Sizin Reklam Burada
Xəbər lenti
18-03-2024
17-03-2024
BÜTÜN XƏBƏRLƏR

"Gələn ilin yazında iki rayonu geri ala bilərik" - Tural Turan

Tarix: 09-10-2019 20:14     Baxış: 2493 A- / A+
"Gələn ilin yazında iki rayonu geri ala bilərik" - Tural Turan


"Qış kampaniyasında Qarabağ cəbhəsində hərbi əməliyyatlar aparmaq əlverişli deyil. Bir neçə dəfə bunun əyani şahidi olmuşuq. 1992-ci ilin uğursuz "Daşaltı" və 1994-cü ilin "Kəlbəcər" əməliyyatları da qış kampaniyasına təsadüf etmişdi. Yəni, qışda Dağlıq Qarabağda və ətraf bölgələrində hərbi əməliyyatlara başlamaq effektsizdir. Amma gələn ilin yazında qısamüddətli hərbi əməliyyatlar yenidən alovlana bilər".


Bunu Manevr.az-a açıqlamasında "Politon" Siyasi Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Tural Turan deyib. Ekspert bildirib ki, artıq rəsmi Bakının səbri tükənib və işğalçı Ermənistanın baş naziri Nikol Paşinyana "Qarabağ klanından arınmaq və hakimiyyətdə möhkələnmək" üçün verdiyi vaxt başa çatıb: "Nikol Paşinyan Rəsmi Bakı Ermənistanın baş nazirinin "Qarabağ Ermənistandır" bəyanatının BMT tribunasından səslənməsini həzm edə bilməz. Doğrudur, Paşinyan bu bəyanatı daha əvvəl işğal altındakı Dağlıq Qarabağa səfəri zamanı da səsləndirmişdi. Xankəndindəki bəyanatın separatçı rejimin və ən əsası hazırkı baş nazirin rəqibi Serj Sarkisyanın uzantısı olan Bako Saakynın buxovu altında olan erməni icmasına hesablandığını düşünmək olardı. Çünki 2020-ci "seçkilərində" erməni baş nazir Xankəndində öz adamlarını yerləşdirməyə israrlı görünürdü. Bu da rəsmi Bakıya sərf edən nüans idi. Çünki Qarabağ məsələsi ilə bağlı bütün rıçaqlar Paşinyanın əlində cəmləşəcəkdi. Bu da onun sülh danışıqlarına öz iradəsi ilə qatılmasına imkan verəcəkdi. Amma gözləntilər böyük mənada özünü doğrultmadı. Nikol Paşinyan rəsmi Bakının susqunluğundan sui- istifadə edərək BMT tribunasından da sərsəmlədi. BMT tribunasından bu cür bəyanat verməklə Paşinyan Rəsmi Bakını pis durumda buraxdı. Ona ayrılan "möhkəmlənmə möhləti"ni əlinin arxası ilə itələdi.

Paşinyan unudur ki, sələfi Sarkisyan da Azərbaycan Ordusunun uğurlu əməliyyatlarından sonra xalqının qəzəbinə tuş gəldi və hakimiyyətdən getməyə məcbur qaldı. Çox güman ki, gələn ilin yazında Azərbaycan rəhbərliyi Nikol Paşinyanın üzünə "müəllim şilləsi" çəkəcək. Çünki ermənistanlı baş nazirin "BMT bəyanatı"na susuqun davranış sərgiləmək rəsmi Bakıya baha başa gələ bilər. Ststus-kvonun qorunub saxlanmasına təhrik edən bəyanatlara adekvat və kəskin cavab verilməlidir ki, beynəlxalq aləm işğalla barışmadığımızı görsün".

Ekspert bildirib ki, Qarabağ cəbhəsində daha da tez alovlana bilər: "Əgər rəsmi Bakı qəti qərar qəbul etsə və Moskvanı razı sala bilsə, o zaman Aran Qarabağ istiqamətindən - Füzuli-Cəbrayıl və Ağdam-Xocavənd cəbhəsindən də hücuma keçə bilər. Hətta Cəbrayıl və Füzulini tam olaraq düşməndən geri almaq mümkündür. Çünki bu ərazilər Aran Qarabağ sayılır və 1994-cü ilin uğurlu "Horadiz" əməliyyatı da qış kampaniyasına təsadüf etmişdi. Yaxşı olardı ki, ordumuz məhz Dağlıq Qarabağ cəbhəsindən irəliləsin ki, Paşinyan bu zərbənin şokundan uzun müddət çıxa bilməsin".

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar