Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Moldovalı müğənni Azərbaycan dilində oxudu -VİDEO

Tarix: 14-01-2017 11:36     Baxış: 4510 A- / A+
Moldovalı müğənni Azərbaycan dilində oxudu


Moldovanın paytaxtı Kişinyovda fəaliyyət göstərən "Big Flash Sound" rok qrupu "Cücələrim" mahnısını ifa edib.

Manevr.az axşam.az-a istinadən xəbər verir ki, məşhur qrupun solisti Tatyana Turturean mahnını Azərbaycan dilində oxuyub.

Tələffüzündə bəzi problemlər olsa da, müğənni sözləri aydın şəkildə tamaşaçılara çatdıra bilib. Qrup mahnının ritminə və ahənginə xələl gətirməmək üçün sözləri tərcümə etdirmədən səsləndirib.

Sözləri Tofiq Mütəllibova, musiqisi Qənbər Hüseynliyə aid olan "Cücələrim" mahnısı, görünür, Moldovada yetərincə məşhurluq qazanıb. Bəstə artıq toyların da əvəzolunmaz musiqisi hesab olunur.

Belə ki, "Big Flash Sound" rok qrupu toy sahiblərinin onlardan repertuarlarındakı musiqilərdən əlavə, "Cücələrim" mahnısını xüsusilə istədiklərini bildiriblər:

"Mahnı ritmik üslubda olduğundan başda gəlin və bəy olmaqla, toya gələnlərin hamısının könlünü oxşayır. Sözlərini anlamasalar belə, toy iştirakçıları musiqinin sədaları altında rəqs etməyi sevirlər".


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar