Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
BÜTÜN XƏBƏRLƏR

Elza "arvadım xəyanət edib" deyə efirə çıxan kişini rüsvay elədi: "Arvad döyülər də, sənsə ağzına maska taxıb oturmusan, bəs..."

Tarix: 25-06-2020 14:41     Baxış: 2208 A- / A+
Elza "arvadım xəyanət edib" deyə efirə çıxan kişini rüsvay elədi: "Arvad döyülər də, sənsə ağzına maska taxıb oturmusan, bəs..."


"Müdrik olsaydın, ailəni yığardın bir araya. Gedib yoldaşını gizlində döyərdin, üzünü göyərdərdin, amma uşaqlarına deməzdin".

Bu sözləri Əməkdar artist Elza Seyidcahan ATV telekanalında yayımlanan "Bizimləsən" verilişində qonaq olarkən deyib.

Sənətçi verilişə gəlib, arvadının ona xəyanət etdiyini deyın kişiyə əsəbləşib və qadına şiddəti təbliğ edib: "Kişiyə yaraşdırmıram ki, efirdə bu cür danışır. Uşaqlarını sındırırsınız, biabır edirsiniz. Ağzına maska taxıb oturmusan, abırdan, həyadan özünü necə gizlədəcəksən. Uşaqlarının anasıdır, nə olar şantaj edəndə? Danışma, yum ağzını otur, efirə çıxma. Ondan boşanardın, uşaqlara deyərdin, ananız xəyanət etməyib".

Studiyadakılar ona etiraz etsə də, E.Seyidcahan fikrindən dönməyib: "Qadınları sındırır, şiddətdən betərini edir. Qadın kişini sevirsə, silləsinə dözər. Deyər, bəh-bəh, ərimin silləsi dəydi mənə. Arvad kişi tərəfindən döyülər. Qoy, kişilər arvadını vursun. Niyə vurmamalıdır kişilər arvadını?"

Xatırladaq ki, bir neçə il əvvəl Elza Seyidcahan qadına şiddətlə bağlı əhəmiyyətli bir sosial çarxa çəkilmişdi. Qadınlara qarşı şiddətə etiraz edən sənətçinin efirdə bu fikirləri səsləndirməsi izləyicilər tərəfindən birmənalı qarşılanmayıb/Yenisabah.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar