Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

Persey və meduza

Tarix: 09-08-2017 13:07     Baxış: 2545 A- / A+
Persey və meduza


Qadın zərif və gözəl məxluqdur. Qadın anadır, sevgilidir, baladır, bacıdır və qadın çox təhlükəli məxluqdur. Bir qadında olan sevgi, tutqu, fədakarlıq eyni anda da nifrət, ağılsızlıq, çılğınlıq Allahın yaratdığı başqa heç bir xilqətdə yoxdur. Qadın kişini həyata bağlaya da bilər, onu canından bezdirə də bilər. Ailənin sütunu həqiqətən də qadındır. Qadın qabırğa yox, onurğadır. Bütün bədəni, onun hərəkət fəaliyyətini və bu bədənin başı olan kişini də tənzimləyən edən onurğa. Qadın o qədər güclü və o qədər zərif olmalıdır ki, ana adlanmağa layiq olsun. Olmalıdır! Amma olurmu? Statistik məlumatlar təstiq edir ki, son illərdə boşanmaların sayı kəskin artıb. Boşanma sözünün insanlarda doğurduğu ilk təəssurat isə gözü yaşlı, günahsız, aldadılmış xanım, gəncliyi puç olmuş, boynubükük ana obrazı olur. Əclaf kişi, qadını başa düşməyən ər, narkoman, ata adına layiq olmayan adam isə təbii ki, qarşı tərəf kimi zühur edir. Amma əslində həmişə beləmi olur? Qadın da, kişi də eyni bioloji varlıqdırlarsa qadının illəri puç olur, kişinin ömrü yerindəmi sayır? Ağaran saçlar, zədələnən sağlamlır tək qadınlaramı məxsusdur. Təbii ki, mən qadınların hüququnu pozmaq fikrində deyiləm. Sadəcə biz əks cinsə həm qanun həm də şəxsi aspektdən çox yüklənirik. Kişi də adamdır, kişi də ailə quranda dağıtmaq üçün qurmur. Qadın üçün keçərli olan bütün statuslar kişiyə də aiddir. Əyləncələrə, işləmək hüququna və başqa sərfəli tərəflərə nəzər yetirəndə gender bərabərliyindən danışırıqsa nə üçün uşağı təmin etmək lazım gələndə qadın zəif, yazıq, möhtac durumda çıxış edir. Ata təbii ki, balasının məsrəflərini üstlənməlidir. Amma keçmiş arvadının gələcək həyatını təmin etməli deyil. Boşanmdan sonra qadınların bəziləri evi, işi, hətta sevgilisi olan, kişidən ayda bəlli bir miqdarda gəlir əldə edən sərbəst insan olur. Necə deyərlər gün görməyə başlayır. Bəs evini,qazancının tən yarısını itirən kişi gələcəyini qurmalı deyil? O sıfırdan necə başlasın? Kim bilir ki, günah kimdədir? O qədər harın, şadlığına sitlik edən qadın var ki...
Tanıdığım gənc bir adam haqsız olan qadından ayrıla bilmədi, şünki arada üş uşaq vardı. Adam ayrılsa cüzi aldığı əmək haqqının böyük bir hissəsi, evi əlindən çıxacaqdı. Bununla da otuz beş yaşlı kişi ömrü boyu keçmiş arvadının qapısında boynu burub, ata -ana evində, qardaş arvadı minnətində sürünməli olacaqdı. Ona görə də susdu, o qadının böyük qəbahətini kişiliyini taptalamaq bahasına uddu. Bir digər xanım isə ərindən boşandı. Səbəb isə yox idi. Ortada nə xəyanət, nə içki aludəçiliyi, nə pis vərdişlər vardı, sadəcə cavan xanımın könlündən müstəqillik keçdi. Özü demiş, ”evi də aldı,beş yüz manat aliment”də.
Boşanmalarda ən günahsız amma ən çox istifadə olunan tərəf uşaqlardır. Etiraf edək ki, xanımların da bəzisi uşağı yanında daha çox həyatını təmin etmək üçün saxlayır. Boşanmadan sonra bu uşaq ən yaxşı halda yad kişinin evində yaşayır. Başqa hallarda isə nənə ümidinə, hər iki qanadı qırıq,sosial topluma qazandırılmadan böyüyür. Qızdırsa təhtəlşüurunda qarşı cinsə böyük bir güvənsizlik, oğlandırsa şübhə daşıyır. Bu anaların bəzisi alimenti gecikəndə ana cildin alır. Təbii ki, söylənilənlər hamıya aid edilmir.
Bu gün Azərbaycanda minlərlə zorakılığa məruz qalan, incidilən qadın var. Haqsızlığa uğrayan, uşağına kəsilən pulu vaxtı-vaxtında ala bilməyən,amma elə bir o qədər də günahsız yerə ömrü boyu cərimə ödəyən kişi var. Adam deyir imam üçün ağlayanda yezid üçün də ağlayar. Biz heç bizimiz boşanmada sığorta olunmamışıq. Bu bizim də yaxınlarımızın da başına gələ bilər. Amma bunu ən son hədd kimi düşünmək lazımdır. Deyirlər ki, heç bir xanım ailəsini dağtmaq istəməz. Heç bir qadın onu dəyərləndirən kişidən boşanmaz. Amma heç bir kişi də rahat yuvasından əl üzmək, ona, şərəfinə, ləyaqətinə dəyər verən, ağıllı və təmkinli həyat yoldaşından ayrılmaq istəməz. Günah təktərəfli deyil, bədəl də təktərəfli ödənməməlidir!

Vəfa MÜRSƏLQIZI

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar