Sizin Reklam Burada
Xəbər lenti
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

“Dövlət təhsil müəssisələrində hər bir təhsilalan pulsuz ümumi təhsil almaq hüququna malikdir.”

Tarix: 31-08-2018 21:36     Baxış: 2541 A- / A+
“Dövlət təhsil müəssisələrində hər bir təhsilalan pulsuz ümumi təhsil almaq hüququna malikdir.”


İndi də, Azərbaycan məktəblərində rus bölməsinin pullu olması barədə yeni fikir ortalığa atılıb.

Hər şeydən əvvəl onu qeyd edim ki, Respublikamız müstəqillik qazandıqdan sonra bir vaxtlar “ikinci dilimiz” sayılan rus dilinin xarici dillər qrupuna daxil edilməsi və bu dilin öyrənilməsi üçün tədris planları ilə nəzərdə tutulmuş dərs saatlarının fakultativ məşğələlərlə əvəzlənməsi , fakultativin isə seçim prinsiplərinə əsaslanması və əsasən də formal keçirilməsi, bəzi məktəblərdə isə ümumiyyətlə keçilməməsi prosesin bir mənalı qarşılanmamasına və rus dilinə qarşı ictimai rəyin dəyişməsinə də təsirsiz ötüşmədi.

"Ölkəmizdə birmənalı şəkildə ana dilində təhsil məcburi və alternativsiz olmalı, rus bölməsi ləğv olunmalı, rus dili xarici dil kimi tədris edilməlidir. Əks halda, dilin inkişafı üçün stimul, tələbat olmayacaq, onun inkişafı ləngiyəcək”, ” Rus sektorunu qapatmaq gərəkdir. Dövlət büdcəmizdən maliyyələşən məktəblərdə Rus dili ancaq xarici dil kimi öyrədilməlidir.Rusdilli təhsil verən məktəblər ancaq özəl ola bilər. Kimin pulu və həvəsi varsa, belə məktəb aça bilər. Lap hətta Rusiyanın maliyyələşdirdiyi məktəb ola bilər, problem deyil. Amma dövlətimizin büdcəsindən maliyyələşən məktəblərdə təhsil ancaq dövlətimizin rəsmi dilində olmalıdır.”,. "Rus dili ölkəmizdə imperiyanın qalıqlarından biridir və biz bu qalıqdan tez bir müddətdə xilas olmalıyıq” və s bu kimi açıqlamalar, "Bakı məktəblərində rus bölməsinə ifrat həvəs yaranıb”, "Bakı məktəblərində Azərbaycan bölməsi bağlanır”, "Təhsil Nazirliyinin nəzarəti altında olan paytaxt məktəblərində Azərbaycan bölməsi tarixə qovuşur” kimi təhlükəli manşetlər,sanki təhsilimizin problemləri azmış kimi, təhsilimizə bir daha yeni əlavə problemlər yaratmaqdan başqa bir şey deyildir.

Razılaşaq ki, xüsusilə paytaxt məktəblərinin rus bölmələrində şagird sıxlığı müşahidə edilir. Bakı məktəblərində şagirdlərin 16 faizə yaxını rus bölməsində oxuyur. Birinci siniflərdə isə bu rəqəm 17 faizi keçib. Başqa sözlə desək, birinci siniflərin göstəricisi orta göstəricidən 2%-ə qədər çoxdur. Yəni artım tendensiyası müşahidə olunur. Elit məktəblərdə isə bu göstərici qat-qat yüksəkdir. Respublika üzrə rəqəmlər də təxminən buna uyğundur. Yəni orta göstərici 15%-ə bərabərdir. Rəqəmləri 15 il öncənin göstəriciləri ilə müqayisə etdikdə görəcəyik ki, 90-cı illərdə onların payı ümumi şagird sayında 7% təşkil edirdi. Lakin bu statistika ona əsas verə bilərmi ki, məsələni siyasi müstəviyə keçirib, hökm və ittiham xarakterli ittihamlar irəli sürəsən.

Poblemi aradan qaldırarkən səbəb-nəticə əlaqələrinə biganə yanaşmaq, nəticəni qabardıb, səbəblərdən yan keçmək təhsilin hansısa bir probleminin həlli deyil, təhsilə əlavə problem yaratmaq, onun olan-qalan nüfuzunu daha da sarsıtmaq deməkdir. Məktəblərdə rus dili bölməsinin pullu olması nəyi dəyişəcək? Dövlət ali təhsil müəssisələrimizin 80 faizə qədəri ödənişlidir. Ali təhsilə maraq azalıb? Və ya hansı özəl orta məktəbimiz, liseyimiz, gimnaziyamız, pullu hazırlıq kurslarmız “müştərisiz” qalıb? Bir də ki, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, dövlət təhsil müəssisələrində hər bir təhsilalan pulsuz ümumi təhsil almaq hüququna malikdir.

Bəlkə, bunun başlıca səbəbi Azərbaycan bölməsində tədrisin səviyyəsinin valideynləri lazımınca qane etməməsidir? Bəlkə səbəb öz ana dilimizdə kifayət qədər tələb olunan ədəbiyyatin olmaması, mövcud tərcümələrin qüsurlu olması, rus dilində olan ədəbiyyatların hələ də dominantlıq etməsidir? Bəlkə rus bölməsilə müqayisədə azərbaycan bölməsindəki müəllimlərimizin peşəkarlıq səviyyəsi qane edici deyil? Bəlkə bunun əsas və başlıca səbəblərindən biri bir çox elit ailələrin dəb xatirinə ailədə və məışətdə rus dili danışığına üstünlük verməsidir, bəlkə bir çox ailələrinin çörəyinin Rusiyadan çıxmasıdır, bəlkə əksəriyyət qurum və şirkətlərin işə qəbul olunanlar qarşısında rus dilini mükəmməl bilmək tələbi qoymasıdır? Yəni vəziyyət bir çox təbii və süni proseslərin ciddi araşdırılmasını tələb edir.

Azərbaycan çox millətlı ölkədir, respublikamızda xeyli qarışıq ailələr var. Qnunvericiliymizə əsasən valideynlər övladları üçün dil seçimini etməkdə sərbəstdirlər. Bəli, son 5-10 ildə xüsusilə Bakıda ümumi təhsil məktəblərinin rus bölməsinə maraq xeyli artıb. Bu o deməkdirmi ki, rus dilinə nifrət hissi aşılayasan, bunun üçün müxtəlif üsul və vasitələrə əl atasan? . Bizim elmimizin, mədəniyyət və incəsənətimizin inkişafında, elmi-siyasi kadrlarımızın yetişməsində və digər sahələrin formalaşdırılmasında rus dilinin rolunu və müstəsna əhəmiyyətini inkar etmək ən yaxşı halda belə ədalətsizlikdən başqa bir şey olmazdı. Azərbaycan dili bizim dövlət dilimizdir və bu dili hamı bilməlidir. Təlimi rus dilində olan məktəblərdə Azərbaycan dilinin tədrisinin zəifliyi isə heç də o demək deyil ki, bununun səbəbkarı məhz rus dilidir. Dünyanın hər bir ölkəsində müxtəlif dillərdə təlim məktəbləri var.

Digər tərəfdən Azərbaycan tolerantlıqda dünyaya nümunə göstərilir, multikulturalizm dəyərlərini təşviq edirik, pravoslav və katolik kilsələrini bərpa edirik, beynəlxalq forumlara ev sahibliyi edirik, bir yandan rus dilinə hər cür sədd qoymaqdan çəkinmirik. Mən təbii proseslərin qarşısını süni yollarla almaq məntiqini heç cür başa düşmürəm...

Nadir İsrafilov

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar