlıq yaradırlar.
Malı-mala qatmasınlar. Son bəyanatlarında gizlətdikləri ayrı-ayrı tezislərə şərh versinlər. Əvvəla hakimiyyət təmsilçiləri ən üst qatda açıqlama verdilər ki, 2 noyabrla bağlı heç bir təxribat yoxdur, sadəcə sanksiyalaşdırılmamış aksiyanın qarşısı qanuni yollarla alınacaq. İcazəsiz aksiyanın qarşısını almaq üçün qanuni yollar mövcuddursa, təxribat planı qurmğa nə zərurət var? Digər tərəfdən, əgər həqiqətən də "cinsi azlıqların təmsilçilərinin mitinq meydanına gətirilmə planı varmışsa" və "radikal düşərgə" təmsilçiləri bunu öz adlarına ləkə sayırlarsa, qoy onda bu üzdəniraq qruplar barədə siyasətlərini açıqlasınlar. Bir tərəfdən "İstanbul Konvensiyasının" (bütöv adı "Qadınlara qarşı zorakılıq, məişət zorakılığının qarşısının alınması və ona qarşı mübarizə haqqında Avropa Şurası Konvensiyası) Azərbaycan tərəfindən imzalanmasını, ratifikasiya edilməsini tələb edirlər; həmçinin ölkədə feminizm hərəkatının alovlanmasına rəvac verirlər, bu yolla ənənəvi ailə institutunun dağıdılmasına, cəmiyyət üçün qeyri-məqbul sayılan "azlıqların" qanuniləşdirilməsinə tərəfdar çıxırlar, digər tərəfdən üzdəniraq qrupların mitinqdə iştirakını özləri üçün həqarət sayırlar. Yəni bilmirlərmi ki, indiki feminizm hərəkatı klassik feminizmdən fərqlənir, yalnız qadınların üstün hüquqlara malik olmasını ehtiva etmir, cəmiyyətimiz üçün qeyri-məqbul olan "azadlıqların" çoxalmasına yol açır? Həqiqətənmi "İstanbul Konvensiyasının" ölkəmizdə imzalanmamasının və ratifikasiya edilməməsinin real səbəblərindən xəbərsizdirlər? Hakimiyyəti tənqid etmək xatirinə bu cür zərərli hərəkatları müdafiə etməklə, cəmiyyətdə hansı ziyanlı tendensiyaların artmasına rəvac verdiklərinin fərqinə varmırlarmı? Xəbərləri yoxdursa, həmin sənədləri bir daha oxusunlar, dəstəkçi çıxdıqları hərəkatların mahiyyətini saf-çürük etsinlər, hakimiyyəti tənqid etmək naminə hansı proseslərə qurşandıqlarının fərqinə varsınlar.

"Milli Şura"nın 2 noyabr mitinqini təxirə salmasının səbəbləri barədə açıqladığı bəyantda üzə çıxan təzad təkcə bu deyil. Ziddiyyətlər çoxdur, həm də gözlə görünəndir, qulaqla duyulandır. 2 noyabr mitiniqinin təxirə salınmasının real səbəblərini bilmək üçün geniş araşdırma aparmağa, uzun-uzadı şərhlər verməyə lüzum da yoxdur. Həmin səbəblər "Milli Şura" təmsilçilərinin son bir həftə ərzində özlərinə yaxın KİV-lərə verdikləri müsahibələrdə, həmçinin sosial şəbəkələrdəki çıxışlarında çox aydın şəkildə görünür. Qənimət Zahidin AXCP sədri Əli Kərimli ilə birgə "Sözarası" proqramının 30 oktyabr tarixli yayımındakı müzakirələri, bundan bir gün əvvəl AND hərəkatının üzvü Elnur Sadıqlı ilə apardığı müzakirələr, həmçinin, Vidadi İskəndərlinin eyni tarixdə şəxsi youtube kanalındakı çıxışında 2 noyabr aksiyasının təxirə salınmasının səbəbləri izah edilir. Hər 3 çıxışda etiraf edilir ki, 19 okyabrda keçirilən icazəsiz aksiya zamanı cəmiyyətdən yetərli dəstək ala bilməyiblər. Net şəkildə deyirlər ki, "əgər aksiyaya bir neçə min adam toplaya bilsəydilər, daha ürəkli hərəkət edərdilər". Əslində, hələ 8 oktyabr piketi zamanı müəyyən edilmişdi ki, "radikal müxalifət" elektoratı olmadığı üçün aksiyaları icra orqanı tərəfindən müəyyən edilmiş yerlərdə keçirməkdən yayınır. Paytaxtın mərkəzində aksiya təşkil etməklə kənar müşahidəçilərin hesabına izdiham görüntüsü yaratmağa çalışırdı. Müstəqil təhlilçilərin bu qənaətini Qənimət Zahidin müsahibləri də etiraf edirlər. Elnur Sadıqlı deyir ki, "icazəsiz aksiyadan gələn divident icazəli aksiyanınkından daha çoxdur". Amma indi razılaşdırılmamış aksiya üçün də baza tapma bilmirlər. Anlayırlar ki, əhalinin dəstəyi olmadığı halda, populist bəytanatlarla və siyasi avantüra xarakterli addımlarla növbəti dəfə özlərini ifşa edəcək, bununla da tam iflasa uğrayacaqlar. Buna görə də aksiyadan imtina etməkdən başqa çıxış yolu qalmadı. Görünür, onlar həm də anlayırlar ki, nəinki icazəsiz aksiyalara qoşulanların sayı azdır, həm də sosial şəbəkələrdəki çıxışlarını dinləyənlər də yoxdur. Əgər belə olmasaydı, həftə boyu vətəndaşları icazəsiz aksiyaya çıxmadıqlarına görə danlayıb, sonra da "2 noyabr mitinqini hakimyyətin təxribatlarına görə təxirə saldıqlarını" deməzdilər. Ehtiyat edərdilər ki, dinləyicilər iki tezis arasındakı uyğunsuzluğu görə bilər.

İddia olunan "təxribat" hazırlığı barədə hekayələr icazəsiz mitinqin təşkilatçılarının tam uğursuzluqlarını əsaslandırmağa göstərdikləri cəhddən başqa bir şey deyil. Müxalifət əvvəlcə "cinsi azlıqlardan ibarət təxribatçılar", sonra "islamçı təxribatçılar", "planlaşdırılmış vətəndaş qarşıdurması" barədə hekayələr uydurdular. Əslində, uğursuz alınmış 19 oktyabr mitinqindən sonra radikal müxalifət başçıları əhali arasında onları dəstəkləyənlərin olmadığını anladıqlarına görə, öz zəifliklərini müxtəlif saxtakarlıqla əsaslandırmağa çalışırlar.

Müşfiq Ələsgərli








Adınız:*
E-Mail:
Şərhiniz:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Sorğuya cavab yazın:
Saytımızın adının yazın
Cavabınız:*
Kodu yazın: *



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.
Çox gözəl portaldı
Yaxşı portaldı
Yaxşıdı ...anma...
Yaxşı ola bilər
Xoşlamadım



Çox oxunanlar